Boy fərqinin genetik şifrəsi: Kişilər niyə qadınlardan daha uzun olur?

Boy fərqinin genetik şifrəsi: Kişilər niyə qadınlardan daha uzun olur?Alimlər uzun müddətdir kişilərdə boy artımını təmin edən genetik mexanizmi tapmaqda çətinlik çəkirdilər. Lakin yeni tədqiqatlar göstərib ki, həm X, həm də Y xromosomlarında yerləşən "SHOX" adlı gen kişilərdə qadınlara nisbətən daha aktiv şəkildə ifadə olunur. Bu kəşf, "nəyə görə kişilər adətən qadınlardan daha uzundur?" sualına cavab ola bilər.

Qaynarinfo xəbər verir ki, kişilər orta hesabla qadınlardan təxminən 13 santimetr uzun olur. Bu fərqin əsas səbəbləri arasında cinsiyyət hormonları və böyümə genləri göstərilsə də, alimlər uzun illər boyu bu fərqin genetik əsasını tam izah edə bilmirdilər.

"Journal of Human Genetics" jurnalında dərc olunan iki yeni tədqiqatda diqqət "SHOX" geninə yönəldilib. Bu gen əvvəllər hər iki cinsdə mövcud olduğuna görə boy fərqinin səbəbi kimi qəbul edilmirdi, lakin nəticələr bu yanaşmanı dəyişib.

Unudulmuş gen: kişilərdə niyə daha aktivdir?

Aparılan ilk araşdırmada məlum olub ki, "SHOX" geni kişilərin toxumalarında qadınlara nisbətən daha yüksək səviyyədə aktivdir. Bu da o deməkdir ki, gen yalnız kişilərə xas olmasa da, kişilərdə daha çox işləyir və boy fərqinin əsas genetik səbəbi ola bilər.

Bu nəticəni dəstəkləmək üçün alimlər 928 605 nəfərin boy və genom məlumatlarını analiz ediblər. Məlum olub ki, əlavə Y xromosomu olan şəxslər orta hesabla 3,1 santimetr daha uzun olur. "SHOX" geni bu xromosomlarda skeletin böyüməsi ilə əlaqəli yeganə gen olduğuna görə, boy artımı onun fəaliyyəti ilə izah olunur.

Tədqiqat həm də göstərib ki, "SHOX" genindəki pozuntular boyun qısalmasına səbəb olur — bu hal kişilərdə orta hesabla 18,6 sm, qadınlarda isə 8,9 sm qısalma ilə nəticələnir. Bu fərq genin kişilərdə daha güclü təsirə malik olduğunu sübut edir.

Alimlər yekunda qeyd ediblər ki, bu gen cinsiyyətlər arasında boy fərqinin formalaşmasında mühüm rol oynayır, lakin yeganə amil deyil. Cinsiyyət xromosomlarında hələ tanınmamış digər genlərin də bu prosesdə iştirak edə biləcəyi ehtimal olunur.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 933   Tarix: 04 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 654
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

01.11.2026 1196
.

Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə

Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj

16.11.2026 371
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18.10.2026 1021
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 895
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1178
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

25.10.2026 903
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.