"İmplant çeynəmə, danışma və gülüş funksiyasını təbii diş kimi təmin edir" - Stomatoloq

"İmplant çeynəmə, danışma və gülüş funksiyasını təbii diş kimi təmin edir" - StomatoloqDiş implantları bu gün ən çox müraciət olunan müasir stomatoloji prosedurlardan biridir. Onlar həm funksional, həm də estetik baxımdan böyük üstünlüklərə malik olsa da, müəyyən risklər də daşıyır.

Stomatoloq Kamran Həsənov BiG.AZ-a bildirib ki, implantın əsas faydası təbii dişin funksiyasını tam əvəz etməsi ilə bağlıdır:
"İmplant diş itkisini bərpa etməyin ən davamlı üsuludur. Çeynəmə, danışma və gülüş funksiyasını təbii diş kimi təmin edir. Digər üsullardan fərqli olaraq, implant çənə sümüyünü stimullaşdırır və sümük əriməsinin qarşısını alır. Eyni zamanda, estetik baxımdan da xəstənin özünəinamını artırır.
İmplantın ən böyük üstünlüklərindən biri də sağlam dişlərin qorunmasıdır:
Diş körpüsü zamanı qonşu dişlərin yonulması tələb olunur. Amma implant qoyulduqda bu zərurət yaranmır, yalnız boşluğun olduğu sahə bərpa olunur.
Bununla yanaşı, implantın müəyyən riskləri də mövcuddur.Əməliyyat zamanı infeksiya və ya iltihab yarana bilər. Sümük toxuması zəif olan şəxslərdə implant tam oturmaya bilər.
Şəkərli diabet və immun sistemi zəif olan insanlarda uğursuzluq riski artır.Siqaret istifadəsi də implantın sağalmasına mənfi təsir göstərir.

Əgər xəstə mütəmadi həkim nəzarətində olsa, ağız gigiyenasına düzgün riayət etsə, implant uzun illər problemsiz qala bilər. Amma bu prosedur peşəkar müayinə və dəqiq planlaşdırma tələb edir.Diş implantı müasir stomatologiyanın ən etibarlı həll yollarından biridir. Amma fayda ilə yanaşı risklərin də nəzərə alınması, həkim seçiminin peşəkar aparılması vacibdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 849   Tarix: 18 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu gün Sumqayıtda 14 min abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 14 min abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. "Report"a istinadla xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismar Sahəsindən (QİS) bildirilib. Qeyd edilib ki, 26.03.2026-cı il tarixində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi istiqamətində yerləşən, Xəzər bağları

10:05 171
.

100 qramdan ağır qızılın ixracı MƏHDUDLAŞDIRILDI

Mayın 1-dən etibarən 100 qramdan ağır olan qızıl külçələrin Rusiyadan çıxarılması bəzi hallar istisna olmaqla qadağan edilib. xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Bildirilib ki, 1 may tarixindən etibarən qızıl yalnız Moskva və Vladivostok hava limanları vasitəsil

10:22 157
.

Bu gündən bəzi avtomobillərin idxalı VERGİDƏN VƏ RÜSUMDAN AZAD EDİLDİ

Bu gündən raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömrük rüsumundan azad edilib. xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə fevralın 13-də edilən dəyişikliklər martın 25-dən qüvvəyə minib. Belə ki, hazırda qüvvədə olan qaydalara əsasən, mühərriki, banı və şassisi orijinal vəziyyətd

25.03.2026 393
.

Atasının köhnə dəftəri sayəsində milyonçu oldu

Böyük Britaniyada kişi atasının vaxtilə yazdığı "uğurlu" nömrələrdən istifadə edərək milli lotereyada 1 milyon funt sterlinq udub. xarici mediaya istinadla bildirir ki, Oksfordşirdən olan 56 yaşlı Şon atası Ceyms Heysin 1994-cü ildən 2010-cu ildə vəfat edənədək lotereya oynadığını bilirmi

25.03.2026 612
.

İsrail Livanın cənubunda "Hizbullah"a zərbə endirdi

Livanın cənub ərazilərində İsrail hərbçilərinə qarşı raket zərbələri endirən silahlı "Hizbullah" qruplaşmasının bir qismi zərərsizləşdirilib. xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) bəyan edib. Hərbi qurumun mətbuat mərkəzinin yaydığı bəyanatda qeyd olunur ki, çərşənbə axşam

25.03.2026 559
.

Türkiyənin neft tankeri dronla vurulub

Türkiyəyə məxsus "ALTURA" adlı xam neft tankeri Qara Dənizdə dronla vurulub. APA-nın Türkiyə bürosu xəbər verir ki, Rusiyadan yola çıxan və 140 min ton xam neft daşıyan tanker gəmi İstanbul Boğazından təxminən 15 mil uzaqlıqda, Qara dənizdə dron hücumuna məruz qalıb. Hadisə zamanı güclü partlayı

10:00 189
.

İran Səudiyyə Ərəbistanına dronlarla hücum edib

İran Səudiyyə Ərəbistanının şərqində ABŞ hərbi bazalarına hücum etdiyini elan edib. Trend bu barədə İran KİV-ə istinadən məlumat verib. Məlumata görə, hücumlar bir neçə dronla həyata keçirilib. Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığın

10:54 129
.

İran Hörmüz boğazından keçmək istəyən gəmilərdən pul alır

İran rejimi Hörmüz boğazından təhlükəsiz keçid üçün bəzi gəmilərdən ödəniş alır. xəbər verir ki, bu barədə martın 24-də "Bloomberg" mənbələrə istinadla məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, İran tərəfi bir reys üçün 2 milyon dollara qədər ödəniş tələb edir. Beləliklə, strateji əhəmiyyət

25.03.2026 550
.

İslam dünyasından diplomatik təşəbbüs: ABŞ-İran-İsrail müharibəsi ilə bağlı MÜHÜM ADDIM

Türkiyə, Misir və Pakistanın hazırda İran və ABŞ arasında vasitəçi kimi çıxış etməsi müzakirə mövzusudur. Beynəlxalq kütləvi informasiya vasitələrində yayılan xəbərlərə görə, sözügedən ölkələr tərəfindən gərginliyin azaldılmasını təmin etmək məqsədilə tərəflərə mesajlar ötürülüb. Bəs bu nə dərəcədə realdı

25.03.2026 542
.

TOP MP3