Hamının zərərsiz bildiyi bu hərəkət korluğa səbəb ola bilər - Açıqlama
Gözləri tez-tez ovmaq sadə vərdiş kimi görünsə də, ciddi fəsadlara yol aça bilər.
Milli.Az xəbər verir ki, bunu rusiyalı oftalmoloq Ksenia Qorbaçeva bildirib.
Gözləri ovmaq əvəzinə süni göz yaşı damcıları, fizioloji məhlul ilə yuma, allergiya zamanı isə sərin kompreslər tətbiq etmək daha təhlükəsizdir.
"Bu vərdiş buynuz qişanın (korneanın) səthində zədələr, iltihab və görmənin pisləşməsi ilə nəticələnə bilər.
Mütəxəssisin sözlərinə görə, mütəmadi mexaniki təsir nöqtəvi keratopatiya (epitelin zədələnməsi) və eroziyalar yarada, nəticədə bulanıq görmə, narahatlıq, qızartı və "gözə qum dolmuş" kimi hisslər əmələ gətirə bilər. Bu cür dəyişikliklər müalicə və müşahidə tələb edir.
"Əllərdə çoxlu mikroorqanizm olur. Ona görə də əllərin gözlə tez-tez təması infeksion xəstəliklərə, məsələn, konyunktivit və blefaritə səbəb ola bilər. Xüsusilə kontakt linza istifadəçiləri diqqətli olmalıdırlar, çünki infeksiya linzanın altına düşərək keratitə yol aça bilər.
Allergiyası olanlarda qaşınma səbəbindən gözləri ovmaq daha çox müşahidə olunur. Lakin bu zaman histamin ifrazı artır, qaşınma güclənir və "zədələyici dairə" yaranır. Bundan əlavə, gözləri ovmaq göz yaşı mayesində iltihabi göstəriciləri yüksəldir ki, bu da vəziyyəti daha da ağırlaşdırır.
Daimi və güclü ovma buynuz qişanın nazilməsinə, nəticədə keratokonus (korneanın konusvari formasını alması) xəstəliyinə gətirib çıxara bilər. Bu, xüsusilə lazer korreksiyası və ya digər əməliyyatlar keçirmiş insanlarda risklidir. Keratokonus görmənin korreksiya olunmasını çətinləşdirir və həmişə eynək və ya linza ilə düzəlmir".
Qorbaçeva əlavə edib ki, uzunmüddətli və güclü göz ovma vərdişi həmçinin göz daxili təzyiqi artıraraq qlaukomanın inkişafına və ya mövcud xəstəliyin sürətlənməsinə səbəb ola bilər.
Gözlərdə qum və ya yad cisim hissi, sulanma, işıqdan qorxma, kəskin ağrı və görmənin pisləşməsi müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 878 Tarix: 28 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBir-iki fincan, ya daha çox? - Həkim qəhvənin qan təzyiqini kəskin artıran miqdarını açıqlayıb
Qəhvənin orqanizmə təsiri onun istehlak miqdarından birbaşa asılıdır. xəbər verir ki, bu barədə rusiyalı kardioloq və tibb elmləri namizədi Valentina Baydina nəşrinə verdiyi müsahibədə danışıb. Həkim orqanizmə mənfi təsir göstərə biləcək qəhvə miqdarını açıqlayıb. Valentina Baydina bildirib ki, çox miqdard
12.07.2026 401 Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir
Antibiotik, ağrıkəsici və digər dərmanlardan sonra orqanizmi "təmizləmək" üçün bitki çayları və detoks proqramlarına müraciət edənlər olsa da, mütəxəssislər bu üsulların əksəriyyətinin elmi əsasının olmadığını bildirirlər. xəbər verir ki, həkim Svetlana Burnatskayanın sözlərinə görə, dərmanları
01.08.2026 316 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
25.07.2026 2010 Dondurucudan gələn zəhər - həkimlərin almağı məsləhət görmədiyi ucuz balıq
Mütəxəssislər supermarket rəflərində satılan ən keyfiyyətsiz balıq növlərini açıqlayıblar. Dondurulmuş balıq tez və faydalı şam yeməyi üçün ideal seçim kimi görünür. xarici mediaya istinadən xəbər verir ki, supermarketlərdəki cəlbedici qiymətlərin arxasında bəzən qida dəyərini itirmiş, hətta sağlamlı
02.08.2026 230 Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?
Bəzən yorğunluq gündəlik həyatın adi bir hissəsi kimi qəbul olunsa da, hər gün davam edən halsızlıq orqanizmdə gizli sağlamlıq probleminin əlaməti ola bilər. Mütəxəssislərin sözlərinə görə, davamlı yorğunluğun əsas səbəbləri arasında qan azlığı, qalxanabənzər vəz xəstəlikləri, şəkərli diabet, B12 vitamin
01.08.2026 252 Gecələr tərləmənin beş səbəbi: Həkimdən açıqlama
Gecələr tərləmək ciddi xəstəliklərin əlaməti ola bilər. -ın xəbərinə görə, bu barədə ümumi praktika həkimi Amir Xan "Daily Mirror" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Amir Xan bu vəziyyəti yaradan səbəbləri açıqlayıb. Mütəxəssisin sözlərinə görə, gecə tərləməsi menopauza və perimenopauza
19.07.2026 368 Allergiyadan astmaya aparan səbəblər: Kondisioner də nəfəs yollarını zədələyir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında tənəffüs yolları xəstəliklərindən danışılıb. Tənəffüs yolları xəstəlikləri hansı qruplara bölünür?. Ən çox rast gəlinən problemlər hansılardır?. Tənəffüs yolları xəstəliklərinin səbəbləri nələrdir?. Hava çirkliliyi ağciyərlərə necə təsir edir?. Siqareti
01.08.2026 238 Qocalmanın qarşısını ala bilsək, insan nə qədər yaşaya bilər? - Alimlər hesabladı
Yeni araşdırmaya görə, qocalmanın demək olar ki, bütün əsas səbəbləri aradan qaldırılsa belə, insan ömrünün nəzəri maksimum həddi təxminən 200 il ola bilər. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin məlumatına görə, alimlər qocalmanın əsas mexanizmlərinin aradan qaldırıldığı hald
24.07.2026 364 Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
Diş həkiminə müraciət zamanı müəyyən edilən diş əti problemləri insanın gələcəkdə 2-ci tip diabetə tutulma riski barədə də məlumat verə bilər. xəbər verir ki, "The Lancet Public Health" jurnalında dərc olunan və 300 mindən çox insanı əhatə edən genişmiqyaslı araşdırmada periodontitlə 2-ci ti
08.08.2026 176