Acı bibər infarkt riskini azaldırmış
Badımcançiçəklilər fəsiləsinə məxsus bibərin vətəni Cənubi Amerikadır. İlk dəfə ispanlar tərəfindən Avropaya gətirilmiş bibərlər qısa müddət ərzində tropik və subtropik ölkələrdə yayılıb. Xüsusilə C vitamini ilə zəngin bibərlərin acı, şirin növləri və rəngbərəg çeşidləri var. Acı istiotda 9-20% quru maddə, o cümlədən, 4,5-8,0% şəkər vardır. Acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin (C18H27NO3) miqdarından (0,02-1,0) asılıdır.
"Qafqazinfo" xəbər verir ki, bibər insan orqanizminə çox faydalıdır. Həkimlər gündəlik qidalanma prosesində acı və şirin bibərlərdən istifadə etməyi məsləhət görür. Acı bibərin 70-ə yaxın növü var. Dünyada ən acı bibər habanero növü hesab olunur. Meksika mətbəxində demək olar ki, bütün yeməklərdə ondan istifadə olunur.
1. Oynaqlarda iltihablaşmanın və revmatizmanın qarşısını alır.
2. Ən acı növlərdən olan Çili bibəri insan orqanizmi üçün çox faydalıdır. İştahı açan xüsusiyyəti ilə həzm sistemini stabilləşdirərək mədəni sakitləşdirir.
3. Ürək xəstəliklərinin yaranmasının qarşısını alır. Acı bibər yemək ay ərzində yarana biləcək insult və infarkt riskini 13%-ə qədər azaldır. Qırmızı bibər insanı rahatladır, nəfəs yollarını açır, ağciyərləri təmizləyir, bronxit və qrip kimi xəstəliklərin yaranmasının qarşısını alır.
4. Yağ yandıran xüsusiyyəti ilə gündəlik yeyilən acı bibər insanı arıqladır və çəkini normallaşdırır. Kaloriləri yandıran acı bibər mədə-bağırsaq sisteminin funksiyasını yaxşılaşdırır.
5. Acı bibər yemək kişilərdə cinsi istəyi artırır. Testosteron səviyyəsini qaldırır.
6. Şəkər xəstələri acı bibər yeməklə şəkəri normada saxlaya bilərlər. Xüsusən də Çili bibəri qanda şəkərin miqdarını normallaşdırır.
7. Əsasən, Hindistan mətbəxində istifadə edilən acı bibər növlərindən olan pipalinin tərkibində olan kapsaisin maddəsi insan orqanizmində xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.
8. Acı bibər soyuqdəyməyə, diş və boğaz ağrılarına kömək edir. Antibiotik dərmanların qəbulundansa, üyüdülmüş istiotu suya qatıb içmək orqanizmə daha çox fayda verir.
9. Acı bibər insan orqanizmində mikrobları öldürür və immun sistemini qüvvətləndirir. Acı bibərdən müntəzəm istifadə edən insanların orqanizmi xəstəliklərə qarşı daha güclü müqavimət göstərə bilir.
10. Əsrlərdir acı bibərdən alternativ təbabətdə istifadə edilir. Bəzi xalqlar acı bibərlə xüsusi müalicə üsulları hazırlayıblar. Soyuq havalarda ayaqqabıların içinə qoyulan acı bibər barmaqları donmadan qoruyur. Qanayan yaraya qoyulan acı bibər qanaxmanı dayandırır və yaranın iz qalmadan yaxşılaşmasına kömək edir.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 964 Tarix: 30 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir. "Euroonco" federal ekspert onkologiya klinikaları şəbəkəsinin qastroenteroloqu, tibb elmləri namizədi Vladimir Loginov qaraciyər
25.07.2026 311 5-dən çox yuxu pozğunluğu simptomu insult riskini kəskin artırır
Yuxu problemləri insult riskini 16% artırır. -a istinadən xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. O qeyd edib ki, insult ciddi və həyati təhlükə yaradan təcili vəziyyətdir:. "Bu
02.08.2026 429 COVID-19-un mənşəyi ilə bağlı yeni iddialar yayıldı
Ağ Ev COVID-19-un mənşəyi ilə bağlı yeni materiallar yayımlayıb. xəbər verir ki, sənəddə koronavirusun laboratoriya mənşəli ola biləcəyi iddiasına yer verilib. ABŞ administrasiyasının rəsmi internet saytında dərc olunan hesabatda bildirilir ki, virusun bəzi xüsusiyyətləri təbii ştammlarda nadir hallard
01.08.2026 258 Su içməyi necə vərdişə çevirmək olar? - 5 tövsiyə
Su orqanizmin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Bununla belə, bir çox insan gün ərzində tövsiyə olunan miqdarda su qəbul etmir. Qaynarinfo "BHG" nəşrinə istinadən xəbər verir ki, diyetoloqlar su içməyi gündəlik vərdişə çevirməyə kömək edəcək sadə məsləhətlər bölüşüblər. Diyetolo
13.07.2026 444 Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Diyetoloqlar bildirirlər ki, məşhur qəlyanaltılar - kartof çipsi, peçenye və qurudulmuş ət məhsulları adətən yüksək miqdarda natrium və doymuş yağ ehtiva etdiyindən ürək sağlamlığı üçün əlverişli seçim sayılmır. Qaynarinfo xəbər verir ki, "Martha Stewart" portalının yazdığına görə, ürək üçü
29.07.2026 507 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
25.07.2026 2008 Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı
Əfsanəvi aktyor Dik Van Dayk 2025-ci ilin sonunda 100 yaşını tamamladıqdan sonra uzunömürlülüyünün əsas sirlərindən birini bölüşüb. Maraqlıdır ki, onun qeyd etdiyi bu amil elmi araşdırmalarla da təsdiqlənib. Qaynarinfo-nun "ScienceAlert" nəşri istinadən məlumatına görə, aktyor bildirib ki
13.07.2026 615 Günəş hər kəsdə D vitaminini artırmır
Yayda günəş işığının D vitamini çatışmazlığını aradan qaldırdığı düşünülsə də, yeni araşdırma bunun hər kəs üçün doğru olmadığını göstərib. Axşam.az xəbər verir ki, bu barədə "ScienceAlert" məlumat yayıb. Nyukasl Universitetinin alimləri 2024-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədə
01.08.2026 212 Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Dünya miqyasında xərçəng hallarının sayının artması bir daha erkən diaqnozun və bədənin incə xəbərdarlıq əlamətlərinin düzgün şərh edilməsinin vacibliyini vurğulayır. Məşhur inancın əksinə olaraq, xərçəng növləri həmişə ağır simptomlarla qəfildən ortaya çıxmır. Alimlər vurğulayırlar ki, bədəndə həftələrl
02.08.2026 332