"Bıçağı boğazına dirəyib ki, məni gizlət" – Qonşusunu öldürənin MƏHKƏMƏSİ

"Bıçağı boğazına dirəyib ki, məni gizlət" – Qonşusunu öldürənin MƏHKƏMƏSİBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, ilk olaraq təqsirləndirilən E. Rzayevin ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə səsləndirilib. E. Rzayev bıçağın özündə olmasından başqa deyilənlərin doğru olduğunu təsdiq edib.

Zərərçəkənin hüquqi varisi Quliyeva Rəfaqət hadisə baş verən gün oğlunun evdə olduğunu dedi:

"Mən səsə həyətə çıxanda eşitdim ki, uşaq Təcili yardım çağırın deyə qışqırır. Barışıqdan söhbət belə gedə bilməz, ona ən ağır cəza verilməsini istəyirəm".

Şahid Humay Quliyeva həmin gün qardaşı ilə evdə olduğunu dedi:

"Mən uşağı qardaşımla qoyub çörək almağa getdim. Qayıdanda həyətdən qışqırıq səsi eşitdim".

Şahid Hüseynov Elton hadisə ilə bağlı əlaqəsi olmadığını bildirdi:

"Mən onun işlətdiyi avtomobilin icarədarıyam. Ödəmə vaxtı çatdığından zəng edib pulu ödəməsini istədim. Dedi ki, dostumla cərimə ilə bağlı problemim var, gecikmə ona görədir. Dedim əgər yaxın günlərdə ödəmə olmasa, mən sənin cəriməni də ödəyib maşını geri alacam".

Şahid Xanım Sadıqova həmin gün yoldaşının içkili vəziyyətdə gəldiyini deyib:

"Sonra ona bir zəng gəldi geyinib evdən çıxdı. Qayıdanda üst-başı qan içində idi".

Şahid Sadıqov Arif bayram üçün rayondan kürəkənigilə gəldiyini bildirib:

"Heç bir saat deyildi gəldiyim, həyətdən bərk səs-küy eşitdim. Elşən gəldi üstü qan içində, nə olduğunu soruşdum. Dedi ki, polisə təslim olmağa gedirəm".

Zərərçəkənin ailə üzvləri isə ona etiraz etdilər: "Vicdanın olsun, niyə yalan danışırsan? Niyə demirsən ki, gəlib bıçağı boğazına dirəyib ki, məni gizlət".

Şahid Natiq Sultanov təqsirləndirilən şəxsin qonşusu olduğunu bildirib:

"Mən həyətə düşdüm ki, gedib siqaret alım. Bəyişlə rastlaşdım, əlində çörək vardı, salamlaşıb keçdim. Gördüm Elşən də dostu ilə məhəllədə dayanıb. Qayıdanda gördüm aləm qarışıb, Elşən və Bəyiş dalaşırlar. Elşən cibindən bıçaq çıxarıb ona 3-4 zərbə endirdi".

Şahid Rövşən Əmirxanlı həmin gün məhəllədə olduğunu, davanı görməsə də Bəyişi avtomobilə aparmağa kömək etdiyini dedi.

Məhkəmə növbəti prosesi 21 noyabr 11:45-ə təyin etdiyini elan etdi.

Xatırladaq ki, hadisə 2024-cü ilin dekabrında Bakının Yasamal rayonunun ərazisində qeydə alınıb. Paytaxt sakini Bəyiş Quliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb.Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Elşən Rzayev saxlanilaraq istintaqa cəlb olunub. Onun barəsində CM-nin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Fərqanə Novruzova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 915   Tarix: 12 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azər Aydəmirə yeni vəzifə verildi

Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi

12:54 249
.

Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ

Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl

12:37 217
.

Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı

Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay

10:54 172
.

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə

16:58 216
.

"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?

"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"

14:39 183
.

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Dırnaqlarınız töküləcək

Arıqlamaq və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı yeni araşdırmada dırnaq problemlərinin daha çox görüldüyü müəyyənləşdirilib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 2026-cı il konqresində təqdi

11:33 209
.

Sabahın havası - Yağış, duman, külək...

Oktyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağı

15:17 199
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

11:25 270
.

Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər

"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini il

16:59 176
.