Yataqda hərəkətsiz qalmaq beynin xəbərdarlıq mesajıdır - Açıqlama
Telefonla yataqda uzun müddət uzanmaq və gündəlik işlərdən imtina etmək bəzən tənbəllik deyil, psixoloji və fiziki resursların tükənməsi ilə bağlıdır.
Milli.Az xəbər verir ki, bu barədə "gazeta"ya açıqlamasında psixoloq, Piroqov Universitetinin dosenti Vladislav Sotnikov bildirib.
"Belə hallarda beyin enerji qoruma rejiminə keçir və bu, gərginlik və ya yüklənmədən sonra yaranan "passiv özünütənzimləmə" formasıdır. Əgər insan bir neçə saat yataqda uzandıqdan sonra normal fəaliyyətinə qayıdırsa, bu, təbii proses hesab olunur.
Lakin bu vəziyyət mütəmadi hal alır, yuxu, qidalanma və ünsiyyəti əvəz edir, həmçinin günahkarlıq və faydasızlıq hissi yaradırsa, bu, artıq xəbərdarlıq sayılır".
Sotnikov qeyd edib ki, belə durumda yataqda uzanmaq yalnız "ilk yardım" rolunu oynayır, lakin problemin həlli deyil. Psixoloq alternativ yollar axtarmağı məsləhət görür.
"Enerjinin tam tükəndiyi anlarda telefonu kənara qoyaraq gözləri bağlı 10 dəqiqə dincəlmək, eləcə də kiçik hərəkətlər, məsələn, qalxmaq, pəncərəni açmaq və ya üz yumaq beynin "yenidən işə düşməsinə" kömək edir".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 716 Tarix: 28 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
Xörək duzu maddələr mübadiləsinin normal gedişində, sinir və əzələ fəaliyyətində, həmçinin orqanizmdə maye balansının qorunmasında mühüm rol oynayır. xəbər verir ki, həkimlərin sözlərinə görə, yetkin insanların gündəlik minimum duz ehtiyacı təxminən 1,4 qramdır. Tövsiyə olunan gündəlik qəbul miqdar
06.06.2026 281 Proteynsiz qidalanma enerjini azaldır
Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır
13.06.2026 237 Həkim sağlam qocalmaq üçün hər gün bu meyvəni yeməyi tövsiyə edib
Sağlam qocalmaq və beyin fəaliyyətini qorumaq üçün hər gün nar yemək faydalı ola bilər. xəbər verir ki, bu barədə dietoloq Qerys Fərhad "El Economista" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, narın müntəzəm qəbulu koqnitiv funksiyalara müsbət təsir göstərir. O qeyd edi
02.06.2026 407 Kimlər qan üçün donor ola bilməz?
Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislər bildirirlər ki, kəskin infeksion xəstəliklərdən əziyyət çəkən, yüksək hərarət
20.06.2026 186 3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu
King's College London və Reading Universitetinin tədqiqatçıları ilk dəfə olaraq maraqlı bir faktı aşkara çıxarıblar: ispanaq, çuğundur və kələm kimi nitratla zəngin tərəvəzlər yedikdən sonra şəkərli saqqız çeynəmək qan təzyiqini aşağı sala bilir. xəbər verir ki, bu tərəvəzlərin tərkibindəki nitra
21.06.2026 305 500 min nəfərin nəticələri təhlil edildi: 8 saatlıq yuxu qaydası nəticəsiz imiş
Uzun illər sağlam həyatın əsas qaydalarından biri kimi qəbul edilən "8 saatlıq yuxu" ilə bağlı ənənəvi yanaşma yeni araşdırmalarla yenidən müzakirə olunur. Alimlərin qənaətinə görə, həm az, həm də həddindən artıq yuxu orqanizmin bioloji qocalma prosesini sürətləndirə bilər. Sağlam yaşlanm
05.06.2026 474 Ən çox allergiyaya səbəb olan giləmeyvələr - Mütəxəssislərdən xəbərdarlıq
Giləmeyvələr sağlam qidalanmanın vacib hissəsi hesab olunsa da, bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilər. Allergoloqlar bildirirlər ki, xüsusilə çiy halda istehlak olunan bəzi giləmeyvələr immun sisteminin həddindən artıq reaksiyasını tətikləyə bilir. xəbər verir ki, mütəxəssisləri
31.05.2026 305 Daha yaxşı yuxu üçün nə lazımdır? - 6 məhsul
Melatonin insan beyninin yuxu və oyaqlıq dövrlərini tənzimləmək üçün istehsal etdiyi hormondur. O bəzi qidalarda da təbii şəkildə mövcuddur. Qaynarinfo xəbər verir ki, "Health" nəşrinin məlumatına əsasən, müəyyən məhsullar orqanizmdə melatonin səviyyəsinin artmasına və daha keyfiyyətli yuxuy
29.05.2026 351 Distant işin psixi sağlamlığa mənfi təsiri açıqlandı
Harvard və Virciniya universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, uzaqdan iş formatı əməkdaşların psixi vəziyyətinə mənfi təsir göstərir. xəbər verir ki, bu barədə "Science" jurnalında dərc olunan materialda məlumat verilib. Alimlər 500 mindən çox amerikalının sorğu məlumatlarını təhli
07.06.2026 242