Bu məhsul KƏSKİN UCUZLAŞDI - Kiloqramı 6-7 qəpiyə düşdü
İntensiv yağışlar Quba rayonunda meyvə bağlarına ziyan vurub, almanın kiloqramı 6-7 qəpiyə təklif olunur.
BiG.AZ "Report"a istinadla xəbər verir ki, alma becərilməsi Quba rayonunda kənd təsərrüfatının əsas sahələrindən sayılır.
Qubanın alma bağlarında hər il tonlarla məhsul yetişdirilir. Yığılan meyvə yerli bazarlara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac olunur. Sentyabrın ikinci ongünlüyündən etibarən, rayonun alma bağlarında kütləvi məhsul yığımına başlanıb.
Lakin son həftələrdə hava şəraitinin yağıntılı keçməsi səbəbindən bağlarda məhsul yığımında durğunluq müşahidə olunur. Fermerlər məhsulu vaxtında və itkisiz toplamağa çalışsalar da, aramsız yağışlar buna imkan vermir. Nəticədə mənfi təsirlərə məruz qalan almalara bağbanların "çil" adlandırdığı müxtəlif ölçülü ləkələr düşür. Belə olduqda təsərrüfat sahibləri keyfiyyəti dəyişən meyvəyə alıcı tapa bilmədikləri üçün almanı kiloqramı 6-7 qəpiyə emal müəssisələrinə satmaq məcburiyyətində qalıblar.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov məsələ ilə bağlı "Report"un yerli bürosuna bildirib ki, almaya ləkə düşməsinin yağıntı ilə əlaqəsi yoxdur:
"Əgər meyvəyə ləkə düşübsə, deməli, bağlara düzgün aqrotexniki qulluq göstərilməyib və ağacların dərmanlaması vaxtında aparılmayıb. Ona görə də bu məsələdə təbiətin təsirindən danışmaq üçün əsas yoxdur".
Qeyd edək ki, ötən il rayonda alma bağlarının sahəsi təqribən 7 min hektardan çox olsa da, bu il həmin göstərici 6,2 min hektara düşüb. Quba bağlarında daha çox məhsuldarlığı ilə seçilən "Qolden", "Simirenko", "Qrani smit" və "Fuji" sortlarının yetişdirilməsinə üstünlük verilir. Alma becərilməsindən imtina olunan bağ sahələrində isə gilas və digər meyvələr yetişdirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1036 Tarix: 11 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş
16:04 216 İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir - Fotolar
Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib
11:13 170 Tramp Putinlə telefon danışığı planlaşdırdığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb. xəbər verir ki, Tramp bu barədə jurnalistlərin Putinlə planlaşdırılan telefon danışığı ilə bağlı suallarını cavablandırarkən bildirib. Mətbuat konfransı Ağ Evin YouTube kanalında yayımlanıb. "Telefo
10:41 159 Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Amansızlıqla qətl
10:14 342 Şimali Koreya Cənubi Koreyanın tibbi yardım təklifini rədd etdi
Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo-jong Cənubi Koreyanın Pxenyana tibbi avadanlıq bağışlamaq planını təxribat və təhqir kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Kim Yo-jong açıqlamasında bildirib ki, bu təşəbbüs "dövlətimiz
10:58 169 Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək
Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının genişləndirilməsi və Avropa İttifaqının bu marşruta artan marağı fonunda daha da möhkəmlənir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və logistika əlaqələrini
16:52 71 Nigar Fərhadın həyat yoldaşı başqa təcridxanaya köçürüldü
"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasında bel
11:40 218 "Bu, siyasi dialoqumuzun intensivliyini əks etdirir" - Yenilənib
"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir". "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfəri
11:53 163 Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar
"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarını
16:31 94