Ukraynada atışma: Federasiya prezidenti öldürüldü
Ukraynanın Krivoy Roq şəhərində atışma baş verib. Hadisə zamanı yerli Sambo Federasiyasının prezidenti Yevgeni Ponırkonun həlak olduğu bildirilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukraynanın "24" telekanalı Dnepropetrovsk vilayətinin polisinə istinadən məlumat verib.
"Krivoy Roqun Pokrovski rayonunda qətl hadisəsi baş verib. Qətlin qurbanı yerli Sambo Federasiyasının prezidenti Yevgeni Ponırko ola bilər. Daha bir nəfər yaralanıb", - deyə telekanalın saytında yerləşdirilən məlumatda qeyd edilib.
Şahidlər yeddi atəş səsi eşitdiklərini deyiblər. Yaralanan kişi isə xəstəxanaya yerləşdirilsə də, vəziyyəti ilə bağlı təfərrüat məlum deyil.
Hadisə yerinə əməliyyat-istintaq qrupu və ekspertlər gəlib.
Atəş açanın şəxsiyyəti hələ müəyyən edilməyib və şəhərdə operativ "Siren" planı elan edilib. Dnepropetrovsk Vilayət Prokurorluğu qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açıldığını elan edib.
Eyni zamanda, Dnepropetrovsk vilayətinin polisi öz "Telegram" kanalında paylaşım edib.
"Krivoy Roq polisi Pokrovski rayonunda baş verən qətl hadisəsi yerində işləyir.
İlkin məlumata görə, naməlum şəxs yerli sakinə atəş açıb. Kişi aldığı yaralardan yerindəcə həyatını itirib. Daha bir nəfər yaralanıb.
Hazırda cinayəti törədən şəxsin müəyyən edilməsi istiqamətində ilkin istintaq tədbirləri davam etdirilir", - deyə paylaşımda bildirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 649 Tarix: 27 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı
Türkiyənin Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatları həyata keçirən 100-ə yaxın mama-ginekoloqu cərimələyib və onları müvəqqəti olaraq tibbi fəaliyyətdən kənarlaşdırıb. xəbər verir ki, bu barədə iyulun 11-də "BirGün" qəzeti məlumat yayıb. İntizam tədbirləri səhiyyə sahəsində həyata keçirilə
13:20 181 Fransa mediası süni intellektlə dezinformasiya yayır?
Fransa kütləvi informasiya vasitələri saxta məlumatlar yaratmaq məqsədilə süni intellektdən (Sİ) istifadə edərək Mali dövlətinə qarşı dezinformasiya kampaniyası həyata keçirir. xəbər verir ki, bu barədə Keçid Şurasının müdafiə komissiyasının vitse-prezidenti Fuseynu Uattara bildirib. Fransız mətbuatın
17:20 132 Gəncədə yas mərasimində kütləvi ZƏHƏRLƏNMƏ - TƏFƏRRÜAT+YENİLƏNİB
Bu gün Gəncədə baş verən kütləvi zəhərlənmənin təfərrüatı məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində keçirilən yas mərasimində baş verib. Yas yerində səkkiz nəfər yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər. Dərhal həmin şəxslər zəhərlənmə diaqnoz
20:53 204 Bu şəxslər 65 yaşı gözləmədən pensiya ala biləcək
İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 65 olub. Beləliklə, qadınların pensiya yaşı kişilərin pensiya yaşı ilə bərabərləşib. Kişilər üçün pensiya yaşı 2021-ci il iyulun 1-dən 65 yaş olaraq müəyyən edilib. "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, kişiləri
00:23 409 Çimərlikdə boğulan Rəşadın FOTOSU
Xəbər verdiyimiz kimi, ötən gün Tərtər sakini, 24 yaşlı Rəşad Çərkəzli Mingəçevir su anbarının ərazisində yerləşən çimərlikdə boğularaq ölüb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, 24 yaşlı Çərkəzin fotosunu təqdim edir:
21:47 0 BTQ-nin icraçı direktoru: "Digər Afrika ölkələrini də əməkdaşlığa cəlb edə bilərik"
"İlk dəfədir ki, bir xarici dövlət qurumu ilə Anlaşma memarandumu imzalanır". xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BTQ ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin "Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu" arasında əməkdaşlığa dair imzalanmı
16:20 156 İran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi
Rəsmi Tehran danışıqların bərpası üçün ABŞ prezidenti Donald Trampa müraciət etməyib, lakin vasitəçilər vasitəsilə əlaqələrə müsbət yanaşır. xəbər verir ki, IRIB teleradioşirkəti adı açıqlanmayan rəsmi mənbəyə istinadən məlumat yayıb. "Biz Birləşmiş Ştatlarla yeni danışıqlar mərhələsi tələb etməmişik
16:30 165 Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
ABŞ ilə İran arasındakı hərbi toqquşmalar daha geniş əraziyə yayıla bilər. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib. "Əraqçi (İranın xarici işlər naziri Abbas Əraqçi) zəng vurdu və bu mövzuda telefonla danışdıq"
19:50 134 İordani çayının Qərb sahilində CNN əməkdaşlarına hücuma görə dörd köçkün saxlanılıb
İordan çayının qərb sahilində CNN-in əməkdaşları da daxil olmaqla jurnalistlərə hücum etdiklərinə görə dörd köçkün saxlanılıb. "Report"un məlumatına görə, bu barədə CNN İsrail polisinə istinadən xəbər yayıb. Qeyd olunur ki, hücum jurnalistlər Ramallanın şimalındakı Sincil kəndi yaxınlığında
14:40 149