"Xahiş edirəm, azadlığa buraxın, evlənək..." - 8 il həbs verildi
Bakıda sevgilisini oğurlamaqda ittiham olunan gəncin məhkəməsi maraqlı məqamlarla yadda qalıb.
"Qafqazinfo"nun məlumatına görə, bu məhkəmə prosesinin əsas iştirakçıları 24 yaşlı Fərrux (bütün adlar şərtidir) və 19 yaşlı sevgilisi Nailədir.
Gənclər uzun müddət bir-birini seviblər. Lakin qızın anası evliliyə razılıq verməyib. Fərrux bir neçə dəfə elçi göndərsə də, hər dəfə rədd cavabı alıb. Oğlan izdivacın valideyn razılığı ilə baş tutmayacağını anlayaraq sevgilisini qaçırmaq qərarına gəlib. Bu işdə ona dostu İlkin kömək edib.
Fərrux sonuncu gün Nailə ilə danışaraq onu görüşə çağırıb. Həmin vaxt dostu İlkin də avtomobillə kənarda hazır gözləyib. Bir neçə dəqiqə sonra Fərrux Nailəni avtomobilə mindirib.
Lakin bir az getdikdən sonra Nailə bu addımın düzgün olmadığını düşünüb, xüsusilə də anasının xəstə olduğunu xatırlayaraq Fərruxdan onu geri qaytarmasını xahiş edib. Bu zaman sevgililər arasında mübahisə yaranıb. Nə baş verdiyini anlamağa çalışan İlkin isə qəfil idarəetməni itirərək əks yola çıxıb. Elə bu vaxt polis maşını saxlayaraq hər üçünü şöbəyə aparıb. Orada saxlanılan şəxslərin nəyə görə mübahisə etdikləri məlum olub.
İstintaq orqanı ilkin dindirmələrdən sonra Fərruxla İlkinin əməlini adam oğurluğu kimi qiymətləndirib. Hər ikisi barəsində həmin vaxtdan həbs qərarı verilib.
Dostların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Onlar hadisənin necə baş verdiyini hakim qarşısında ətraflı danışıblar. Məhkəmə ifadələri dinləyib, cinayət işindəki xüsusatları araşdırdıqdan sonra dostların əməlini adam oğurluğu yox, adam oğurluğuna cəhd kimi tövsif edib. Bu, cinayət hadisəsinin başa çatmaması ilə əsaslandırılıb.
Cinayət işində zərərçəkmiş kimi tanınan Nailə məhkəmədə etiraf edib ki, əslində onu qaçırmasını Fərruxdan özü xahiş edib. O, sevgilisini sevdiyini və birlikdə olmaları üçün yeganə yolun bu olduğunu düşündüyünü deyib: "Fərruxla bir-birimizi çoxdan sevirik. Mən əvvəldən Bakıda yaşayıram, o, isə rayonda böyüyüb, şəhərdə fəhlə işləyirdi. Amma anam bizim evlənməyimizə razılıq vermədi. Nəhayət məni başqa şəxslə evləndirmək istəyəndə Fərruxdan məni qaçırmasını istədim. Bəli, özüm könüllü qaçmaq istədim. Sadəcə maşına minəndən sonra aramızda mübahisə yarandı. Bir az sonra da anamın xəstə olmasını xatırladığım üçün fikrimi dəyişdim. Sonra da polis postunda saxlanıldıq, bizi şöbəyə apardılar. Düzdür, əvvəlki ifadəmdə başqa cür yazılıb. Bunun da səbəbi odur ki, mən 8-ci sinfə qədər oxumuşam. Ərizədə nə yazıldığını bilmədən imza atdım. Nə Fərruxdan, nə dostundan şikayətçiyəm. Heç biri mənə təzyiq göstərməyib".
Nailə son sözlərində hələ də Fərruxu sevdiyini deyib, onunla evlənmək istədiyi üçün azadlığa buraxılmasını xahiş edib. Bu vaxt Fərrux da şüşə qəfəsdən sevgilisinə səslənərək azadlığa çıxan kimi onunla evlənəcəyini deyib.
Gənclər məhkəmə zalında bir-birinə sevgi etirafları etsələr də, uzun müddət qovuşa bilməyəcəklər. Çünki sevgi ilə yanaşı ortada cinayət də var.
Bu əsasla hakim Vüqar Quliyev Fərruxun 8 il, dostunun isə 6 il 9 ay həbslə cəzalandırılması barədə hökm çıxarıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 858 Tarix: 25 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. BİG.AZ xəbər verir ki
08.10.2026 167 Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk
Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ
08.10.2026 123 Can Yaman dəyişdi
Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c
08.10.2026 212 Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - Video
Dünən Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avtomobil piyada keçidində hərəkət edən qadınla azyaşlı oğlunun üstündən keçib. Bu zama
08.10.2026 966 Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto
Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini
08.10.2026 173 Azər Mursaqulova yeni müavin təyin edildi
Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulova yeni müavin təyin edilib. APA-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə DSK-nın Aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev təyinat alıb. Qeyd edək ki, Səbuhi Əliyev 1
08.10.2026 190 Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə
08.10.2026 136 Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama
"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd
08.10.2026 159 Aİ Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzadıb
Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın xaricdə sabitliyi pozan fəaliyyətlərinə görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyaların qüvvədə olma müddətini bir il - 2027-ci il oktyabrın 9-dək uzatmaq qərarına gəlib. "Report" xəbər verir ki, bu barədə "İnterfaks" Aİ Şurasının kommunikesin
08.10.2026 151