Meqan və Keyt niyə dost ola bilmədi? - Kral gəlinləri arasındakı qarşıdurmalar
2017-ci ildə şahzadə Harri Meqan Marklla nişanlandığını elan edəndə sarayda ümid edirdilər ki, gələcək hersoginya Keyt Middletonla yaxın dost olacaq. Lakin cəmi bir neçə ay sonra media iki qadın arasında gərgin münasibətlər barədə xəbərlərlə doldu.
Qaynarinfo-nun məlumatına görə, "Daily Mail" xatırladır ki, fikir ayrılıqları hələ 2018-ci ildə Meqan və Harrinin toyuna hazırlıq dövründə üzə çıxmışdı. Mübahisələr hətta drujkaların paltarlarının fasonu və məşqlər zamanı davranış kimi xırda məsələlərə qədər uzanmışdı.
Şahzadə Harri öz "Ehtiyatda" adlı xatirələrində yazır ki, bir söhbətdən sonra Meqanı ağlayan halda yerə çökmüş vəziyyətdə tapıb, daha sonra isə Keyt üzr məktubu və gül dəstəsi göndərib.
İllərlə müzakirə olunan başqa bir hadisə gəlin buketi ilə bağlı idi. Toyun televiziya yayımı zamanı tamaşaçılar Meqanın kilsəyə daxil olanda buketsiz, bir neçə saniyə sonra isə buketlə göründüyünü fərq etmişdilər. Bəziləri hesab edirdi ki, bu çiçəkləri ona Keyt verib və bu jest barışığın simvolu olub. Amma sonradan məlum olub ki, buketi Meqana onun köməkçisi Klara Medden – əvvəllər Uilyam və Keytin köməkçisi olmuş qadın – təqdim edib.
Bir il sonra Harri və Meqan toy fotosessiyasını paylaşdıqda, Keyt şəkillərdə yox idi. Jurnalistlər bunu münasibətlərin soyuqluğunun daha bir göstəricisi kimi dəyərləndirdilər.
İllər keçdikcə ziddiyyətlər dərinləşdi. Harrinin sözlərinə görə, mübahisələrdən biri Meqanın Keyt barədə "uşaq beyni" ifadəsini işlətməsi ilə başlayıb. Bu, bəzi qadınlarda hamiləlik və doğuşdan sonra müşahidə edilən unutqanlıq və diqqət dağınıqlığını təsvir edən qeyri-rəsmi termindir. Uilyam buna sərt reaksiya verərək Meqanı kobudluqda ittiham edib və ona "belə davranış burada yolverilməzdir" deyib.
Başqa bir gərgin an "Royal Foundation" forumu öncəsi yaşanıb. Meqan Keytdən dodaq parıltısı istədikdə, onu barmağı ilə çəkərkən Keytin narazı ifadə göstərdiyi bildirilir. Elə həmin tədbir Harrinin, Meqanın, Uilyamın və Keytin ilk birgə ictimai çıxışı idi. Gözləntilərin əksinə olaraq, forum birliyi deyil, fikir ayrılıqlarını nümayiş etdirdi. Müşahidəçilər Meqanın həddindən artıq enerjili və özünəinamlı, Keytin isə çox ehtiyatlı olduğunu qeyd etdilər. Beləcə, "kral harmoniyası"nın pozulduğu açıq şəkildə hiss edildi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 856 Tarix: 06 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSezen Aksunun sevənlərinə pis xəbər
Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Axşam.az xəbər verir ki, ifaçı Nişantaşındakı özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətində ciddi problem olmadığı, hazırda evində istirahət etdiyi bildirilib. Seze
08.10.2026 247 Antibiotik qəbul edirsinizsə, BUNU yeməyin
Antibiotik müalicəsi zamanı qidalanmaya da diqqət etmək lazım olduğu müəyyənləşib. Yeni araşdırmaya görə, yüksək şəkərli qidalar antibiotiklərin bağırsaq mikrobiomuna təsirini daha da gücləndirə və faydalı bakteriyaların azalmasına səbəb ola bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçıla
08.10.2026 210 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. "Qafqazinfo" -a istinadən xəbə
08.10.2026 237 Antarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər
Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanı
08.10.2026 133 Müdir işə gedəndə üşüyən əməkdaşlarına BMW hədiyyə etdi
Çində restoranlar şəbəkəsinin sahibi Ma Yanli ən yaxşı əməkdaşlarına yeni BMW avtomobilləri hədiyyə edib. xarici mediaya istinadən xəbər verir ki, iş qadını əməkdaşlarının elektrik skuteri ilə işə gedərkən soyuq havada üşüdüklərini görüb. Buna görə də işçilərinə belə bir sürpriz edib. Avtomobil hədiyy
08.10.2026 126 Əmlakın bazar dəyəri ilə satış qiyməti niyə fərqlənir?
"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasını təmin edən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper
08.10.2026 183 Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar
Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır. "Unudulan sənətkarlar" rubrikasınd
08.10.2026 237 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
08.10.2026 432 ABŞ-dən Türkiyə xəbərdarlığı: Ağlasığmazdır, heç vaxt imkan verməyəcəyik
ABŞ dövlət katibi Marko Rubio Türkiyə ilə Yunanıstan arasında Egey dənizi ilə bağlı fikir ayrılıqları səbəbindən müharibənin baş verməsini ağlasığmaz hesab edir və Vaşinqtonun heç vaxt buna yol verməyəcəyini bildirib. Teleqraf xəbər verir ki, bu barədə o, Yunanıstanın "Kathimerini" qəzetin
08.10.2026 30