Xəzər dənizində ƏMƏLİYYAT: Azərbaycana yarım tondan çox narkotik keçirmək istəyənlər TUTULDULAR
Xəzər dənizi vasitəsilə Azərbaycana 510 kq narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər dənizində keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb.
Sentyabr ayının 27-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilib.
Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirib.
Azərbaycan ərazi sularında və sahilboyu ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində üzmə vasitəsinin saxlanılması məqsədilə "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq atəşi açılıb, üzmə vasitəsi Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilə yan almağa məcbur edilib.
İlkin dindirmə zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları - 1979-cu il təvəllüdlü Atacani Tahir Xaləd, 1987-ci il təvəllüdlü Məxtumi Sadiq Ərazqurban və 1989-cu il təvəllüdlü Qangerme Omid Çalce olması müəyyən edilib.
Sərhəd pozucularının üzərindən aşkar edilmiş "Garmin" markalı GPS qurğusunun yaddaşına baxış keçirilərkən onların İran ərazisindən 1074 km məsafə qət edib Türkmənistan ərazi sularından keçməklə Azərbaycan ərazisinə daxil olması müəyyən edilib.
Saxlanılmış "Layner" tipli üzmə vasitəsinin hərəkət trayektoriyasında və hadisə yerində həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 509 kq 800 qram narkotik vasitə aşkarlanaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı nəticəsində hadisə yerində "Niva" markalı nəqliyyat vasitəsində 4 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb.
Fаkt üzrə Baş Prokurorluqla birgə istintaq-əməliyyаt tədbirləri dаvаm еtdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 645 Tarix: 05 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. "Qafqazinfo" -a istinadən xəbə
15:13 237 Türkmənistan səfəri: İlham Əliyevin Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji siyasəti
"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri sıradan diplomatik səfər çərçivəsinə sığmır. Bu səfər Azərbaycanın son illərdə ardıcıl şəkildə həyata keçirdiyi regional siyasətin növbəti mühüm mərhələsidir. Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-c
14:51 212 Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto
Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini
14:23 169 Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar
Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır. "Unudulan sənətkarlar" rubrikasınd
18:30 237 Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi yeni imkanlar yaradacaq
Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Bu barədə oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə rəsmi elan edilib. Beləliklə, 2027-ci ildə Azərbayca
16:49 197 Antarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər
Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanı
19:15 133 Sezen Aksunun sevənlərinə pis xəbər
Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Axşam.az xəbər verir ki, ifaçı Nişantaşındakı özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətində ciddi problem olmadığı, hazırda evində istirahət etdiyi bildirilib. Seze
14:54 247 Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə
22:00 0 Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama
"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd
21:49 0