Xalq artistinin gəlinini komaya salan "Neapol" yenidən fəaliyyətə başlayır
Xalq artisti Mələkxanım Əyubovanın gəlininin komaya düşməsi və başqa uğursuz estetik əməliyyatlarla gündəmə gələn, sonradan fəaliyyətinə qadağa qoyulan "Laser Beauty" Klinikasının (LB Clinik) "Neapol" filialı yenidən işə başlayır.
Bu barədə klinika şəbəkəsinin direktoru Rəna Soltanova sosial mediada məlumat dərc edib.
O, etdiyi paylaşımda vakansiyaların oldunu bildirib. Rəna Soltanova qeyd edib ki, klinikanın "Neapol" filialına iki kosmetoloq, həmçinin stomotoloq, lazeroloq, mikroblading və qaş əkimi üzrə mütəxəssis lazımdır. O, həmçinin bu mütəxəssislərə yüksək maaş vədi verib.
Qeyd edək ki, "Laser Beauty" Klinikasının (LB Clinik) "Neapol" filialı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin apardığı yoxlamalardan sonra bağlanmışdı. Məlum olmuşdu ki, filial estetik əməliyyatların aparılması üçün uyğun lisenziyaya malik olmayıb. Həmin vaxt Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də bu məlumatı təsdiq edib. Nazirlikdən verilən açıqlamaya görə, "Neapol" filialına yalnız ambulator cərrahiyyə əməliyyatlarının aparılması üçün lisenziya verilib: "Klinikada ancaq kiçik cərrahi, o cümlədən estetik müdaxilələrə icazə verilir. Amma böyük plastik cərrahiyyə və yaxud ümumi cərrahiyyə işləri görülə, estetik əməliyyatlar da oluna bilməz. Bir də ki, baxır əməliyyatın növünə. Hansısa yüngül işlər görülə bilər, amma məsələn, burun əməliyyatı, üzdə müəyyən dəyişikliklər və s. bunlar oluna bilməz. Bunların hər biri stasionar xidmət tələb edir, filialda isə ancaq ambulator cərrahiyyə var".
Göründüyü kimi, estetik əməliyyatlar üçün lisenziyası olmayan, amma bu cür prosedurları həyata keçirərək insanların sağlamlığını riskə atan, onların səhhətində qalıcı izlər buraxan "Laser Beauty" Klinikasının "Neapol" filialı yenidən fəaliyyətə başlayıb. Maraqlıdır ki, onun fəaliyyət göstəməsinə hansı qurum və hansı əsasla icazə verib? Ümid edirik ki, əvvəlki problemlərin təkrarlanmaması üçün müvafiq qurumlar "Laser Beauty" Klinikasının "Neapol" filialının işinə ciddi şəkildə nəzarət edəcək.
Onu da qeyd edək ki, Rəna Soltanova və klinikanın rəhbəri Yeganə Cəfərova klinikanın "Altes" filialında aparılan yoxlama zamanı rəsmi şəxslərə qarşı qeyri-etik hərəkətlər ediblər. Rəna Soltanova və Yeganə Cəfərova yoxlama aparan mütəxəsislərə qışqıraraq telefonu onların üzərinə çırpıb, onları işdən çıxarmaqla hədələyiblər.
Mənbə: Milliyol.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 896 Tarix: 27 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995