"Mənə düşmən olanla niyə danışığa gedim?!" - Çıxışına limitsiz vaxt ayrıldı
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri İlqar Mustafayev 12 milyonluq yeyinti ittihamından danışıb.
"Qafqazinfo"nun məlumatına görə, İ.Mustafayev Bakı Ağır Cinayətlər Məhkəməsinə "Kürdəxanı həbsxanası"nda yazdığı hazır çıxışla gəlib. Hakim Leyla Əsgərova Məmmədova ona sərbəst ifadə vermək üçün limitsiz vaxt ayırıb.
Keçmiş bulvar rəhbəri özünə qarşı ittihamların heç birini qəbul etməyib.
O, sərbəst ifadəsində məhkəmə heyətinə müxtəlif epizodlarla bağlı izahat verib:
Hesablama Palatasından iradlar
"Palata öz aktında yazır ki, Bakı Bulvar İdarəsi "Azərsu" ASC-dən suvarma və istifadə üçün su almaq əvəzinə dəniz suyunu duzsuzlaşdıraraq istifadə edə bilərdi. Bununla da 800 min manat qənaət etmiş olardıq. Axı bu, absurddur".
Attraksion və obyektlərdən yığılan pullar
"İstintaq belə qənaətə gəlib ki, kassirlər attraksion və obyektlərdən yığılan pulları konkret işçilərə veriblər və həmin pullar da mənimsənilib. Amma bu epizod üzrə mənim əleyhimə ifadə verən şahid yoxdur. Hansı günahıma görə mənimlə belə davranırlar?"
Dondurma köşklərinin sahibi İlqar İsmayılova nə qədər pul verib?
"Başqa bir epizodda yazılıb ki, "Maraşpark" dondurma köşklərinin sahibi İsrafil Bascıl Bulvar idarəsinə 4 ildə 736 min 500 manat pul ödəyib. Müstəntiq də onun əl yazısı ilə yazılmış sənədi sübut kimi götürüb. 4 il ərzində təkcə icarə haqqı olaraq 736 500 manat verən bir sahibkarın bu müddət ərzində gəliri 3-4 milyon manat, dövriyyəsi ilə 10 milyon manata yaxın olmalıdır. Bunu ki, müəyyən etmək çətin deyil".
Popkorn köşkləri ilə bağlı 300 minlik mənimsəmə
"Bu epizod üzrə 380 min 313 manat mənimsəmədə ittiham olunuram. Sübut kimi isə sahibkar Tohid Abbasovun ifadəsi əsas götürülüb. Tohid deyib ki, guya mən 2016-cı ildə rəis gələn kimi onu bulvardan kənarlaşdırmışam. 6 ay sonra isə mənimlə görüşüb. Guya ona demişəm ki, "sən get VÖEN-lə işlə, mən sənə maaş verəcəyəm, əvəzində də bütün gəlirləri səndən alacağam". Əgər belə niyyətim varsa, nə üçün tanımadığım, hətta bulvardan qovduğum üçün mənə düşmən olan biri ilə belə danışığa gedim?! Hə, bir də Tohid Abbasov və digərləri sahibkar kimi gəlir götürməsəydilər, köşklərin sayını hər il artırmazdılar".
Gül və kol bitkiləri ilə bağlı ittiham
"Bu epizodda yazılıb ki, mən Bulvar İdarəsinin istixanası ola-ola "Girasol" MMC-dən 175 672 manat dəyərində gül almaq adı ilə pulları mənimsəmişəm. Bu da çox absurd ittihamdır. Əvvəla, Bulvar İdarəsində istixananı 2020-ci ildə mən yaratmışam ki, kənardan gül alışını nisbətən azaldaq. Gül alışından pul mənimsəmək istəsəydim, niyə istixana yaradırdım?!"
İlqar Mustafayev mənimsəmə epizodlarından əlavə, vergidən yayınma ittihamını da qəbul etməyib.
Məhkəmə oktyabrın 20-si qaldığı yerdən davam edəcək.
Qeyd edək ki, İlqar Mustafayev köməkçisi Rəşad Bədəlov və "Girasol" MMC-nin direktoru Fuad Babayevlə birlikdə mühakimə olunur. Sonuncu ikisi azadlıqdadır. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq olunub. Verilmiş ittihamlar sübuta yetirilsə, müttəhimləri 10 ildən çox həbs cəzası gözləyir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 751 Tarix: 01 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. "Qafqazinfo" -a istinadən xəbə
08.10.2026 255 Antarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər
Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanı
08.10.2026 167 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. BİG.AZ xəbər verir ki
08.10.2026 167 Azər Mursaqulova yeni müavin təyin edildi
Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulova yeni müavin təyin edilib. APA-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə DSK-nın Aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev təyinat alıb. Qeyd edək ki, Səbuhi Əliyev 1
08.10.2026 190 İnsanların ömür uzunluğu azalıb - SƏBƏBLƏR
2011-ci ildən etibarən Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə zəifləyib. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar bunun əsas səbəblərinin düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, piylənmə və COVID-19 pandemiyasının nəticələri ilə bağlı olduğun
08.10.2026 175 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi
08.10.2026 154 Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib
Azərbaycanda 2019-cu il noyabrın 1-dən bu günədək 923 uşaq övladlığa verilib. Bu barədə "Report"a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, ötən dövr ərzində övladlığa götürülmə ilə bağlı 2018 müraciət qeydə alınıb. Övladlığa verilən uşaqların 464-ü oğlan, 459-u isə qızdı
08.10.2026 127 İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ
ABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddi
08.10.2026 230 Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə
08.10.2026 136