Vətən müharibəsinin xronikası: İlk gündə altı ərazi işğaldan azad edildi
Bu gün Vətən müharibəsinin başlanmasının beşinci ildönümüdür. Bu gün bizi böyük və şanlı qələbəyə aparan tarixdir. Məhz bu tarix Azərbaycanın 30 il ərzində düşmən tapdağı altında olan torpaqlarını işğaldan azad etməsi üçün dönüş nöqtəsi oldu. Cəbhədə törədilən erməni təxribatına layiqli cavab verən Azərbaycan Ordusu erməni hərbi birləşmələrini darmadağın edərək, işğal altında olan ərazilərini mənfur düşməndən təmizlədi.
Qələbəyə doğru gedən yolda şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında əsl tarix yazdı. 44 gün ərzində ərazilərimizin işğaldan azad edilməsi xəbərlərini aldıqca qəlbimizdəki Vətən nisgilinin yerini sevinc və qürur tutdu.
Oxu.Az xatırladır ki, müharibənin ilk günü Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatları ilə işğal altındakı altı ərazi azad edilib. Azərbaycan Ordusu üç istiqamətdə - Füzuli, Cəbrayıl və Kəlbəcərdə müharibənin ilk uğurunu qazanıb. Belə ki, Füzulinin Qaraxanbəyli, Qərvənd və Horadiz kəndləri işğaldan azad edilib. Cəbrayılın Böyük Mərcanlı, Nüzgar kəndlərində də işğala son qoyulub. Ordumuzun 27 sentyabrdakı uğurlu əməliyyatları nəticəsində Kəlbəcərin Murovdağ zirvəsi də işğaldan azad edilib.
Lakin mənfur düşmən bu dəfə də öz ənənəsinə sadiq qalaraq mülki əhaliyə qarşı cinayətə imza atıb. Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərinə davam edərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub. Nəticədə Naftalanda bir ailənin beş üzvü həlak olub. Düşmənin bu dəfə də eyni ssenari ilə hərəkət etməsi onun faşist mahiyyətini dəyişmədiyini ortaya qoyub.
Erməni təxribatlarının qarşısını almaq üçün sentyabrın 27-də Prezident İlham Əliyevin Milli Məclis qarşısında qaldırdığı vəsatət əsasında 28 sentyabr saat 00:00-dan etibarən bütün ölkə üzrə hərbi vəziyyət elan edilib.
Təbii ki, müharibənin ilk günü itkisiz də ötüşməyib. Torpaqlarımızın azadlığı uğrunda qəhrəman əsgərlərimiz, hərbçilərimiz şəhidlik və qazilik mərtəbəsinə yüksəliblər. Bu baxımdan, Prezident İlham Əliyevin 2020-ci ilin 2 dekabrında imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 27-si ölkədə Anım Günü kimi qeyd edilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 661 Tarix: 27 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995