Payızda əhvalınızı qorumağın yolları: Psixoloqdan vacib xəbərdarlıqlar

Payızda əhvalınızı qorumağın yolları: Psixoloqdan vacib xəbərdarlıqlarPayızın gəlməsi ilə günlərin qısalması və günəş işığının azalması insanların əhvalına mənfi təsir göstərə bilər.

Qaynarinfo xəbər verir ki, Özel Medline Adana Xəstəxanasının (Türkiyə) mütəxəssis psixoloqu Fulda Karaçiçekin sözlərinə görə, bu mövsümi dəyişikliklər orqanizmdə yuxu hormonunun ifrazını artırır, lakin xoşbəxtlik hormonu olan serotoninin istehsalını azaldır. Bu isə halsızlıq, yuxululuq, enerji azalması və ümumi maraqsızlıq kimi əlamətlərlə müşahidə oluna bilər. Psixoloq qeyd edib ki, xüsusilə mövsümü duyğu pozğunluğu (SAD) yaşayan insanlar bu dövrdə diqqətli olmalıdırlar.

Payızın psixoloji təsirləri

Karaçiçek deyib ki, payızda günəşli yay havasından soyuq və qapalı havalara keçid, emosional yavaşlamanı tətikləyir:

"Bu dövrdə bir çox insan keçmişi düşünməyə başlayır və ilin sonuna yaxınlaşma ilə bağlı yaranan melanxolik hisslər güclənir. Bəzən bu, insanların özləri ilə daxili hesablaşma aparmasına və nostaljik düşüncələrə dalmasına səbəb olur. Amma payız eyni zamanda yenilənmə və tarazlıq tapma mövsümü də ola bilər. Təbiətin sakitləşməsi insana dayanmaq, dəyərləndirmək və yenidən plan qurmaq imkanı verir".

Sosial həyat və ailə münasibətləri

Havanın soyuması insanları açıq havadan uzaqlaşdıra, bu da təkliyə meyli artıra bilər. Lakin Karaçiçekə görə, bu dövr ailə ilə daha çox vaxt keçirmək və evdə sakitlik tapmaq üçün fürsət yarada bilər:

"Valideynlər üçün uşaqlarla birlikdə vaxt keçirmək və ailə içində rahatlıq tapmaq bu mövsümdə daha ön plana çıxır".

Payızda ruhi sağlamlığı qorumağın yolları

Psixoloq Karaçiçek payızda ruhi tarazlığı qorumaq üçün aşağıdakı tövsiyələri verib:

* Günəş işığından faydalanın: Hər gün 20–30 dəqiqə açıq havada vaxt keçirin.
* Müntəzəm idman edin: Xüsusilə gəzintilər və yüngül kardio məşqləri endorfin ifrazını artıraraq əhvalı yaxşılaşdırır.
* Daxili sakitlik tapın: Payız keçmişi düşünmək və özünü qiymətləndirmək üçün uyğun zamandır.
* Sosial əlaqələri qoruyun: Ailə və dostlarla vaxt keçirmək təkliyə qarşı təsirli mübarizə vasitəsidir.
* Yuxu rejiminə əməl edin: Düzgün yuxu rejimi enerji səviyyəsini yüksəldir və ruh halını sabit saxlayır.

Karaçiçekin fikrincə, payız təbiətin sakitləşdiyi və insanın öz daxili tarazlığını yenidən tapmaq üçün imkan əldə etdiyi bir dövrdür. Bu zaman sağlam vərdişlər qazanmaq və emosional sabitliyi qorumaq xüsusilə vacibdir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1027   Tarix: 05 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 654
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

01.11.2026 1196
.

Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə

Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj

16.11.2026 371
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18.10.2026 1021
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 895
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1178
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

25.10.2026 903
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.