"Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı sərt mövqeyi idarəçilik sistemində köklü islahatların davamlı xarakter daşıdığını təsdiqləyir"

"Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı sərt mövqeyi idarəçilik sistemində köklü islahatların davamlı xarakter daşıdığını təsdiqləyir"Prezident İlham Əliyevin çıxışı dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət və ictimai etimadın əsas prioritetlər kimi müəyyənləşdirildiyini göstərir

Politoloq Rəcəb Həsənov BiG.AZ-a bildirib ki, Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda keçirilən görüşdə səsləndirdiyi fikirlər ölkədə dövlət idarəçiliyinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Prezidentin həm yeni təyin olunan səlahiyyətli nümayəndəyə, həm də bölgə rəhbərlərinə ünvanladığı mesajlar məmur məsuliyyətinin artırılması, şəffaflıq və ictimai etimadın möhkəmləndirilməsi istiqamətində mühüm siyasi siqnaldır:

"Çıxışda vurğulanan "xalqa xidmət", "təvazökarlıq" və "ədalət prinsipi" anlayışları dövlətin əsas idarəçilik fəlsəfəsini formalaşdırır. Prezidentin məmurlara ünvanladığı "xalqla bir yerdə olun, xalqa xidmət edin" çağırışı əslində idarəçilikdə insan amilinin prioritet olduğunu göstərir. Bu, dövlətin mərkəzi və yerli icra strukturlarında etik davranışın və şəffaf fəaliyyətin gücləndirilməsi istiqamətində mühüm mesajdır.
Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı sərt mövqeyi idarəçilik sistemində köklü islahatların davamlı xarakter daşıdığını təsdiqləyir.
Prezident açıq şəkildə bəyan edib ki, əyri yola gedən hər bir məmur məsuliyyət daşıyacaq. Bu, həm inzibati, həm də mənəvi məsuliyyətin formalaşması baxımından mühüm xəbərdarlıqdır.
Dövlət başçısının "heç bir qanunsuz tapşırıq nəticəsiz qalmayacaq" fikri hüquqi dövlət prinsipinin praktik tətbiqinə yönəlib".

Çıxışda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qeyd olunan istiqamətlər – infrastruktur, məşğulluq, kənd təsərrüfatı, turizm və ekologiya sahəsində görülən işlər – Azərbaycanın regional siyasətində davamlı inkişaf modelinin formalaşdığını göstərir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq ölkənin bütün bölgələrində müasir infrastruktur mövcuddur. Bu, yalnız iqtisadi göstərici deyil, həm də sosial rifahın, regionlarda həyat keyfiyyətinin yüksəlməsinin göstəricisidir."

Prezidentin Naxçıvandakı çıxışı həm yeni təyin olunan məmurlar üçün konkret fəaliyyət manifesti, həm də dövlət idarəçiliyində hesabatlılıq və ədalət prinsipinin təsdiqi kimi qiymətləndirilməlidir.
Bu çıxışdan sonra yerli icra hakimiyyətlərindən gözləntilər artıb. Prezident açıq mesaj verdi: etimadı doğruldan qalacaq, qanunsuz yola gedən isə məsuliyyət daşıyacaq. Bu, Azərbaycanda məmur davranışında yeni standartların müəyyənləşdirilməsi baxımından mühüm mərhələdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 728   Tarix: 13 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?

"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"

14:39 183
.

Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər

"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini il

16:59 176
.

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Dırnaqlarınız töküləcək

Arıqlamaq və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı yeni araşdırmada dırnaq problemlərinin daha çox görüldüyü müəyyənləşdirilib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 2026-cı il konqresində təqdi

11:33 209
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 143
.

Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ

Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl

12:37 217
.

Keçmiş kəşfiyyat zabiti UFO-dan sağ çıxan "sürünənlər" barədə danışdı

ABŞ Milli Kəşfiyyatının (NİA) keçmiş zabiti Devid Qruş ABŞ ordusunun kosmik gəmi qəzasından sağ çıxan sürünənabənzər canlıları məhv etdiyini iddia edib. xəbər verir ki, Qruş hökumət rəsmilərindən eşitdiyini bildirdiyi bu hekayəni "The Joe Rogan Experience" podkastında danışıb. Keçmiş kəşfiyya

10:37 180
.

Sabahın havası - Yağış, duman, külək...

Oktyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağı

15:17 199
.

Putin və Pezeşkian görüşəcək:"Sözləri bir-birinin boğazından keçir"

Vladimir Putinin və Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanda görüşəcəklər. Bunu Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib. Bu görüş Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində baş tutacaq. Y.Uşakovun sözlərinə görə, Putin və Pezeşkian Yaxın Şərqdək

12:35 240
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

11:25 270
.