Moldova seçkiləri: Qərb istiqaməti gücləndi, Rusiya təsiri zəiflədi

Moldova seçkiləri: Qərb istiqaməti gücləndi, Rusiya təsiri zəiflədi"Moldovada keçirilən parlament seçkilərində Prezident Maya Sandunun Fəaliyyət və Həmrəylik Partiyası (PAS) qalib gəlib. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 99.47%-i sayıldıqdan sonra PAS 49.9% səs toplayıb. Əsas rəqibi, keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi "Vətənpərvər blok" isə 24.28% səs alıb. Digər partiyalar arasında "Alternativ" 7.99%, "Bizim Partiya" 6.22% və "Demokratiya evdədir" 5.63% səs toplayıb".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, PAS parlamentdə 51 yer qazanaraq təkbaşına hökumət formalaşdırmaq imkanı əldə edib. Bu qələbə Moldovanın siyasi sabitliyi və idarəetmə effektivliyi baxımından əhəmiyyətlidir. Eyni zamanda, qələbə Rusiya-Qərb qarşıdurması kontekstində açıq mövqe deməkdir və ölkənin Qərbə inteqrasiya meyillərinin cəmiyyət tərəfindən dəstəkləndiyini göstərir:

"Maya Sandunun administrasiyası son illərdə korrupsiyaya qarşı mübarizə aparıb, Avropa İttifaqı ilə əlaqələri dərinləşdirib və Rusiyanın təsirindən uzaqlaşmağa çalışıb. PAS-ın uğuru isə xalqın bu kursa inam bəslədiyini göstərir. Əsas rəqibi olan Rusiya meyilli "Vətənpərvər blok"un səsi isə 24.28% ilə məhdud qalaraq ideoloji xəttin təsirinin zəiflədiyini ortaya qoyur.

Seçkilərin nəticələri həm region, həm də Rusiya üçün əhəmiyyətlidir. Moldova coğrafi baxımdan kiçik olsa da, Şərqi Avropada strateji mövqedədir, Ukrayna ilə sərhəddə yerləşir və Dnestryanı separatçı bölgənin varlığı Rusiya maraqları üçün kritikdir. Sandunun qələbəsi Moskva üçün strateji itkidir.

Moldova indi həm daxili, həm də xarici çətinliklərlə üzləşəcək: iqtisadi zəiflik, enerji asılılığı və separatçı təhdidlər hökumətin qarşısında durur. Dodon və rəsmi Moskva nüfuzlarını itirdikcə daha radikal addımlar ata bilər, xüsusilə Rusiyanın separatçılıq kartından istifadə etməsi istisna deyil. Xüsusilə Qaqauz bölgəsi bu kontekstdə diqqət mərkəzində olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 842   Tarix: 30 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddi

08.10.2026 230
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya liderlərinin görüşündən sonra ziyafət təşkil olunub - VİDEO

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. Dövlət başçıları və tədbir iştirakçıları üçün təqdim olunan konsert proqramında müxtəlif musiqi və səhnə nümunələri nümayiş etdirilib. Konsert proqramında

08.10.2026 180
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

08.10.2026 174
.

Zaur Kamaldan efirə qayıtması haqda suala cavab

Aparıcı Zaur Kamal yeni televiziya layihəsi üzərində çalışdığını açıqlayıb. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə canlı yayım zamanı hazırda fəaliyyəti və görünüşü ilə bağlı sualları cavablandırıb. "Radioda və ARB TV-də işləyirəm. İşə gedib gəlirəm, maaşımı alıram. Yeni layihələr üzərind

08.10.2026 293
.

Deputat: Azərbaycan-Türkmənistan əlaqələri bütün sahələrdə inkişaf edir

Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqul

08.10.2026 181
.

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama

"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd

08.10.2026 159
.

Çiyələk yeyirsiniz, yarpağını atırsınız? Alimlərdən maraqlı nəticə

Çiyələyin yalnız meyvəsi deyil, yarpaqları da alimlərin diqqətini çəkib. Yeni araşdırmada çiyələk yarpağından hazırlanmış ekstraktın yaşlı insanlarda yaddaş və stress göstəricilərinə mümkün təsiri araşdırılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Belçikadakı Katolik Lovan Universitetinin tədqiqatçılar

08.10.2026 200
.

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk

Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ

08.10.2026 123
.

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto

Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini

08.10.2026 173
.