Prezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - Fotolar

Prezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - FotolarNoyabrın 5-də 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr olunan tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirə ölkəmizin müxtəlif bölgələrindən gələn Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi, Aprel və Tovuz döyüşləri, eləcə də antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlarımızın anaları dəvət olunub.

"Fire Land Group" tərəfindən təşkil olunan tədbir həm də "Mənim oğlum qəhrəmandır!" layihəsinin 5 illik yubileyinə təsadüf edib.

Çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şücaətindən və 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışıblar.

Tədbir zamanı "44" adlı tammetrajlı bədii filmin treylerinin təqdimatı olub. Film Vətən müharibəsində Zəfərə gedən yoldan, Ordumuzun qəhrəmanlığından bəhs edir.

Daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış ediblər.

Şəhid Hüseyn Tağıyevin anası Mətanət Məmmədova AZƏRTAC-a müsahibəsində Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürünü bildirərək deyib: "Biz şəhid anaları, həyat yoldaşları və qazilər müxtəlif tədbirlərdə bir araya gəlirik. Bizləri unutmurlar, həmişə yad edirlər. Buna görə hər kəsə minnətdaram".

Şəhid baş leytenant Rahim Mikayılovun anası Ulduz Mikayılova isə müsahibədə oğlunun şəhidlik zirvəsinədək ucalan döyüş yolundan danışıb, dövlətimizin şəhid ailələrinə dəstəyini yüksək qiymətləndirib.

Tədbirin sonunda şəhid ailələri Leyla Əliyeva və Arzu Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər. Onlar dövlətimizin və Heydər Əliyev Fondunun hər zaman şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Artıq beş ildir ki, "Mənim oğlum qəhrəmandır!" və "Mənim atam qəhrəmandır" layihələri çərçivəsində şəhidlərimizin xatirəsi yad edilir, onların ailələri bir araya gətirilir. Bu illər ərzində keçirilən silsilə tədbirlərdə ümumilikdə 5000-ə yaxın şəhid anası və 1700-dən çox şəhid övladı iştirak edib.

O cümlədən bu il Ramazan ayı ərzində "Mənim oğlum qəhrəmandır!" layihəsi üzrə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən görüşlərdə Azərbaycanın bütün bölgələrindən 2000-ə yaxın şəhid anası bir araya gəlib.

Qeyd olunan tədbirlər şəhid ailələrinə diqqət və qayğının, onların qəhrəman övladlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, bu istiqamətdə dövlət tərəfindən görülən işlərə dəstək məqsədi daşıyır.

Prezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - FotolarPrezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - FotolarPrezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - FotolarPrezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - FotolarPrezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - FotolarPrezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - FotolarPrezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - FotolarPrezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - FotolarPrezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - FotolarPrezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - FotolarPrezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - FotolarPrezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - FotolarPrezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - FotolarPrezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - FotolarPrezidentin qızları Zəfəri şəhid anaları ilə qeyd etdi - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1085   Tarix: 05 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məhkəmə qərarından narazı qalanlar bunu bilməlidir

"Məhkəmədə iddia qaldırmış şəxs məhkəmənin qəbul etdiyi qərar, qərardad, qətnamə və digər məhkəmə aktları ilə razılaşmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkəmə aktından yuxarı məhkəmə instansiyasına şikayət verə bilər. Bu, şəxsin öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçü

07.10.2026 191
.

Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

07.10.2026 198
.

Palandökendən dünyaya

Palandökendən dünyaya / Zəngəzur və Orta Dəhlizin yenidən formalaşdırdığı ticarət denklemində Ərzurumun əsas sınağı Palandöken Logistika Mərkəzini gözləyən bir obyektdən işlək ticarət bazasına çevirməkdir. Bir şəhərin iqtisadi gələcəyindən danışarkən bəzən kilometrləri, yolları, dəmir yollarını və layihələr

07.10.2026 171
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

07.10.2026 1
.

Jurnalistlərin IX qurultayının vaxtı dəyişdi

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixini

07.10.2026 158
.

Yumurta bişirəndə bu səhvləri etməyin

Yumurta bişirərkən edilən səhvlərin əksəriyyəti onun qida dəyərini yox, dadını, görünüşünü və konsistensiyasını korlayır. xəbər verir ki, yumurta zülal, vitaminlər və xolin kimi faydalı mikroelementlərlə zəngin qidalardan biridir. Yumurta çox bişiriləndə bütün faydasını itirir fikri isə doğru deyil

07.10.2026 125
.

76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq

Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy

07.10.2026 1
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

07.10.2026 305
.

Xərçənglə saçların ağarması arasında əlaqə aşkar edildi

Saçların ağarması yalnız yaşlanmanın əlaməti olmaya bilər. Siçanlar üzərində aparılan araşdırma göstərib ki, saçın rəngini təmin edən kök hüceyrələr müəyyən zədələnmələrdən sonra xərçəngə çevrilmək riskini azaldan bir prosesdən keçir. Bunun nəticəsində isə saçlar ağarır. xarici mediaya istinadla xəbə

07.10.2026 73
.