Ağızdakı bakteriyalar ürəyinizi "öldürə" bilər
Alimlər ağız boşluğunun zəif gigiyenasının infarkt riskini necə artırdığını araşdırıblar. Finlandiyanın Tampere Universitetinin alimləri müəyyən ediblər ki, insanın ağzında yaşayan bakteriyalar ürək tutmasının yaranmasında əsas rol oynaya bilər. Tədqiqatçılar bu mikroorqanizmlərin yüksək konsentrasiyasını ürək-damar xəstəliyi olan 200-dən çox pasiyentin arteriyalarından götürülmüş lövhəciklərdə aşkarlayıblar.
Bu barədə Lent.az məlumat verir:
Bakteriyalar və ürək xəstəlikləri arasında yeni sübutlar
Həkim Pekka Karhunenin sözlərinə görə, bakteriyalar və ürəyin işemik xəstəliyi arasında əlaqə barədə uzun müddətdir fərziyyələr mövcud olsa da, birbaşa sübut yox idi. Bu araşdırma ilk dəfə olaraq ağız boşluğu bakteriyalarının genetik materialının aterosklerotik lövhəciklərin daxilində mövcudluğunu göstərdi bu lövhəciklər ürək tutmasının əsas səbəblərindən biridir.
Ateroskleroz arteriya divarlarında yağ, xolesterin və digər maddələrdən ibarət yığıntıların əmələ gəlməsi prosesidir. Bu yığıntılar damarların daralmasına və nəticədə ürəyə qan axınının bloklanmasına səbəb ola bilər.
Tədqiqat nəticələri və streptokokların rolu
Tədqiqat zamanı alimlər 121 nəfər qəfil vəfat edən pasiyentin və 96 nəfər əməliyyat keçirmiş pasiyentin lövhəcik nümunələrini analiz ediblər. Hər iki qrupun nümunələrinin 42%-də bakterial biofilmlər aşkar edilib və ən çox rast gəlinənlər yaşıl streptokoklar olub. Bu bakteriyaların mövcudluğu aterosklerozun ağır formaları və ürək-damar xəstəliklərindən ölüm halları ilə birbaşa əlaqələndirilib, xüsusilə də lövhəcik partlayanda. Bakterial biofilmlər lövhəciklərin içərisində yerləşir və orqanizmin immun sistemindən qorunur. Lakin infeksiya, düzgün qidalanmama və ya stress hormonları səbəbindən yaranan gərginlik bu biofilmin iltihablanmasına, lövhəciyin partlamasına və ürək tutmasına gətirib çıxara bilər. Bu nəticələr ağız gigiyenası ilə ürək-damar sağlamlığı arasında aydın əlaqəni göstərsə də, bakteriyaların rolunu tam başa düşmək üçün əlavə araşdırmalar aparılmalıdır. Bununla belə, artıq bu kəşf insanların ümumi sağlamlığı üçün ağız gigiyenasının vacibliyini bir daha vurğulayır.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1091 Tarix: 21 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyən 5 yanlış davranışı açıqlayıb. Mütəxəssis bildirib ki, son illərdə boyun ağrıs
26.09.2026 274 İnsan beyninin sirri açıldı
Stanford Universitetinin alimlərinin apardığı araşdırma insan beyninin inkişafı ilə bağlı yeni nəticə ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar beynin ön və arxa hissələrinin embrional inkişafın çox erkən mərhələsində fərqli progenitor hüceyrə qruplarından əmələ gəldiyini müəyyə
22.09.2026 375 Alimlər geniş yayılmış xəstəliklərlə xərçəng arasında gözlənilməz əlaqə tapdı
Dünyada hər səkkizinci xərçəng hadisəsi, ehtimal ki, infeksiyalar nəticəsində yaranıb. Bu qənaətə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) tədqiqatçıları 2024-cü ilin məlumatlarını təhlil etdikdən sonra gəliblər. Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek" yazır. Söhbət həmi
01.10.2026 567 Gözləriniz əsl yaşınızı göstərə bilər
Yeni araşdırma süni intellektlə aparılan göz müayinələrinin insanların bioloji yaşlanma sürətini və bəzi gizli sistem xəstəlikləri erkən mərhələdə müəyyən edə biləcəyini ortaya qoyub. BİG.AZ xəbər verir ki, Cənubi Koreyanın Seul milli universitetinin alimləri gözün arxa hissəsində yerləşən tor qişan
30.09.2026 397 Bu xəstəliklər illər sonra XƏRÇƏNGƏ APARIR - DİQQƏT
Dünyada hər il milyonlarla yeni xərçəng hadisəsinin bəzi infeksiyalarla əlaqəli olduğu açıqlanıb. Mütəxəssislər bir sıra infeksiyaların uzunmüddətli davam etdiyi halda müəyyən xərçəng növlərinin yaranma riskini artıra bildiyini bildirirlər. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) 2026-c
04.10.2026 392 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri
07.10.2026 454 Yaşlandıqca əzələlərin niyə zəiflədiyinə dair yeni səbəb tapıldı
Alimlər yaşla əlaqədar əzələ zəifliyinin yalnız əzələ kütləsinin azalması ilə bağlı olmadığını müəyyən ediblər. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Araşdırmada sinirlər və əzələlər arasındakı əlaqənin yaşlandıqca pozulduğu, bunun isə əzələlərin gücünü azaltmağa kömək etdiyi müəyyə
27.09.2026 314 Yüksək təzyiq zamanı duzu nə ilə əvəz etmək olar? - 10 məhsul
Yüksək arterial təzyiqi olan insanlara qida rasionunda duzun miqdarını azaltmaq tövsiyə olunur. Lakin bu, yeməklərin dadsız olması demək deyil. Mütəxəssislər duz əvəzinə müxtəlif məhsullardan istifadə etməklə həm yeməyin dadını qorumağın, həm də natrium qəbulunu azaltmağın mümkün olduğunu bildirirlər
28.09.2026 390 100 yaşdan çox yaşayanların ortaq 5 sirri
Amerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib. xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanlar
04.10.2026 386