Puqaçova simvolik bir əşya qoyaraq Rusiyadan gedib

Puqaçova simvolik bir əşya qoyaraq Rusiyadan gedibAlla Puqaçova Rusiyadan köçdükdən sonra illərdir sahib olduğu avtomobildən uzaq düşə bilər. Rusiyadan ayrıldıqdan sonra Alla Puqaçovanın adına qeydiyyatda olan bahalı avtomobili Rolls-Royce Phantom VII diqqət mərkəzinə düşüb. Məlumata görə, 2006-cı ildə aldığı və indiyədək tam şəkildə onun mülkiyyətində qalan avtomobil hələ də sənədlərdə primadonnanın adına rəsmiləşdirilib. Maşınla bağlı heç bir məhdudiyyət tətbiq edilməyib və 2025-ci ilin yanvarına qədər avtomobilin icbari sığorta polisinin qüvvədə olduğu bildirilir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, avtomobil müğənninin ən qiymətli şəxsi əmlaklarından biri hesab edilir.

Bundan əvvəl Rusiya mediasında Puqaçova və onun həyat yoldaşı Maksim Qalkinə Moskva vilayətindəki Qryaz kəndində yerləşən villaya görə kommunal ödənişləri yerinə yetirmədikləri iddiası ilə məhkəmə iddiası qaldırıldığı barədə məlumat yayılmışdı. Dövlət Dumasının tikinti və kommunal təsərrüfat komitəsinin sədr müavini Svetlana Razvorotneva bildirib ki, bu kimi hallarda məhkəmə icraçıları borcları hesabdan tutmaq və ya əmlakı hərraca çıxarmaq səlahiyyətinə malikdir.

Eyni zamanda, yaxın günlərdə Rusiya Federal Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə layihəsinin rəhbəri Vitali Borodin Puqaçova və Qalkinin uşaqlarını Rusiya vətəndaşlığından məhrum etmək təşəbbüsünü irəli sürəcəyini açıqlayıb.

Məlumata görə, cütlüyün 12 yaşlı əkizləri Liza və Harri hazırda valideynləri ilə İsraildə yaşayır və onların doğum şəhadətnamələrində Rusiya vətəndaşlığına dair qeyd yoxdur. Bu qeydlər ailə ölkəni tərk etdikdən sonra məcburi hala gətirilib. İndi uşaqların vətəndaşlığının təsdiqi üçün Rusiyanın Daxili İşlər Nazirliyinə və ya xaricdəki konsulluğa müraciət etməli olduqları qeyd olunur.

Borodin bu təşəbbüsünü ailənin açıq şəkildə müharibə əleyhinə mövqeyi və Rusiyanın Ukraynaya hücumunu tənqid etməsi ilə izah edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 989   Tarix: 06 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bizi daha xoşbəxt edəcək dost tipi AÇIQLANDI

Son vaxtlar insanlar əvvəlcədən uzun-uzadı razılaşmalar tələb etməyən, daha sadə və sərbəst dostluqlar üçün darıxdıqlarını daha çox etiraf edirlər. Söhbət yaxın insanın qəfil bir fincan çay içməyə gəlməsindən, qəhvə içməyi təklif etməsindən və ya hər dəqiqəni söhbətlə doldurmağa çalışmadan sadəcə bi

21:15 1
.

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə

16:58 248
.

Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ

Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl

12:37 221
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

16:32 305
.

30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı

ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da

23:15 1
.

Xərçənglə saçların ağarması arasında əlaqə aşkar edildi

Saçların ağarması yalnız yaşlanmanın əlaməti olmaya bilər. Siçanlar üzərində aparılan araşdırma göstərib ki, saçın rəngini təmin edən kök hüceyrələr müəyyən zədələnmələrdən sonra xərçəngə çevrilmək riskini azaldan bir prosesdən keçir. Bunun nəticəsində isə saçlar ağarır. xarici mediaya istinadla xəbə

19:45 73
.

Sevgiləri kimi serialları da bitdi

"Mercan köşk" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 7-ci bölümdə final edərək izləyiciləri ilə vidalaşacaq. Xatırladaq ki, layihənin baş rollarını Kubilay Aka, Hafsanur Sancaktutan və Bertan Asllaninin canlandırır. Bundan əvvəl "A.B.İ." və "Aşk v

21:30 1
.

"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?

"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"

14:39 190
.

Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

15:51 198
.