"Referans"ın baş həkimi 32 yaşlı laborant imiş...

"Referans"ın baş həkimi 32 yaşlı laborant imiş...Mediada və sosial şəbəkələrdə "Referans" klinikası ilə bağlı tez-tez şikayətlərə rast gəlinir.

Bəzən analizlərin digər klinikalarla üst-üstə düşməməsi ən çox narazı qalınan məqamlardandır. Bundan başqa, özəl klinikalarda çalışan digər həkimlərin faiz qarşılığında öz pasiyentlərini analizlər üçün "Referans"a göndərməsi də artıq çoxlarına bəllidir.

Teleqraf-ın mövzu ətrafında apardığı araşdırma nəticəsində daha bir maraqlı məqam üzə çıxıb.

Məlum olub ki, ötən il fəaliyyətə başlayan Referans Naxçıvan Tibb Mərkəzinin baş həkimi laborant imiş. Söhbət 32 yaşlı Variz İsmayılovdan gedir.

"Referans"ın rəsmi saytında bu klinikada çalışan digər həkimlərin təhsil aldığı universitetlər göstərilsə də, Variz İsmayılovla bağlı məlumatlarda onun tibbi təhsilinə aid hər hansı məlumata rast gəlmək mümkün deyil. Belə olan halda laborantın ixtisaslı həkimlərə necə rəhbərlik etdiyi sual olaraq qalır.

"Referans"ın baş həkimi 32 yaşlı laborant imiş...Maraq üçün bildirək ki, həkim-laborant, tibb personalının istəyi əsasında xəstələrdən qan, sidik, toxuma kimi bioloji nümunələri qəbul edən, hazırlayan və analiz edən mütəxəssisdir. Bu analizlərin nəticələri müəyyən edilərək həkimlərə təqdim edilir və xəstəliklərin diaqnostikasında vacib rol oynayır.

Qeyd edək ki, Azərbaycan Respublikasının səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş tibb müəssisəsinin rəhbərləri haqqında təlimatda qeyd edilib ki, Tibb müəssisəsinin rəhbəri vəzifəsinə ali tibb təhsili olan (baş direktor və direktor vəzifəsinə əlavə olaraq ali iqtisadi və ya ali hüquq) və ixtisası üzrə ən azı 5 il iş stajı olan şəxs təyin edilir.

Xatırladaq ki, "Referans Medical Group"un rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olduğu bildirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1100   Tarix: 07 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bizi daha xoşbəxt edəcək dost tipi AÇIQLANDI

Son vaxtlar insanlar əvvəlcədən uzun-uzadı razılaşmalar tələb etməyən, daha sadə və sərbəst dostluqlar üçün darıxdıqlarını daha çox etiraf edirlər. Söhbət yaxın insanın qəfil bir fincan çay içməyə gəlməsindən, qəhvə içməyi təklif etməsindən və ya hər dəqiqəni söhbətlə doldurmağa çalışmadan sadəcə bi

21:15 1
.

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə

16:58 248
.

Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ

Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl

12:37 221
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

16:32 305
.

30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı

ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da

23:15 1
.

Xərçənglə saçların ağarması arasında əlaqə aşkar edildi

Saçların ağarması yalnız yaşlanmanın əlaməti olmaya bilər. Siçanlar üzərində aparılan araşdırma göstərib ki, saçın rəngini təmin edən kök hüceyrələr müəyyən zədələnmələrdən sonra xərçəngə çevrilmək riskini azaldan bir prosesdən keçir. Bunun nəticəsində isə saçlar ağarır. xarici mediaya istinadla xəbə

19:45 73
.

Sevgiləri kimi serialları da bitdi

"Mercan köşk" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 7-ci bölümdə final edərək izləyiciləri ilə vidalaşacaq. Xatırladaq ki, layihənin baş rollarını Kubilay Aka, Hafsanur Sancaktutan və Bertan Asllaninin canlandırır. Bundan əvvəl "A.B.İ." və "Aşk v

21:30 1
.

"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?

"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"

14:39 190
.

Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

15:51 198
.