Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə
Bu payız Bakıda ilk dəfə möhtəşəm bir mədəniyyət hadisəsi baş tutacaq — Baku International Arts Festival (BIAF). 31 oktyabr – 16 noyabr 2025-ci il tarixlərində Azərbaycanın paytaxtı müasir rəqs, teatr və ölməz klassikanı özündə birləşdirən beynəlxalq səhnə mərkəzinə çevriləcək.
Festival zamanı üç həftəsonunda qonaqları 10-dən artıq unikal tədbir gözləyir. Bu tədbirlərdə Azərbaycan, Avstriya, Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, Kanada, Çin, ABŞ, Fransa və Özbəkistandan 100-dən çox sənətçi iştirak edəcək.
Bakının ən nüfuzlu səhnələrində tanınmış rejissorlar, xoreoqraflar və teatrların tamaşaları təqdim olunacaq. Onların arasında Robert Lepaj, Şaron Eyal, Yan Lipin, Giyom Kotey, Rimas Tuminas, "Gesher" teatrı, Daniele Finzi Pasca və başqaları yer alır.
Festival dünya miqyasında tanınmış incəsənət tədbirlərinin ən yaxşı ənənələrindən ilhamlanaraq hər il keçiriləcək mədəniyyət layihəsi kimi nəzərdə tutulub. Məqsəd — Bakını yeni bədii dialoq, yaradıcılıq və beynəlxalq əməkdaşlıq mərkəzinə çevirməkdir.
Festivalın əsas məkanları: Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı.
Bakı — Xəzərin mədəniyyət paytaxtı, Şərqlə Qərbin qovuşduğu məkandır. Bir zamanlar Böyük İpək yolunun mühüm qovşağı olan şəhər, bu gün də xalqları birləşdirir və zəngin irsi ilə ilhamlandırır. BIAF 2025 bu birliyin yeni simvoluna çevrilərək dünya incəsənətini Azərbaycan mədəniyyəti ilə bir araya gətirəcək.
Festival yalnız konsertlər və tamaşalar silsiləsi deyil. Bu, yeni kəşflərə yol açan səyahət, incəsənət sevərlərə və mədəniyyət yoluna yenicə qədəm qoyanlara unudulmaz təcrübədir.
Biletləri əldə etmək, eləcə də proqram və festival barədə əlavə məlumat almaq üçün BİAF rəsmi saytına daxil olun: www.biaf.az




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 786 Tarix: 24 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMetro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672