Ürəyi və böyrəkləri səssizcə çökdürür - Gizli xəstəlik

Ürəyi və böyrəkləri səssizcə çökdürür - Gizli xəstəlikHalsızlıq, yorğunluq, keçməyən bel və kürək ağrısı… Bu cür şikayətlər çox vaxt adi yorğunluq kimi qəbul edilir. Halbuki bu əlamətlər bəzən qəlbi və böyrəkləri səssizcə məhv edən "paratiroid adenomu" adlı gizli bir xəstəliyin xəbərçisi ola bilər.

Hiyləgər və tanınmayan bir xəstəlik

BiG.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, "paratiroid adenomu" paratiroid vəzindən qaynaqlanan, xoşxassəli, lakin bədəndə ciddi fəsadlar yarada bilən bir şişdir. "Şiş" ifadəsi xəstələrdə tez-tez xərçəng qorxusu yaratsa da, bu xəstəlik xərçəng deyil. Lakin uzun müddət aşkarlanmadıqda ürək, damar və böyrək kimi həyati orqanlarda qalıcı zədələrə səbəb ola bilər.

Ümumi cərrah və endokrin cərrahı, professor Erhan Ayşan bildirir ki, bu xəstəlik illərlə fərq edilmədən davam edə bilər, halbuki sadə bir qan analizi ilə asanlıqla diaqnoz qoymaq mümkündür.

Kalsium dəyərlərinə diqqət vacibdir

Bu xəstələrin qanında kalsium dəyərləri adətən yüksək çıxır. Qanda artan kalsium, xüsusilə ürək və damar sistemində yığılıb ciddi zədələr yaradır. Buna görə də halsızlıq, yayılmış ağrılar və səbəbi bilinməyən yorğunluq hallarında mütləq kalsium səviyyəsinə baxılmalıdır.

Əlamətlər çox sinsi seyr edir

Paratiroid vəzləri bədənin ən kiçik orqanlarındandır və onların əsas vəzifəsi kalsium tarazlığını tənzimləməkdir. Bu vəzlər "parathormon" adlı hormon ifraz edirlər. Paratiroid adenomu isə həmin hormonun həddindən artıq ifrazına səbəb olur və nəticədə kalsium miqdarı qalxır. Artan kalsium damarlarda çökmələr yaradaraq qan axınını azaldır, bu da ürək krizi, beyin insultu və böyrək çatışmazlığına yol aça bilər.

Diaqnoz çətin, lakin vacibdir

Xəstəliyin diaqnozu bəzən çətin olur, çünki əlamətlər çox ümumidir və digər xəstəliklərlə qarışdırıla bilər. Halbuki sadəcə qan analizində kalsiumun 10-un üzərində olması artıq paratiroid adenomu şübhəsi üçün kifayətdir.

Yeganə müalicə – əməliyyat

Mütəxəssislər bildirirlər ki, bu xəstəliyin dərmanla müalicəsi yoxdur. Yeganə effektiv üsul əməliyyatla şişin çıxarılmasıdır. Əməliyyatdan əvvəl ultrasəs və sintiqrafiya ilə adenomun yeri müəyyən edilir, lakin bəzən bu testlər nəticə vermir və əməliyyat çətinləşə bilər. Buna görə endokrin cərrahiyyəsində tez-tez belə deyilir: "Paratiroid əməliyyatı ya 30 dəqiqə çəkər, ya da 3 saat!"

Əməliyyatdan sonra sürətli sağalma

Əməliyyat uğurlu keçdikdən sonra xəstələrdə kalsium səviyyəsi tez bir zamanda normallaşır və bədəndəki gərginlik, halsızlıq kimi şikayətlər qısa müddətdə azalır. Xüsusilə gənc və orta yaşlı xəstələrdə bərpa prosesi daha sürətli gedir.

Sadə test, böyük fayda

Bu xəstəlik nadir görüldüyü üçün həkimlər bəzən onu digər diaqnozlarla qarışdıra bilər. Halbuki səhər acqarına edilən sadə kalsium testi həyatı xilas edə bilər. Ailə sağlamlıq mərkəzlərində belə aparılan bu analiz, qanda kalsium dəyəri 10-un üzərində çıxarsa, dərhal endokrinoloqa müraciət edilməlidir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1301   Tarix: 13 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 654
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

01.11.2026 1196
.

Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə

Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj

16.11.2026 371
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18.10.2026 1021
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 895
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1178
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

25.10.2026 903
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.