Stress, siqaret və fast-food gənclərin ürəyini hədəfə alır

Stress, siqaret və fast-food gənclərin ürəyini hədəfə alır"Əvvəllər ürək-damar xəstəlikləri əsasən yaşlı insanlarda müşahidə olunurdu. Lakin bu gün sürətli həyat ritmi, gərgin iş rejimi, yuxusuzluq və davamlı stress gənclərdə də ürək-damar sisteminə ciddi ziyan vurur".

Bunu BiG.AZ-a açıqlamasında həkim-kardioloq Aytən Yüzbaşıyeva bildirib.

O, qeyd edib ki, siqaret, elektron siqaret, nargilə və alkoqol kimi zərərli vərdişlər gənclər arasında daha geniş yayılıb. Bu isə damarların erkən yaşda sərtləşməsinə və tıxanmasına səbəb olur:

"Qidalanma da böyük rol oynayır. Fast-food, qazlı içkilər, şirin və çox yağlı yeməklər damar divarlarında xolesterinin yığılmasına gətirib çıxarır. Artıq çəki və piylənmə də ürək infarktı riskini artıran əsas amillərdəndir.

Hərəkətsiz həyat tərzi də sağlamlığa mənfi təsir göstərir. Telefon və kompüter qarşısında uzun müddət oturmaq, idmandan uzaq qalmaq qan dövranını zəiflədir və ürək-damar sağlamlığını pozur.

Bundan başqa, genetik faktorlar da nəzərə alınmalıdır. Ailəsində erkən yaşda ürək xəstəliyi olan şəxslərdə risk daha yüksəkdir. Buna görə də gənc yaşlardan müayinələrə diqqət etmək vacibdir.

Əvvəllər yalnız yaşlılara aid hesab olunan şəkərli diabet və yüksək təzyiq bu gün gənclərdə də tez-tez rast gəlinir. Bu isə infarktın daha erkən yaşda baş verməsinə şərait yaradır.

Artıq "ürək xəstəliyi yalnız yaşlılarda olur" fikri keçərli deyil. Gənclərin də vaxtında profilaktik müayinələrdən keçməsi, sağlam qidalanması, aktiv həyat tərzi sürməsi və zərərli vərdişlərdən uzaq durması ürək-damar sağlamlığının qorunması üçün əsas şərtdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 687   Tarix: 01 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. "Qafqazinfo" -a istinadən xəbə

08.10.2026 255
.

Antarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər

Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanı

08.10.2026 167
.

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. BİG.AZ xəbər verir ki

08.10.2026 167
.

Azər Mursaqulova yeni müavin təyin edildi

Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulova yeni müavin təyin edilib. APA-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə DSK-nın Aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev təyinat alıb. Qeyd edək ki, Səbuhi Əliyev 1

08.10.2026 190
.

İnsanların ömür uzunluğu azalıb - SƏBƏBLƏR

2011-ci ildən etibarən Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə zəifləyib. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar bunun əsas səbəblərinin düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, piylənmə və COVID-19 pandemiyasının nəticələri ilə bağlı olduğun

08.10.2026 175
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi

08.10.2026 154
.

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycanda 2019-cu il noyabrın 1-dən bu günədək 923 uşaq övladlığa verilib. Bu barədə "Report"a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, ötən dövr ərzində övladlığa götürülmə ilə bağlı 2018 müraciət qeydə alınıb. Övladlığa verilən uşaqların 464-ü oğlan, 459-u isə qızdı

08.10.2026 127
.

İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddi

08.10.2026 230
.

Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar

Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə

08.10.2026 136
.