"Azərbaycanla Macarıstan arasında beşillik mədəni əməkdaşlıq proqramı Azərbaycanın mövqeyini daha da gücləndirə bilər" - RƏY

"Azərbaycanla Macarıstan arasında beşillik mədəni əməkdaşlıq proqramı Azərbaycanın mövqeyini daha da gücləndirə bilər" - RƏYMədəniyyət Nazirliyində Macarıstanın mədəniyyət və innovasiyalar naziri Balazs Hankonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.Görüşün sonunda "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Macarıstan Respublikasının Mədəniyyət və İnnovasiyalar Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq proqramı" imzalanıb.Beşillik proqramda mədəni irsin rəqəmsallaşdırılması, mədəni və yaradıcı sənayelər, həmçinin ədəbiyyat, təsviri və tətbiqi sənət, musiqi, teatr, kinematoqrafiya, kitab sənayesi, muzey işi və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Politoloq Rəcəb Həsənov BiG.AZ-a bildirib ki, bu proqram həm Azərbaycanın, həm də Macarıstanın mədəni diplomatiya alətlərini gücləndirəcək. Mədəni əməkdaşlıq vasitəsilə ölkələr arasındakı ictimai əlaqələr, həmçinin xalqlar səviyyəsində qarşılıqlı anlaşma və etimad artırılır. Azərbaycan üçün bu, Avropa ilə inteqrasiyanın mədəni təzahürü olmaqla yanaşı, ölkənin multikultural imicini dünyaya tanıtmaq baxımından əhəmiyyətlidir:

"Mədəni irsin rəqəmsallaşdırılması proqramının iştirak etməsi bilavasitə texnoloji və arxiv salamatlığına investisiya deməkdir. Bu proses həm tarixi materialların qorunmasına, həm də onların ictimaiyyətə daha asan təqdim edilməsinə xidmət edir. Azərbaycanın muzey və arxiv infrastrukturu üçün bu, modernləşmə və beynəlxalq standartlara uyğunluq baxımından vacibdir.
Proqram ədəbiyyat, teatr, musiqi, kinematoqrafiya və kreativ sənayeləri daxil edir. Bu sahələrdə əməkdaşlıq, istehsalatın keyfiyyətinin artırılması, rəqəmsal platformaların genişləndirilməsi və yeni layihələrin icrasına imkan yaradacaq. Eyni zamanda, gənc istedadların resurslara, təcrübəyə və xarici bazarlara çıxışı olacaq.

Proqramın həyata keçirilməsi bölgələrdəki muzeylər, kitabxanalar, mədəniyyət mərkəzləri və sənət qrupları üçün maliyyə, texniki dəstək və beynəlxalq təcrübə mübadiləsi deməkdir. Bu, mədəni bərabərliyi təmin etmə və paytaxt‐region fərqliliyinin azaldılması baxımından vacibdir.

Azərbaycanla Macarıstan arasında bu beşillik mədəni əməkdaşlıq proqramı həmçinin regional və beynəlxalq mədəni mübadilələrdə Azərbaycanın mövqeyini daha da gücləndirə bilər. Əgər proqramın icrası planlaşdırıldığı kimi həyata keçsə, ölkədə mədəni sektorun modernləşməsi, yaradıcı sənayelərin inkişafı və ölkə kimi mədəniyyətlərinin qorunub‐inkişafı istiqamətində mühüm addım olacaqdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 643   Tarix: 24 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.