"Azərbaycan dili – dövlətin yumşaq gücü və gələcəyin açarı"

"Azərbaycan dili – dövlətin yumşaq gücü və gələcəyin açarı""Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı səsləndirdiyi əsas fikirlərdən biri Azərbaycan dilinə dair idi. Dövlət başçısı dilin bugünkü durumu və gələcək taleyi ilə bağlı səmimi narahatlığını ifadə etdi, onun qorunması və inkişafı üçün daha çox iş görülməli olduğunu vurğuladı. "Azərbaycan dili çox zəngin dildir. Amma desəm ki, vəziyyət məni tam qane edir, səmimi olmaz", – deyə Prezident bildirib. Bu, dilin saflığının qorunması istiqamətində alimlərə, yazıçılara, jurnalistlərə və ictimaiyyətə ünvanlanan ciddi mesaj idi".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, dil təkcə ünsiyyət vasitəsi deyil, həm də dövlətin mədəni və siyasi kimliyinin ifadəsidir. Tarixən Azərbaycan dili bölgədə mühüm rol oynayıb — xüsusilə Səfəvilər dövründə türkcə saray, ordu və diplomatiya dili kimi istifadə olunurdu. Lakin sovet dövrünün ruslaşdırma siyasəti və qloballaşma prosesi dilin regional təsirini zəiflətdi:

"Prezident İlham Əliyev dil məsələsinə daha geniş — beynəlxalq kontekstdə yanaşır. O, Azərbaycan dilini mədəni diplomatiyanın və yumşaq gücün əsas aləti kimi görür. "Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik — müstəqil Azərbaycan dövləti", – deyən Prezidentin fikirləri bu strategiyanın mahiyyətini əks etdirir.

Azərbaycan dili bu gün sərhədlərdən kənarda da milyonlarla insan üçün ana dilidir: İranda 30 milyondan çox azərbaycanlı, İraqdakı türkmənlər, Gürcüstan və Şimali Qafqazdakı icmalar bu dilin daşıyıcılarıdır. Bu, dilin təbii mədəni coğrafiyasını formalaşdırır. Prezidentin məqsədi bu təsir arealını bərpa etmək və Azərbaycan dilinin birləşdirici gücünü yenidən canlandırmaqdır.

Regionda artıq dil əlaqələrinin bərpasına dair nümunələr də var. Ermənistanın təhsil naziri bildirib ki, hazırda ölkəsində üç məktəbdə Azərbaycan dili tədris olunur. Azərbaycanda da erməni dili kursları təşkil edilir və "Qərbi azərbaycanlıların qayıdış proqramı" çərçivəsində bu istiqamətdə mütəxəssislər hazırlanır. Bu, Cənubi Qafqazda qarşılıqlı dil öyrənməsinin yeni mərhələsinə keçidi göstərir.

Lakin regionda Azərbaycan dilinin mövqeyini möhkəmləndirmək asan deyil. Rusiya və İran uzun illərdir öz dillərini bölgədə təsir vasitəsi kimi qoruyur. Rus dili postsovet məkanında, fars dili isə İranda ideoloji hegemonluq aləti kimi qalır. Azərbaycan dilinin nüfuzunun artması bu ölkələrin maraqları ilə ziddiyyət təşkil edir.

Belə şəraitdə Prezidentin çağırışı həm mədəni, həm də strateji xarakter daşıyır. Məqsəd — ölkə daxilində dilin dayanıqlığını təmin etmək və xaricdə yaşayan azərbaycanlılar arasında ədəbi dilin bərpasına dəstək verməkdir. Azərbaycan dili yalnız milli kimliyin təməli deyil, həm də gələcəkdə ölkənin regional nüfuzunun əsas dayağına çevrilə bilər. Prezidentin çıxışı göstərdi ki, dil artıq sadəcə mədəni dəyər deyil — milli gücün simvoludur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 823   Tarix: 06 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məhkəmə qərarından narazı qalanlar bunu bilməlidir

"Məhkəmədə iddia qaldırmış şəxs məhkəmənin qəbul etdiyi qərar, qərardad, qətnamə və digər məhkəmə aktları ilə razılaşmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkəmə aktından yuxarı məhkəmə instansiyasına şikayət verə bilər. Bu, şəxsin öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçü

07.10.2026 191
.

Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

07.10.2026 198
.

Palandökendən dünyaya

Palandökendən dünyaya / Zəngəzur və Orta Dəhlizin yenidən formalaşdırdığı ticarət denklemində Ərzurumun əsas sınağı Palandöken Logistika Mərkəzini gözləyən bir obyektdən işlək ticarət bazasına çevirməkdir. Bir şəhərin iqtisadi gələcəyindən danışarkən bəzən kilometrləri, yolları, dəmir yollarını və layihələr

07.10.2026 171
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

07.10.2026 1
.

Jurnalistlərin IX qurultayının vaxtı dəyişdi

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixini

07.10.2026 158
.

Yumurta bişirəndə bu səhvləri etməyin

Yumurta bişirərkən edilən səhvlərin əksəriyyəti onun qida dəyərini yox, dadını, görünüşünü və konsistensiyasını korlayır. xəbər verir ki, yumurta zülal, vitaminlər və xolin kimi faydalı mikroelementlərlə zəngin qidalardan biridir. Yumurta çox bişiriləndə bütün faydasını itirir fikri isə doğru deyil

07.10.2026 125
.

76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq

Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy

07.10.2026 1
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

07.10.2026 305
.

Xərçənglə saçların ağarması arasında əlaqə aşkar edildi

Saçların ağarması yalnız yaşlanmanın əlaməti olmaya bilər. Siçanlar üzərində aparılan araşdırma göstərib ki, saçın rəngini təmin edən kök hüceyrələr müəyyən zədələnmələrdən sonra xərçəngə çevrilmək riskini azaldan bir prosesdən keçir. Bunun nəticəsində isə saçlar ağarır. xarici mediaya istinadla xəbə

07.10.2026 73
.