"Oyuncağı uşağın əlindən yaşı çatdı deyə zorla almaq özünəgüvən itkisi yarada bilər" - Psixoloq

"Oyuncağı uşağın əlindən yaşı çatdı deyə zorla almaq özünəgüvən itkisi yarada bilər" - PsixoloqUşaqların oyuncaqlardan ayrılması valideynləri ən çox düşündürən mövzulardan biridir. Psixoloqların fikrincə, bunun üçün dəqiq yaş həddi qoymaq düzgün deyil. Çünki oyuncağa bağlılıq uşağın emosional inkişaf səviyyəsi, təhlükəsizlik hissi və fərdi ehtiyacları ilə bağlıdır.

Psixoloq Aytəkin Əliyeva BiG.AZ-a bildirib ki, oyuncağı tamamilə tərgitmək 3–7 yaş aralığında fərqli şəkildə baş verir və proses təbii olmalıdır:

"3–5 yaş

Bu dövrdə uşaq oyuncaqları vasitəsilə dünyanı tanıyır, emosiyalarını ifadə edir və özünü təhlükəsiz hiss edir. Xüsusilə yumşaq oyuncaq və ya sevimli bir ayıcığın olması, uşağın emosional sabitliyinə müsbət təsir göstərir.

6–7 yaş

Məktəbə başlamaqla uşağın sosial həyatı genişlənir. Bu mərhələdə fantaziya oyuncaqlarından mərhələli şəkildə uzaqlaşma baş verir. Lakin uşaq hələ də müəyyən bir oyuncağa bağlanırsa, bu tamamilə normal sayılır.

8 yaşdan sonra

Bu yaşlarda uşaq daha çox intellektual və interaktiv fəaliyyətlərə maraq göstərir. Oyuncağı saxlamaq və ya gec-gec oynamaq uşaqda gerilik əlaməti deyil. Sadəcə emosional bağlılığı bitənədək oyuncağa sahib olmaq ona rahatlıq verir.

Oyuncağı uşağın əlindən zorla almaq, yaşı çatdı deyə məcbur etmək özünəgüvən itkisi, narahatlıq və stress yarada bilər. Doğru yanaşma oyuncağı azaltmaq, alternativ fəaliyyətlər təklif etmək və prosesi tədricən aparmaqdır.

Uşağın oyuncağı tərgitməsi üçün ideal yaş yoxdur. Hər uşaq fərdidir. Valideynlər oyuncağı tərgitmək üçün yaş göstəricisinə deyil, uşağın emosional hazır olmasına diqqət etməlidirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 801   Tarix: 14 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?

"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"

14:39 183
.

Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər

"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini il

16:59 176
.

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Dırnaqlarınız töküləcək

Arıqlamaq və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı yeni araşdırmada dırnaq problemlərinin daha çox görüldüyü müəyyənləşdirilib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 2026-cı il konqresində təqdi

11:33 209
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 143
.

Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ

Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl

12:37 217
.

Keçmiş kəşfiyyat zabiti UFO-dan sağ çıxan "sürünənlər" barədə danışdı

ABŞ Milli Kəşfiyyatının (NİA) keçmiş zabiti Devid Qruş ABŞ ordusunun kosmik gəmi qəzasından sağ çıxan sürünənabənzər canlıları məhv etdiyini iddia edib. xəbər verir ki, Qruş hökumət rəsmilərindən eşitdiyini bildirdiyi bu hekayəni "The Joe Rogan Experience" podkastında danışıb. Keçmiş kəşfiyya

10:37 180
.

Sabahın havası - Yağış, duman, külək...

Oktyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağı

15:17 199
.

Putin və Pezeşkian görüşəcək:"Sözləri bir-birinin boğazından keçir"

Vladimir Putinin və Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanda görüşəcəklər. Bunu Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib. Bu görüş Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində baş tutacaq. Y.Uşakovun sözlərinə görə, Putin və Pezeşkian Yaxın Şərqdək

12:35 240
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

11:25 270
.