Azərbaycanda qumar şəbəkəsi ifşa olundu - Kiberpolisdən əməliyyat+Video
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası istiqamətində xüsusi əməliyyat keçirib.
DİN-in mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, eyni anda paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə baş tutan tədbir zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar.
Araşdırmalarla müəyyən olunub ki, sosial şəbəkələrdə xüsusən, "Instagram"da bu şəxslər tərəfindən "TT", "Admiral", "Bir-iki", "Gold" və s. müxtəlif adlar altında açılan səhifələrdə vətəndaşlar onlayn qumar oyunlarına cəlb ediliblər.
N.Vəliyev və A.Əsgərli məsuliyyətdən yayınmaq məqsədi ilə onlayn qumar oyunlarının təşkili zamanı xarici ölkələrin mobil operatorlarına, eləcə də digər şəxslərin adına olan nömrələrdən istifadə ediblər. Onlar nəzarətlərində olan səhifələr vasitəsilə vətəndaşları ölkə hüdudlarından kənarda idarə olunan "Fast Loto365" və "CHCPlay" kimi qeyri-leqal saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.
Qeyd edilən saytların xaricdə yaşayan rəhbərləri ilə birbaşa cinayət əlaqəsinə girən dəstə başçıları ölkə ərazisində şəbəkə quraraq kirayə götürdükləri mənzillərdə bu qanunsuz fəaliyyəti təşkil ediblər. Dəstə üzvlərindən aşkar edilən 500-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə olunub.
Bundan əlavə məhkəmə qərarları əsasında onların ofis kimi istifadə etdikləri mənzillərə baxış zamanı 50-dən artıq yerli və xarici mobil nömrə, telefonlar, eləcə də digər elektron sübutlar aşkarlanıb. Şəbəkə üzvlərinin fəaliyyət göstərdikləri bu müddət ərzində dövriyyəsinin 10.000.000 manatdan artıq olduğu müəyyən edilib.
Qeyd edək ki, N.Vəliyev və A.Əsgərli qanunsuz qumar oyunlarından əldə etdikləri gəlirlərin bir qismini kriptovalyutaya çevirərək pul transferləri də həyata keçiriblər.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstəyə daxil olan digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1107 Tarix: 18 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSezen Aksunun sevənlərinə pis xəbər
Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Axşam.az xəbər verir ki, ifaçı Nişantaşındakı özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətində ciddi problem olmadığı, hazırda evində istirahət etdiyi bildirilib. Seze
08.10.2026 270 Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk
Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ
08.10.2026 123 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. BİG.AZ xəbər verir ki
08.10.2026 167 "Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..."
"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər". xəbər verir ki, bunu -a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib. O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınlar
08.10.2026 380 Türkmənistan səfəri: İlham Əliyevin Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji siyasəti
"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri sıradan diplomatik səfər çərçivəsinə sığmır. Bu səfər Azərbaycanın son illərdə ardıcıl şəkildə həyata keçirdiyi regional siyasətin növbəti mühüm mərhələsidir. Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-c
08.10.2026 218 Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib
Azərbaycanda 2019-cu il noyabrın 1-dən bu günədək 923 uşaq övladlığa verilib. Bu barədə "Report"a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, ötən dövr ərzində övladlığa götürülmə ilə bağlı 2018 müraciət qeydə alınıb. Övladlığa verilən uşaqların 464-ü oğlan, 459-u isə qızdı
08.10.2026 127 Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - Video
Dünən Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avtomobil piyada keçidində hərəkət edən qadınla azyaşlı oğlunun üstündən keçib. Bu zama
08.10.2026 966 Kosmosda ilk dəfə insanların rentgen şəkilləri çəkildi
"Fram2" kommersiya missiyası zamanı ilk dəfə kosmosda insanların diaqnostika üçün yararlı rentgen görüntüləri əldə edilib. Təcrübə gələcək Ay və Mars uçuşlarında astronavtların müayinəsi üçün yeni imkanlar açır. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada üç ekipaj üzvü iştirak edib
08.10.2026 181 Zaur Kamaldan efirə qayıtması haqda suala cavab
Aparıcı Zaur Kamal yeni televiziya layihəsi üzərində çalışdığını açıqlayıb. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə canlı yayım zamanı hazırda fəaliyyəti və görünüşü ilə bağlı sualları cavablandırıb. "Radioda və ARB TV-də işləyirəm. İşə gedib gəlirəm, maaşımı alıram. Yeni layihələr üzərind
08.10.2026 293