"Ağdamın yenidən qurulması sadəcə bir şəhərin bərpası deyil, Azərbaycan xalqının mənəvi qələbəsidir" - Politoloq
"20 Noyabr Ağdam şəhəri günü yalnız bir tarix deyil, eyni zamanda Azərbaycan xalqının iradəsinin, dövlətçilik gücünün və ədalətin bərpasının rəmzidir. Bu gün Ağdamın işğaldan azad edilməsinin, tarixi ədalətin bərpasının və Böyük Qayıdışın təntənəsi kimi qeyd olunur".
Bu sözləri politoloq Həsən Əliyev BiG.AZ-a bildirib.
O qeyd edib ki, Ağdamın yenidən qurulması sadəcə bir şəhərin bərpası deyil, Azərbaycan xalqının mənəvi qələbəsidir:
"Ağdamın bərpası Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sistemli və uzaqgörən siyasətin bariz göstəricisidir. Müzəffər Ali Baş Komandanın "Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın" sözləri bu gün reallığa çevrilib.
Ağdamın hər daşı, hər küçəsi xalqımızın dözümünü, şəhidlərimizin qəhrəmanlığını əks etdirir. Bu şəhərin yenidən qurulması düşmənə cavab deyil, həm də gələcəyə mesajdır. Azərbaycan xalqı heç vaxt haqqından dönmür və öz torpaqlarını əbədi qoruyur.
İşğal dövründə "Qafqazın Xirosiması" adlandırılan Ağdam bu gün Cənubi Qafqazın müasir inkişaf simvoluna çevrilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə təsdiqlənmiş "Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" regionun iqtisadi, mədəni və sosial inkişafına yeni nəfəs gətirib.
2020-ci il 10 noyabr bəyanatı ilə Ağdamın dinc yolla azad olunması Azərbaycanın diplomatik və hərbi üstünlüyünün birgə təntənəsi idi.
Prezident İlham Əliyevin müdrik siyasi iradəsi nəticəsində Ermənistan ordusu Ağdamdan döyüşsüz çıxarıldı. Bu, dövlət rəhbərliyinin uzaqgörənliyi və ordumuzun qüdrəti sayəsində mümkün oldu.
Bu gün Ağdamda Sənaye Parkı, Dəmir Yolu və Avtovağzal Kompleksi, Muğam Mərkəzi, yeni yaşayış massivləri və müasir infrastruktur layihələri Azərbaycanın iqtisadi potensialının təcəssümüdür. Ağdamın bərpası yalnız iqtisadi deyil, həm də mənəvi dirçəlişin göstəricisidir:
Ağdam Muğam Mərkəzi, İmarət Kompleksi, Cümə məscidi və Şahbulaq qalasının bərpası milli mədəniyyətimizin və tarixi yaddaşımızın qorunması deməkdir. Bu, Azərbaycan dövlətinin mədəni irsə münasibətinin real ifadəsidir. Ağdamın bugünkü siması Azərbaycanın postmüharibə dövründə dünyaya verdiyi mesajı gücləndirir.Azərbaycan dağıntı və işğal simvolunu sülh, inkişaf və yenidənqurma məkanına çevirib. Bu, Cənubi Qafqazda sabitlik və əməkdaşlığın modelidir.
20 Noyabr Ağdam şəhəri günü Azərbaycanın Zəfər tarixinin ayrılmaz hissəsidir. Bu gün, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində Ağdam yenidən dirçəlir, həyat qayıdır.Ağdamda baş verənlər yalnız şəhərin deyil, xalqın dirçəlişidir. Bu, müasir Azərbaycanın gücünün, əzminin və dövlətçilik iradəsinin parlaq nümunəsidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 664 Tarix: 13 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?
"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"
14:39 183 Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər
"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini il
16:59 176 Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Dırnaqlarınız töküləcək
Arıqlamaq və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı yeni araşdırmada dırnaq problemlərinin daha çox görüldüyü müəyyənləşdirilib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 2026-cı il konqresində təqdi
11:33 209 Ov mövsümü başlayır
"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla
14:33 143 Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ
Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl
12:37 217 Keçmiş kəşfiyyat zabiti UFO-dan sağ çıxan "sürünənlər" barədə danışdı
ABŞ Milli Kəşfiyyatının (NİA) keçmiş zabiti Devid Qruş ABŞ ordusunun kosmik gəmi qəzasından sağ çıxan sürünənabənzər canlıları məhv etdiyini iddia edib. xəbər verir ki, Qruş hökumət rəsmilərindən eşitdiyini bildirdiyi bu hekayəni "The Joe Rogan Experience" podkastında danışıb. Keçmiş kəşfiyya
10:37 180 Sabahın havası - Yağış, duman, külək...
Oktyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağı
15:17 199 Putin və Pezeşkian görüşəcək:"Sözləri bir-birinin boğazından keçir"
Vladimir Putinin və Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanda görüşəcəklər. Bunu Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib. Bu görüş Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində baş tutacaq. Y.Uşakovun sözlərinə görə, Putin və Pezeşkian Yaxın Şərqdək
12:35 240 Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd
11:25 270