Tramp-Əliyev Dialoqu: ABŞ-da Azərbaycanın Regional Liderliyi Tanındı

Tramp-Əliyev Dialoqu: ABŞ-da Azərbaycanın Regional Liderliyi Tanındı"Prezident İlham Əliyevin ABŞ-a səfərinin ən diqqətçəkən məqamlarından biri Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampın adından təşkil olunan rəsmi qəbul zamanı baş verib".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, Tramp və Əliyev arasında aparılan dialoq beynəlxalq mətbuatın da diqqətini çəkib. Tramp çıxışında Azərbaycanın 30 ildən artıq davam edən münaqişəni sona çatdırmasını müsbət nümunə kimi qiymətləndirib və bunu Yaxın Şərqdəki münaqişələrlə müqayisə edərək Azərbaycan modelini sürətli, effektiv və qətiyyətli həll yolu kimi təqdim edib. Bu, həm ABŞ ictimaiyyətinə, həm də beynəlxalq liderlərə Azərbaycanın regional lider kimi mövqeyinin tanınması anlamına gəlir:

"Prezident Əliyevin cavablarında isə siyasi üslubdan daha çox qarşılıqlı səmimiyyət hiss olunub. Məsələn, "Siz möcüzə yaratdınız, cənab Prezident" kimi ifadələr qarşılıqlı komplimentlərin nümunəsi sayılıb. Trampın "Atışma yoxdur?" sualı və Əliyevin "Hər şey tamamilə bitib" cavabı isə münaqişənin bağlanmış hesab edildiyinin beynəlxalq səviyyədə rəsmi şəkildə bəyan edilməsi kimi qiymətləndirilir.

Ekspertlərin fikrincə, bu dialoq protokol söhbətindən daha çox simvolik və strateji xarakter daşıyır. Trampın Əliyevə açıq dəstəyi və Qarabağ münaqişəsinin həlli ilə bağlı vurğuladığı "qısa zamanda sülh" mesajı Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ABŞ-ın regiondakı siyasi balansını da yenidən formalaşdırır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 705   Tarix: 26 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

TOP MP3