Öskürək bu ölümcül xəstəliyin xəbərçisidir

Öskürək bu ölümcül xəstəliyin xəbərçisidirUzunmüddətli öskürək ağciyər xərçənginin əlaməti ola bilər.

BiG.AZ xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) mütəxəssisləri xəbərdarlıq ediblər ki, üç həftədən çox davam edən öskürək ağciyər xərçənginin ilkin əlaməti ola bilər.

Həkimlərin sözlərinə görə, öskürək çox vaxt soyuqdəymə, qrip və ya COVID-19 kimi daha yayılmış səbəblərlə bağlı olur, lakin bəzən bu simptom bədxassəli şişin yaranmasına da işarə edə bilər. NHS məlumatında qeyd olunur ki, davamlı və ya getdikcə güclənən öskürək, təkrarlanan tənəffüs yolu infeksiyaları, qanlı bəlğəm, nəfəs alarkən və ya öskürərkən ağrı, daimi təngnəfəslik, yorğunluq, iştahsızlıq və izahsız çəki itkisi ciddi narahatlıq siqnalı ola bilər.

Ağciyər xərçənginin nisbətən az rast gəlinən əlamətləri arasında barmaqların formasında dəyişiklik, udmada çətinlik, xırıltılı nəfəsalma, səsin batması və üz və ya boyun nahiyəsində şişkinlik də göstərilir.

Həkimlər bildirirlər ki, xəstəliyin əsas riski siqaret çəkmə ilə bağlıdır. Statistikaya görə, ağciyər xərçəngi hallarının 70 faizindən çoxu məhz siqaret istifadəsi ilə əlaqəlidir. Digər risk faktorlarına radon qazı, asbest və kömür buxarları ilə uzunmüddətli təmas daxildir.

Mütəxəssislər insanlara üç həftədən artıq davam edən öskürək hallarında mütləq həkimə müraciət etməyi tövsiyə edirlər.(milli.az)


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1168   Tarix: 06 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 654
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

01.11.2026 1196
.

Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə

Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj

16.11.2026 371
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18.10.2026 1021
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 895
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1178
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

25.10.2026 903
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.