"Epi" və "Koti" də qumar oyunlarını reklam edirmiş, saxlanıldılar

"Epi" və "Koti" də qumar oyunlarını reklam edirmiş, saxlanıldılarDİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Haqsız Rəqabət və Reklam Qanunvericiliyinə Nəzarət Şöbəsinin əməkdaşları ilə birgə ölkə ərazisində qadağan olunan onlayn qumar oyunlarının "Instagram", "TikTok" və digər sosial şəbəkə platformalarında yüksək izləyici sayına malik hesablarda reklam olunmasına qarşı əməliyyat-texniki tədbirlər keçirib.

Daxili İşlər Nazirliyindən (DİN) BiG.AZ-a verilən məlumata görə, araşdırmalar zamanı influenserlər, yəni sosial mediada aktiv olan bir sıra şəxslər tərəfindən qanunsuz qumar və mərc oyunlarının reklamının həyata keçirildiyi, həmin hesabların təbliğinə yönələn kontentlərin yayımlandığı aşkarlanıb.

Bununla əlaqədar qanunsuz qumar və mərc oyunlarını öz səhifələrində reklam edən 17 nəfər kiberpolis tərəfindən müəyyən olunaraq Baş İdarəyə gətirilib. Həmin şəxslər barəsində qanunauyğun tədbir görülüb. Qeyd edilən əməllərə yol verən digər şəxslərin də aşkar olunması istiqamətində araşdırmalar davam etdirilir.

"Bir daha sosial şəbəkə istifadəçilərini, bu platformalardan aktiv olan şəxslərə xəbərdarlıq edərək bildiririk ki, qeyri-qanuni qumar və mərc oyunlarının yayımını stimullaşdırmaq, eləcə də reklam etmək qanun pozuntusu hesab edilir. Bu əmələ yol verən şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur", - məlumatda qeyd olunub.

"Qafqazinfo"nun məlumatına görə, inzibati məsuliyyətə cəlb edilənlər arasında "Epi" kimi tanınan reper Əkbər Novruzlu və "Koti" adı ilə "TikTok"da məşhurlaşan Zeynəb Zeynallı da var. Məsuliyyətə cəlb edilənlərin hamısı İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə 500 manatdan 1000 manata kimi cərimə ediliblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1042   Tarix: 07 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bizi daha xoşbəxt edəcək dost tipi AÇIQLANDI

Son vaxtlar insanlar əvvəlcədən uzun-uzadı razılaşmalar tələb etməyən, daha sadə və sərbəst dostluqlar üçün darıxdıqlarını daha çox etiraf edirlər. Söhbət yaxın insanın qəfil bir fincan çay içməyə gəlməsindən, qəhvə içməyi təklif etməsindən və ya hər dəqiqəni söhbətlə doldurmağa çalışmadan sadəcə bi

21:15 1
.

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə

16:58 248
.

Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ

Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl

12:37 221
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

16:32 305
.

30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı

ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da

23:15 1
.

Xərçənglə saçların ağarması arasında əlaqə aşkar edildi

Saçların ağarması yalnız yaşlanmanın əlaməti olmaya bilər. Siçanlar üzərində aparılan araşdırma göstərib ki, saçın rəngini təmin edən kök hüceyrələr müəyyən zədələnmələrdən sonra xərçəngə çevrilmək riskini azaldan bir prosesdən keçir. Bunun nəticəsində isə saçlar ağarır. xarici mediaya istinadla xəbə

19:45 73
.

Sevgiləri kimi serialları da bitdi

"Mercan köşk" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 7-ci bölümdə final edərək izləyiciləri ilə vidalaşacaq. Xatırladaq ki, layihənin baş rollarını Kubilay Aka, Hafsanur Sancaktutan və Bertan Asllaninin canlandırır. Bundan əvvəl "A.B.İ." və "Aşk v

21:30 1
.

"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?

"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"

14:39 190
.

Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

15:51 198
.