Quzu ətinin 32 manata qalxmasına MM-in qərarı səbəb olub? - İqtisadçı ekspert

Quzu ətinin 32 manata qalxmasına MM-in qərarı səbəb olub? - İqtisadçı ekspertBakıda quzu əti kəskin bahalaşıb.

Bu barədə Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli məlumat verib. O bildirib ki, noyabrın 21-də bazarlarda quzu ətinin bir kiloqramı 32 manat olub:

"Hər gün bazarlardan məlumat alıram. Satıcılar bunun səbəbini quzu ətinin kəsilməsinə qoyulan qadağa ilə əlaqələndirib. İndi quzu kəsimi ilə məşğul olanları yoxlayan orqanların sayı da artıb. Kimin hardasa bir cüzi vəzifəsi varsa, onlara irad tutur ki, quzu kəsmisən, bu da qanunla qadağadır. Onlar da məcbur olub ayrı yollara əl atırar".

Quzu ətinin 32 manata qalxmasına MM-in qərarı səbəb olub? - İqtisadçı ekspertVahid Məhərrəmli bu gün imkanlı adamların quzu ətinə üstünlük verdiyini vurğulayıb:

"Heyvan nə qədər cavandırsa, əti o qədər sağlamdır. Cavan heyvan xəstəliyə yoluxmur. Milli Məclisdə bununla bağlı təkliflər veriləndə biz onun əleyhinə çıxdıq, dedik ki, belə qanunlar qəbul etməyin".

Xatırladaq ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ötən mövsümdə parlamentdə çıxışı zamanı heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsini təklif edib:

"Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi lazımdır. 7-8 kiloqramlıq quzuların, buzovların kütləvi kəsimi və satışı heyvandarlığın inkişafına maneədir. Bazarda ətin qiymətinin artmasına səbəb olur. Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4211   Tarix: 12 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azər Aydəmirə yeni vəzifə verildi

Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi

12:54 249
.

Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ

Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl

12:37 217
.

Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı

Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay

10:54 172
.

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə

16:58 216
.

"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?

"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"

14:39 183
.

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Dırnaqlarınız töküləcək

Arıqlamaq və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı yeni araşdırmada dırnaq problemlərinin daha çox görüldüyü müəyyənləşdirilib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 2026-cı il konqresində təqdi

11:33 209
.

Sabahın havası - Yağış, duman, külək...

Oktyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağı

15:17 199
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

11:25 270
.

Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər

"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini il

16:59 176
.