Bakıda bağçada uşaq ağır xəsarət aldı, təcili tibbi yardım çağırılmadı - VİDEO
Bakıdakı 291 saylı körpələr evi-uşaq bağçasında üç yaşlı körpə yıxılaraq ağır xəsarət alıb.
BiG.AZ Xəzər TV-yə istinadla xəbər verir ki, uşağın atası Elcan İdrisbəylinin iddiasına görə, yıxılaraq sifəti çapılan körpəyə nə ilkin tibbi yardım göstərilib, nə də təcili yardım çağırılıb.
"Hadisə baş verəndən sonra onu anasına elə üzüqanlı halda təhvil veriblər. Gəldim ki, bağçanın qabağında anası ilə uşaq çöldə qalıb, uşaqdan qan gedir - hər yeri qandır. Apardıq "Semaşko"ya. Elə yolda direktor bizi yığdı, heç uşağı soruşmadan dedi ki, bağçanın adını çəkmə", - deyə Elcan İdrisbəyli bildirib.
Valideynlərinin təcili xəstəxanaya çatdırdığı uşağın sifətinə iki tikiş qoyulub, gözünə yaxın hissəyə isə tikiş atmaq mümkün olmayıb. Həkimlər bunun təhlükəli olduğunu bildiriblər.
"Gəldik direktora deməyə ki, bizə kamera görüntüsünü təqdim edin. Direktor bildirdi ki, dövlət bağçanı kamera ilə təmin etməyib", - deyə Elcan İdrisbəyli əlavə edib.
Bağçanın direktoru Sahibə xanım isə hadisədən vaxtında xəbərdar edilmədiyini, bütün məsuliyyətin müəllimədə olduğunu bildirib: "Müəllimə mənə vaxtında xəbər verməyib. İzahatını da almışam".
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə məsələ ilə bağlı tamamilə başqa açıqlama verilib. Bildirilib ki, 30 sentyabr saat 11:00 radələrində 291 saylı körpələr evi-uşaq bağçasının orta yaş qrupunda uşaqlardan biri yıxılıb və xəsarət alıb. Dərhal bağçanın tibb bacısı tərəfindən ilkin tibbi yardım göstərilib və uşağın valideyninə xəbər verilib. Uşaq valideyni ilə səhiyyə müəssisəsinə aparılıb. Bağçanın tərbiyəçi-müəllimi ilə bağlı tənbeh tədbiri görülüb. Valideynlə əlaqə saxlanılıb, uşağın vəziyyəti qənaətbəxşdir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 856 Tarix: 05 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
Xəbər verdiyimiz kimi, bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Orxan Ənvərlinin bıçaqlanması ilə bağlı məlumat yayılıb. TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, səhər saatlarında xəstəxanada Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürüc
14:17 241 Kassada qiymət fərqi ilə insanları aldadırlar - "Bu il 11 sahibkar cərimələndi"
Tez-tez sosial şəbəkələrdə marketlərlə bağlı şikayətlər səslənir. İstehlakçıların qarşılaşdığı problem vitrində başqa, kassada başqa qiymətlə qarşılaşmaqdır. Kassada məhsulun qiyməti 50 qəpik, bir, hətta iki-üç manat artıq hesablanır. Kassirdən soruşduqda isə "vitrindəki qiymət köhnədir", "endiri
19:45 151 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya liderlərinin görüşündən sonra ziyafət təşkil olunub - VİDEO
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. Dövlət başçıları və tədbir iştirakçıları üçün təqdim olunan konsert proqramında müxtəlif musiqi və səhnə nümunələri nümayiş etdirilib. Konsert proqramında
21:26 91 Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar
Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır. "Unudulan sənətkarlar" rubrikasınd
18:30 237 Əmlakın bazar dəyəri ilə satış qiyməti niyə fərqlənir?
"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasını təmin edən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper
16:14 183 İdmançı 75 yaşlı hakimi yerə çırpıb öldürdü
Meksikada restlinq yarışı (güləş şousu) zamanı faciə yaşanıb. xarici KİV-ə istinadla bildirir ki, hadisə İdalqo ştatının Mineral-de-la-Reforma şəhərində baş verib. İdmançı Xose Anxel Naxera Lopes 75 yaşlı hakim Xerardo Xerman Pinedanı götürərək rinqə çırpıb. Tamaşaçılar əvvəlcə bunu şounun bir hissəs
20:00 147 Deputat: Azərbaycan-Türkmənistan əlaqələri bütün sahələrdə inkişaf edir
Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqul
14:30 177 Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto
Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zaman
20:33 130 Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind
12:58 226