Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır

Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdırNoyabrın 12-də ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsi, Göyçay, Göygöl, Balakən, Qax, Kürdəmir və Bakı şəhəri Nəsimi Rayonlarının icra hakimiyyətlərinə başçılar təyin olunnub. Həmin gün dövlət başçısı təyin edilən icra başçıları ilə görüşərək onlara yeni vəzifəyə təyinatla bağlı tövsiyə və tapşırıqlarını verib.
Qeyd edilib ki, yeni təyinat icra başçılarına böyük etimadın göstərilməsidir. Bu təyinatlar öz növbəsində böyük məsuliyyət və böyük işlər tələb edir. Dövlət başçısının təyin etdiyi hər bir rəhbər şəxs üçün əsas meyarlar ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq olmalıdır.
Cənab Prezidentin dövlət məmurlarının qarşısına qoyduğu əsas tələblərdən biri ölkənin hər bir bölgəsində vətəndaş məmnunluğunun, məmur-vətəndaş münasibətlərinin dayanıqlı inkişafın təmin edilməsidir və bu bütün dövrlərdə prioritet məsələ kimi öndə dayanıb və dayanır.
İlk növbədə rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalıdır. Prezidentin bildirdiyi kimi: "həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir".
Dövlət başçısı İlham Əliyev qəbul zamanı onu da qeyd etdi ki, bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun qurulması güclü potensial yaratmışdır. Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır. Deyə bilmərəm, hələ ki, biz istənilən 100 faiz nəticəyə çatmışıq, ancaq bir çox bölgələrdə kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir.
O da qeyd edildi ki, bütün şəhərlərdə içməli su layihələri icra edilir. Kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir, yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət, ümumiyyətlə, müsbətə doğru dəyişir: "Bütün digər infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri, məktəb tikintisi, xəstəxanalar, idman obyektləri. Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir. Yenə də deyirəm, biz bu məsələləri dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll etmişik."
Dövlət başçısı İlham Əliyev görüşdə bir daha bu çağırışı etdi ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.
Dövlət başçısı İlham Əliyevin sözügedən görüşdə diqqət göstərdiyi əsas məsələlərdən biri məhz bəzi məmurların qanunsuz hərəkətləri oldu. "Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub" söyləyən cənab İlham Əliyev qeyd etdi ki, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, o adamlar haqqında ciddi ölçülər götürüləcək.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 798   Tarix: 13 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?

"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"

14:39 183
.

Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər

"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini il

16:59 176
.

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Dırnaqlarınız töküləcək

Arıqlamaq və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı yeni araşdırmada dırnaq problemlərinin daha çox görüldüyü müəyyənləşdirilib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 2026-cı il konqresində təqdi

11:33 209
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 143
.

Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ

Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl

12:37 217
.

Keçmiş kəşfiyyat zabiti UFO-dan sağ çıxan "sürünənlər" barədə danışdı

ABŞ Milli Kəşfiyyatının (NİA) keçmiş zabiti Devid Qruş ABŞ ordusunun kosmik gəmi qəzasından sağ çıxan sürünənabənzər canlıları məhv etdiyini iddia edib. xəbər verir ki, Qruş hökumət rəsmilərindən eşitdiyini bildirdiyi bu hekayəni "The Joe Rogan Experience" podkastında danışıb. Keçmiş kəşfiyya

10:37 180
.

Sabahın havası - Yağış, duman, külək...

Oktyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağı

15:17 199
.

Putin və Pezeşkian görüşəcək:"Sözləri bir-birinin boğazından keçir"

Vladimir Putinin və Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanda görüşəcəklər. Bunu Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib. Bu görüş Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində baş tutacaq. Y.Uşakovun sözlərinə görə, Putin və Pezeşkian Yaxın Şərqdək

12:35 240
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

11:25 270
.