Ekspert:"Məktəbli avtobuslarının təsis edilməsi Emin Əmrullayevin növbəti biznes layihəsidir"

Ekspert:"Məktəbli avtobuslarının təsis edilməsi Emin Əmrullayevin növbəti biznes layihəsidir""Məktəbli avtobuslarının təsis edilməsi təhsil naziri Emin Əmrullayevin növbəti biznes layihəsi kimi qiymətləndirilir. Bakı şəhəri üzrə şagirdlərin sayı 500 mindən çoxdur. Ölkə üzrə ümumi şagirdlərin sayı isə 1 milyon 700 mini keçib ki, bunun da təxminən üçdə biri paytaxtda təhsil alır".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib.

""Təhsil haqqında" qanunun 19-cu maddəsinə əsasən, hər bir ümumtəhsil məktəbi ilk növbədə yerləşdiyi ərazidə yaşayan şagirdləri qəbul etməlidir. Buna görə də Bakı məktəblərində məktəbli avtobuslarına daha az ehtiyac olduğu düşünülür. Çünki paytaxtda valideynlər çox vaxt övladlarını özəl avtobuslarla və ya kirayə maşınlarla məktəbə aparırlar. Məktəbli avtobuslarının məhz Bakı üçün nəzərdə tutulması isə maliyyə məsələləri ilə bağlı görünür. Əgər əsas məqsəd uşaqların vaxtında məktəbə çatdırılması olsaydı, ucqar bölgələrdə birləşdirilən məktəblərdə bu gün yaşanan ciddi problemlər aradan qaldırılardı.

Məsələn, bəzi bölgələrdə məktəblər hələ də yeni tədris ilinə başlaya bilməyib. Şagirdlərin yerləşdirilməsi üzrə portal işləmir, yolun uzaqlığı isə valideynlər və uşaqlar üçün əlavə çətinliklər yaradır. Halbuki, məktəblər birləşdirilərkən təhsil naziri özü qeyd etmişdi ki, ucqar yerlərdə belə məktəblərə nəqliyyat ayrılacaq. Görünür ki, bu vəd də yerinə yetirilməyib.

Məktəbli avtobusları layihəsi hazırda paytaxtdakı 500 mindən çox şagirddən cəmi 1200 nəfəri əhatə edir. Bu isə ümumi şagirdlərin yalnız 0,2 faizi deməkdir. Belə kiçik miqyaslı bir layihənin böyük təmtəraqla təqdim olunması, əslində, cəmiyyətin diqqətini təhsildə mövcud real problemlərdən yayındırmaq məqsədi daşıyır.

Digər tərəfdən, məktəbli avtobuslarının qiymətləri 100 manatdan 250 manata qədər dəyişir. Halbuki valideynlərin kirayə maşın tutması çox vaxt daha ucuz başa gəlir. Bu da layihənin sosial deyil, biznes xarakteri daşıdığını göstərir.

Əgər həqiqətən şagirdlərin vaxtında məktəbə çatdırılması əsas məqsəd olsaydı, internat məktəblərində istifadəsiz qalan avtobuslar birləşdirilərək işə salına bilər və uşaqlar onlardan ödənişsiz yararlana bilərdi".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1314   Tarix: 01 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sezen Aksunun sevənlərinə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Axşam.az xəbər verir ki, ifaçı Nişantaşındakı özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətində ciddi problem olmadığı, hazırda evində istirahət etdiyi bildirilib. Seze

08.10.2026 247
.

Antibiotik qəbul edirsinizsə, BUNU yeməyin

Antibiotik müalicəsi zamanı qidalanmaya da diqqət etmək lazım olduğu müəyyənləşib. Yeni araşdırmaya görə, yüksək şəkərli qidalar antibiotiklərin bağırsaq mikrobiomuna təsirini daha da gücləndirə və faydalı bakteriyaların azalmasına səbəb ola bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçıla

08.10.2026 210
.

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. "Qafqazinfo" -a istinadən xəbə

08.10.2026 237
.

Antarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər

Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanı

08.10.2026 133
.

Müdir işə gedəndə üşüyən əməkdaşlarına BMW hədiyyə etdi

Çində restoranlar şəbəkəsinin sahibi Ma Yanli ən yaxşı əməkdaşlarına yeni BMW avtomobilləri hədiyyə edib. xarici mediaya istinadən xəbər verir ki, iş qadını əməkdaşlarının elektrik skuteri ilə işə gedərkən soyuq havada üşüdüklərini görüb. Buna görə də işçilərinə belə bir sürpriz edib. Avtomobil hədiyy

08.10.2026 126
.

Əmlakın bazar dəyəri ilə satış qiyməti niyə fərqlənir?

"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasını təmin edən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper

08.10.2026 183
.

Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar

Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır. "Unudulan sənətkarlar" rubrikasınd

08.10.2026 237
.

Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

08.10.2026 432
.

ABŞ-dən Türkiyə xəbərdarlığı: Ağlasığmazdır, heç vaxt imkan verməyəcəyik

ABŞ dövlət katibi Marko Rubio Türkiyə ilə Yunanıstan arasında Egey dənizi ilə bağlı fikir ayrılıqları səbəbindən müharibənin baş verməsini ağlasığmaz hesab edir və Vaşinqtonun heç vaxt buna yol verməyəcəyini bildirib. Teleqraf xəbər verir ki, bu barədə o, Yunanıstanın "Kathimerini" qəzetin

08.10.2026 30
.