Maşın bazarında qiymətlər qalxacaq

Maşın bazarında qiymətlər qalxacaqHökumət ölkəyə avtomobil idxalı ilə bağlı yeni vergi dəyişiklikləri tətbiq edəcək. Qərara əsasən, gələn ildən idxal olunacaq yaşı 7-dən yuxarı olan benzin avtomobillərinin aksiz vergisi 1,5 dəfə, dizel mühərrikli avtomobillərinki isə 2 dəfə artırılacaq. Eyni zamanda, bu vaxta qədər müəyyən güzəştlər tətbiq olunan elektromobillər ƏDV-yə cəlb ediləcək, hibrid avtomobillər üçün isə mövcud vergi güzəştlərinin ləğvi nəzərdə tutulub.

Bu dəyişikliklərin avtomobil bazarında qiymətlərə, alıcı tələbinə və ümumilikdə bazarın dinamikasına mühüm təsir göstərəcəyi istisna olunmur. Qərar maşın bazarında bahalaşmaya da səbəb olacaqmı?

Modern.az-a açıqlamasında hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib ki, adətən hər ilin sonunda Vergi Məcəlləsinə dəyişikliklər edilir və bu dəyişikliklər növbəti ildən qüvvəyə minir.

"Gələn ildən etibarən daxili yanma mühərrikli minik avtomobillərinə tətbiq olunacaq aksiz vergilərində mühüm dəyişikliklər nəzərdə tutulur. Hazırda qüvvədə olan qaydalara əsasən, idxal olunan avtomobillərin aksiz vergisi həm istehsal ilinə, həm də mühərrikin iş həcminə görə hesablanır. Əgər minik avtomobilinin istehsal ili 7 ildən yuxarıdırsa, benzin mühərrikli avtomobillər üçün bu göstərici 1.2 əmsalı, dizel mühərrikli avtomobillər üçün isə 1.5 əmsalı ilə hesablanır.

Məsələn, yeni benzin mühərrikli avtomobil üçün aksiz vergisi 10 min manatdırsa, yaşı 7 ildən çox olan analoji avtomobil üçün bu məbləğ 12 min manata yüksəlir. Dizel mühərrikli avtomobil üçün isə eyni halda aksiz vergisi 15 min manat olur".

Hüquqşünasın sözlərinə görə, 2026-cı il yanvarın 1-dən etibarən bu əmsallar artırılacaq.

"Belə ki, yeni dəyişikliklərə əsasən 7 ildən yuxarı benzin mühərrikli avtomobillərin aksiz vergisi 1.2 deyil, 1.5 əmsalı ilə hesablanacaq, gələn ildən dizel mühərrikli avtomobillər üçün isə əmsal 1.5-dən 2-yə qaldırılacaq. Bu dəyişiklik nəticəsində yaşı 7-dən çox olan avtomobillərin aksiz vergisi 25-33 faiz civarında artacaq.

Eyni zamanda, hibrid avtomobillər üçün tətbiq edilən güzəştlər də gələn ildən dayandırılacaq. Bu isə o deməkdir ki, yanvarın 1-dən etibarən hibrid və köhnə avtomobillərin idxal rüsumları artacaq, nəticədə avtomobil bazarında qiymət artımı qaçılmaz olacaq".

Ekspert həmçinin bildirib ki, bu dəyişikliklərin əsas məqsədi köhnə avtomobillərin ölkəyə gətirilməsinin qarşısını almaq, daha yeni və ekoloji təmiz avtomobillərin idxalını stimullaşdırmaqdır:

"Hökumət istəyir ki, 7 ildən çox istismar olunan avtomobillərin Azərbaycana gətirilməsi səngidilsin. Çünki bu avtomobillər artıq ekoloji baxımdan da, texniki cəhətdən də köhnədir. Yeni qaydalar daha çox kiçik mühərrikli, az yanacaq sərf edən, ekoloji təmiz, elektrik və hibrid avtomobillərin gətirilməsini təşviq edəcək".

Ekspert eyni zamanda vurğulayıb ki, bu dəyişikliklər avtomobil bazarında bir neçə istiqamətdə təsir göstərəcək:

"İlk növbədə ölkəyə ümumi avtomobil idxalı azala bilər. Bundan əlavə hibrid avtomobillərin payı azalacaq, elektrik avtomobillərin payı isə nisbətən artacaq. Həmçinin, daxili yanma mühərrikli, yeni və kiçik mühərrikli avtomobillərə marağın yüksələcəyi, ümumi qiymətlərdə isə artım müşahidə olunacağı gözlənilir".

Ə.Hüseynov vurğulayıb ki, idxal rüsumlarının qalxması avtomobilin ümumi satış qiymətinə də birbaşa təsir edir. Onun sözlərinə görə, bu ikinci əl avtomobillərin alqı-satqısında da bahalaşmaya səbəb olacaq.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, hazırda ölkədəki minik avtomobili parkının 86 faizindən çoxunu yaşı 10 ildən yuxarı nəqliyyat vasitələri təşkil edir:

"Bu göstərici 2022-ci ilə aiddir və həmin dövrdə artıq ölkəmizin avtomobil parkı köhnəlmiş hesab olunurdu. Hibrid və elektrik avtomobillərə verilən güzəştlər bu parkın yenilənməsinə ciddi təkan verib. Eyni zamanda, taksi parklarının yenilənməsi istiqamətində də işlər görülürdü. Bundan başqa, yaşı 10-dan çox olan avtomobillərin ölkəyə gətirilməsinə qadağalar tətbiq olundu və utilizasiya prosesi başlandı".

E.Əliyev hesab edir ki, yaşı 7 ildən yuxarı avtomobillərin aksiz dərəcəsinin artırılması da parkın cavanlaşmasına xidmət edəcək:

"Əgər təhlükəsiz və zəmanətli avtomobil istəyiriksə, onu rəsmi idxalçılardan almaq daha məqsədəuyğundur. Biz assosiasiya olaraq bunu tövsiyə edirik, lakin seçim, təbii ki, vətəndaşların öz ixtiyarındadır".

Onun sözlərinə görə, hazırda Azərbaycana yeni avtomobillər ən çox Çin, Koreya və Avropa ölkələrindən, ikinci əl avtomobillər isə Yaponiya, Koreya və ABŞ-dan gətirilir:

"Bu qaydalar bütün ölkələr üçün eynidir. Yəni, hibrid avtomobillərə verilən güzəştlər bitibsə, fərq etmir, avtomobil Avropadan, yaxud Asiyadan gətirilib. Əsas olan istehsal ili və mühərrik növüdür".

E.Əliyev sonda əlavə edib ki, 2026-cı ildən avtomobil idxalında yeni mərhələ başlayacaq. Köhnə və hibrid avtomobillərin baha başa gəlməsi bazarda qiymət artımı ilə müşahidə olunacaq, nəticədə elektrik mühərrikli və yeni nəsil avtomobillərin payı artacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 701   Tarix: 07 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Türkiyədə bütün pullarımı itirdim, məni çökdürdülər"

Müğənni İradə İbrahimova illər əvvəl Türkiyədə yaşadığı çətin günlərdən danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Söhbət var" verilişində açıqlama verib. İbrahimova 2013-cü ildə Türkiyədə məşhur olmaq istədiyini, amma etibar etdiyi insanların ona ciddi zərbə vurduğunu bildirib:

10.07.2026 342
.

Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib

Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə rəsmi görüş keçirilib. Tədbirin əsas məqsədi proqramın qaliblərini bir araya gətirərək onları təşəbbüsün növbəti mərhələs

10.07.2026 232
.

İyun ayı tarixə düşdü

Qərbi Avropada müşahidə olunan güclü istilər fonunda 2026-cı ilin iyun ayı region tarixində ən isti iyun ayı kimi qeydə alınıb. Ötən ay həmçinin qlobal miqyasda müşahidələr tarixinin ikinci ən isti iyun ayı olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S

10.07.2026 322
.

Ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən yaxşı şəhəri seçildi (SİYAHI)

Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci il dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu nəticə "Economist Intelligence Unit" ("EIU") analitik mərkəzinin 2026-cı il üzrə Qlobal Yaşayış Keyfiyyəti İndeksində əks olunub. Hə

10.07.2026 251
.

Tramp: Əgər Tehran ABŞ prezidentini hədəfə alsa, raketlər İrana yönələcək

ABŞ prezidenti Donald Tramp cümə günü bildirib ki, İran hökuməti prezidentin sui-qəsdini həyata keçirərsə və ya ona cəhd edərsə, orduya İrana qarşı hücumlara hazır olmağı əmr edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, o, "Truth Social"da paylaşımında bildirib ki, "100 raket İra

10:00 127
.

Balakəndə qəbiristanlığı sel basdı: İcra nümayəndəsi son vəziyyəti açıqladı

Balakən rayonunun İtitala kənd qəbiristanlığının sel suları altında qalmasının səbəbləri məlum olub. Kənd üzrə icra nümayəndəsi German Balayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, güclü və uzunmüddətli yağışlardan sonra dağlardan gələn sel suları qəbiristanlığı da su altında qoyub:. "Dağlı

10.07.2026 227
.

CNN: Peyk görüntüləri İranın nüvə obyektlərini yenidən qurmağa çalışdığını göstərir

CNN-in əldə etdiyi peyk görüntüləri göstərir ki, İran ABŞ və İsraillə müharibədə kövrək atəşkəs dövründə nüvə obyektlərini yenidən qurmağa çalışa bilər. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, bir neçə nüvə və raket obyektindən götürülmüş görüntülər göstərir ki, İran ötən ay ABŞ ilə imzaladığ

11:22 0
.

"Bolt" sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir

Son günlər "Bolt"da fəaliyyət göstərən bəzi sürücülərlə bağlı eyni məzmunlu şikayətlər artmaqdadır. Sərnişinlərin iddiasına görə, tətbiqdə görünən gediş haqqı ilə sürücünün sistemində göstərilən məbləğ arasında 2-3 manat fərq yaranır və sürücülər müştəridən öz sistemlərindəki məbləği tələ

10.07.2026 273
.

İlham Əliyev Gürcüstanla sazişi TƏSDİQLƏDİ

Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş təsdiq edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, sənəd 2026-cı il mayın 18-də Bakı şəhərində imzalanıb

10.07.2026 217
.

TOP MP3