Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir?

Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir?Azərbaycan Dövlət Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva özünün və sözügedən teatrın direktoru olan həyat yoldaşı Rəşad Əhmədzadənin təzyiqlərə məruz qaldığını bəyan edib. Rejissor açıqlamalarında baş verənlərin əsas fiqurantı kimi Azərbaycan Kukla Teatrının aktrisası Nərmin Əhmədovanın adını çəkib.

Səidə Haqverdiyeva onu və həyat yoldaşını təhdid edən Nərmin Əhmədovanın Mədəniyyət Nazirliyi səviyyəsində himayə olunduğunu bildirib. Nərmin Əhmədovaya privilegiyalar verilməsini isə onun həyat yoldaşı Əfsun Əhmədovun şirkət rəhbəri olması ilə izah edir.

Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir?Səidə Haqverdiyeva detallara varmasa da, sözlərindən belə anlaşılır ki, Əfsun Əhmədovla Mədəniyyət Nazirliyi arasında hansısa qaranlıq əlaqələr var.

Qaynarinfo-nun araşdırmaları nəticəsində məlum olub ki, Əfsun Əhmədov "Next Group" şirkətinin rəhbəridir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Next Group" MMC-nin 4 dekabr 2017-ci ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7A, məhəllə 2947, mənzil 30, korpus D, giriş 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədov Əfsun Məzahir oğludur.

Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir?"Next Group" MMC beynəlxalq və yerli statuslu tədbirlərin təşkili, nəqliyyat xidmətlərinin icarəsi və idarə edilməsi ilə məşğuldur. Bu barədə şirkətin rəsmi-veb səhifəsində qeyd edilib.

Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırmadan aydın olur ki, "Next Group" MMC ötən il Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat" MMC ilə ümumi maliyyə dəyəri 608 020 manat təşkil edən satınalama müqavilələri imzalayıb.

Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir?Müqavilələrin üçü birbaşa Mədəniyyət Nazirliyi ilə, beşi isə "Əsaslı Tikinti və Təchizat" MMC ilə bağlanıb.

Bu müqavilələr üzrə satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.

"Dövlət satınalmaları haqqında" Qanuna görə birmənbə metodu aşağıdakı hallarda tətbiq edilə bilər:

49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;

49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

49.1.3. satınalan təşkilat hər hansı təchizatçıdan satınalma predmetini satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə əsasən və ya mövcud satınalma predmetinə uyğunluğu təmin etmək zərurəti baxımından satınalma predmetini həmin təchizatçıdan satın alınması qənaətinə gəldikdə, habelə keçirilməsi planlaşdırılan satınalma texnoloji və ya müəlliflik hüququ baxımından əvvəlki satınalma predmetinin davamı olduqda;

49.1.4. satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

"Next Group" MMC-nin Mədəniyyət Nazirliyi və "Əsaslı Tikinti və Təchizat" MMC ilə bağladığı satınalma müqavilələri üzrə satınalma predmetləri, həmçinin şirkətin fəaliyyət sferası birmənbə metodunu istisna edir. Bu halda satınalma prosedurunun şəffaflığına suallar yaranır.

Azərbaycan "Next Group" MMC kimi eyni xidməti göstərən onlarla şirkət var. Mədəniyyət Nazirliyinin satınalmalarda yalnız "Next Group" MMC-yə üstünlük verməsi təbii olaraq şirkətlə qurum arasında hansısa özəl əlaqələrin olduğuna dair şübhələri artırır.

Görünür, Səidə Haqverdiyeva şübhələrində yanılmayıb. Yaxud mümkündür ki, o, nazirliklə "Next Group" MMC arasındakı tender sövdələşmələri barədə daha artıq məlumatlıdır. Yeri gəlmişkən, kluarlarda gəzən söhbətlərə görə, "Next Group" MMC Mədəniyyət Nazirliyinin xətti ilə 2 milyon manatlıq sifariş alıb. Hazırda bununla bağlı araşdırmalarımız davam edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1467   Tarix: 18 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Co Baydenin son durumu AÇIQLANDI

ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü

15:03 0
.

7 yaşlı oğlan sahildə insan dişləri tapdı - 300 illik sirr üzə çıxa bilər

Britaniyada 7 yaşlı oğlan sahildə insan dişləri tapıb. xəbər verir ki, People nəşrinin məlumatına görə, dişlər XVII əsrdə baş vermiş gəmi qəzasının qurbanlarına aid ola bilər. Yeddi yaşlı Artur bu qeyri-adi kəşfi 2025-ci ilin avqustunda Lizard Point sahilində edib. Polis dişlərin arxeoloji mənşəli olduğun

10:47 171
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 70
.

Jurnalistlərin IX qurultayının vaxtı dəyişdi

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixini

14:12 96
.

Çində təhsil alan azərbaycanlı tələbədən qürurverici addım - Video

Çinin Zhengzhou Tibb Universitetində təhsil alan sumqayıtlı gənc Fateh Novruzlu oxuduğu təhsil müəssisəsinin önündə Azərbaycan bayrağındakı rəng xətasını fərq edərək dərhal onu düzəldib. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu olan F.Novruzl

10:38 157
.

Marko Rubiodan Ukrayna açıqlaması: Münaqişə bitməyə doğru getmir

Ukraynadakı vəziyyət hazırda münaqişənin başa çatması istiqamətində inkişaf etmir. Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi hazırda gündəmdə deyil: "Əsas məqsəd müharibəni bitirməkdir"

06.10.2026 262
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

13:40 129
.

"Doğma vətəndə uduzmaq ağırdır" - Hidayət Heydərov

Dünya çempionatında erkən uduzaraq mübarizəni dayandıran Olimpiya çempionumuz Hidayət Heydərov bununla bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb: . "Doğma vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindir

15:02 0
.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -ın xarici KİV-ə istinadən xəbərinə görə, 886 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, ev mühitinin səs-küy, işıqlandırma və təhlükəsizlik hiss

06.10.2026 308
.