Bu yerlərdə siqaret çəkəndə cərimə olunacaqsınız
Bəzi ölkələrdə, hətta açıq havada belə, siqaret çəkənlər cərimə olunurlar.
Görəsən, Azərbaycanda vəziyyət necədir? "Siqaret çəkmək qadağandır" nişanları olmayan hansı yerlərdə cərimə yazılır? Küçədə siqaret çəkməyin cəriməsi varmı?
Lent.az-ın araşdırmasına görə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunda küçədə siqaret çəkilməsi ilə bağlı heç bir qadağa yoxdur.
Qanunun 10-cu maddəsinə əsasən, siqaret çəkmək aşağıdakı yerlərdə qadağandır:
təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində, ticarət obyektlərində, məişət obyektlərində, teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində,metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, dəmiryolu qatarlarında, hava və su nəqliyyatı vasitələrində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksafonlarda, yanacaqdoldurma məntəqələrində, sosial xidmət müəssisələrində;(qocalar evi, uşaq evi və.s), yerləşdirmə vasitələrində;(otellər, pansiyonlar, kamplar və.s), mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində cərimə yazılır.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən qanunla qadağan olunan yerlərdə tütün çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur. Həmçinin qanunun 212.4-ci maddəsinə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 300 manat məbləğində cərimə nəzərdə tutulur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 919 Tarix: 19 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCan Yaman dəyişdi
Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c
08.10.2026 212 Azər Mursaqulova yeni müavin təyin edildi
Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulova yeni müavin təyin edilib. APA-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə DSK-nın Aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev təyinat alıb. Qeyd edək ki, Səbuhi Əliyev 1
08.10.2026 190 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
08.10.2026 540 Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto
Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zaman
08.10.2026 168 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi
08.10.2026 154 Çiyələk yeyirsiniz, yarpağını atırsınız? Alimlərdən maraqlı nəticə
Çiyələyin yalnız meyvəsi deyil, yarpaqları da alimlərin diqqətini çəkib. Yeni araşdırmada çiyələk yarpağından hazırlanmış ekstraktın yaşlı insanlarda yaddaş və stress göstəricilərinə mümkün təsiri araşdırılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Belçikadakı Katolik Lovan Universitetinin tədqiqatçılar
08.10.2026 200 "Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..."
"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər". xəbər verir ki, bunu -a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib. O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınlar
08.10.2026 380 İlham Əliyev Türkmənbaşıda konsert proqramında - Video
Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev görüşdən sonra baş tutan konsert proqramında iştirak edib. Həmin görüntüləri təqdi
08.10.2026 185 Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək
Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının genişləndirilməsi və Avropa İttifaqının bu marşruta artan marağı fonunda daha da möhkəmlənir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və logistika əlaqələrini
08.10.2026 213