Yarım milyardlıq işdə adı hallanan sahibkarlardan biri həbs edildi

Yarım milyardlıq işdə adı hallanan sahibkarlardan biri həbs edildiXaricə ixrac edilən 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan vəsaitləri ölkəyə qaytarmayan vəzifəli şəxslərdən birinə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1984-cü ildə Ağdam şəhərində anadan olmuş Hüseynov Gündüz İsmayıl oğlu Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 32.3, 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə təşkilatçı) maddələri ilə təqsirləndirilib.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Gündüz Hüseynov direktoru olduğu "My Vegetables" MMC vasitəsilə 1 noyabr 2024-cü ilədək olan dövrdə 1279 gömrük bəyannaməsi üzrə kənd təsərrüfatı məhsullarını konsiqnasiya yolu ilə xaricə ixrac edib. Bu əməliyyatlar nəticəsində ümumilikdə 15.993.533,90 ABŞ dollarından (müvafiq məzənnə ilə 27.189.007,60 manat) artıq vəsait əldə olunub, lakin həmin pullar ölkəyə qaytarılmayıb.

Sahibkar bu cinayəti digər təqsirləndirilən şəxs - İmanov Röyal Mahir oğlu ilə birgə törədib. İstintaq materiallarına əsasən, o, iqtisadi dayanıqlılığın təmin edilməsi, valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və inflyasiya təzyiqlərinin azaldılması istiqamətində dövlət siyasətinə zərər vurmaqla, qanunla qorunan mənafelərə ağır nəticələrə səbəb olan zərər yetirib.

Məlum olub ki, Gündüz Hüseynov bir neçə fərqli MMC yaradıb və onların direktoru kimi çıxış edib. O, bəzi şirkətlərin qanuni təmsilçiliyini Röyal İmanova həvalə edib. Lakin Röyal İmanov izahatında bildirib ki, Gündüz Hüseynov tərəfindən aldadılıb və öz xəbəri olmadan həmin şirkətlərin qanuni təmsilçisi edilib.

Məhkəmədə Gündüz Hüseynov törətdiyi əməldən səmimi peşman olduğunu deyib və barəsində yüngül cəza təyin olunmasını xahiş edib. Məhkəmənin hökmü ilə o, 2 il müddətinə sahibkarlıq sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin oktyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı araşdırmalar zamanı xaricə ixrac edilən 578 milyon manatlıq kənd təsərrüfatı məhsulundan əldə edilən vəsaitləri ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa olunmuşdu.

İstintaqla müəyyən edilib ki, Məmmədov Tərlan Firuddin oğlu, Hüseynov Gündüz İsmayıl oğlu, Rezzahnicat Hafiz Malik oğlu, Əmrahov Elşən Bayram oğlu, İmanov Röyal Mahir oğlu, Nəsirov İntiqam Feyruz oğlu, Əlimərdanov Nicat Kərim oğlu və digərləri cinayətkar niyyətlə "Xaçmaz Aqro", "Natural Fruit", "Fresh Fruits Group", "Global Trade Group", "Garden Store", "My Vegetables" və digər MMC-ləri təsis ediblər.

Onlar xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərlə müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq ümumilikdə 340 milyon ABŞ dollarından artıq vəsaiti vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, Azərbaycan banklarının hesabına qaytarmayıblar.

Araşdırma zamanı Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Tərlan Məmmədov, Gündüz Hüseynov və Hafiz Rezzahnicat barəsində həbs qətimkan tədbiri seçilib. Röyal İmanov, Elşən Əmrahov, İntiqam Nəsirov və Nicat Əlimərdanov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri tətbiq olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 700   Tarix: 06 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məhkəmə qərarından narazı qalanlar bunu bilməlidir

"Məhkəmədə iddia qaldırmış şəxs məhkəmənin qəbul etdiyi qərar, qərardad, qətnamə və digər məhkəmə aktları ilə razılaşmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkəmə aktından yuxarı məhkəmə instansiyasına şikayət verə bilər. Bu, şəxsin öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçü

07.10.2026 191
.

Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

07.10.2026 198
.

Palandökendən dünyaya

Palandökendən dünyaya / Zəngəzur və Orta Dəhlizin yenidən formalaşdırdığı ticarət denklemində Ərzurumun əsas sınağı Palandöken Logistika Mərkəzini gözləyən bir obyektdən işlək ticarət bazasına çevirməkdir. Bir şəhərin iqtisadi gələcəyindən danışarkən bəzən kilometrləri, yolları, dəmir yollarını və layihələr

07.10.2026 171
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

07.10.2026 1
.

Jurnalistlərin IX qurultayının vaxtı dəyişdi

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixini

07.10.2026 158
.

Yumurta bişirəndə bu səhvləri etməyin

Yumurta bişirərkən edilən səhvlərin əksəriyyəti onun qida dəyərini yox, dadını, görünüşünü və konsistensiyasını korlayır. xəbər verir ki, yumurta zülal, vitaminlər və xolin kimi faydalı mikroelementlərlə zəngin qidalardan biridir. Yumurta çox bişiriləndə bütün faydasını itirir fikri isə doğru deyil

07.10.2026 125
.

76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq

Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy

07.10.2026 1
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

07.10.2026 305
.

Xərçənglə saçların ağarması arasında əlaqə aşkar edildi

Saçların ağarması yalnız yaşlanmanın əlaməti olmaya bilər. Siçanlar üzərində aparılan araşdırma göstərib ki, saçın rəngini təmin edən kök hüceyrələr müəyyən zədələnmələrdən sonra xərçəngə çevrilmək riskini azaldan bir prosesdən keçir. Bunun nəticəsində isə saçlar ağarır. xarici mediaya istinadla xəbə

07.10.2026 73
.