Bakıda kütləvi söküntü işləri dayandırılır: Evlər bahalaşacaq?

Bakıda kütləvi söküntü işləri dayandırılır: Evlər bahalaşacaq?Xəbər verdiyimiz kimi, Bakı şəhərində kütləvi söküntü işlərinin dayandırılması ilə bağlı iddialar yayılıb.

Bu iddianın qaynağı isə 2026-cı ilin dövlət büdcəsindən paytaxtda söküntü və köçürülmə üçün vəsaitin ayrılmaması göstərilir.

Növbəti ildə şəhərdə büdcə pulu hesabına yalnız Mərkəzi Parkın dördüncü hissəsi üçün "Sovetski" adlanan ərazidə söküntülər və sakinlərə kompensasiyaların ödənilməsi nəzərdə tutulub.

Həmin işlər Nizami küçəsi ilə Mirzəağa Əliyev küçəsi arasındakı ərazini, Tolstoy, Süleyman Tağızadə küçələrini və "Təzəpir" məscidinin alt hissəsini əhatə edəcək.

Bundan başqa, 2026-cı ildə Bakının Sabunçu rayonu ərazisində iki ədəd iki mərtəbəli, Nizami rayonunda isə iki ədəd 5 mərtəbəli binanın söküntüsü planlaşdırılır. Orada yaşayan sakinlərə də kompensasiya ödəniləcək.

Amma paytaxtda özəl şirkətlərin hansısa ərazidə söküntü aparmasına heç bir məhdudiyyət qoyulmayıb. Bunun üçün vacib şərtlərdən biri yeni layihələrin Bakının Baş planına uyğun olması ilə yanaşı sakinlərin razı salınmasıdır.

Bəs söküntü işlərinin dayandırılması əmlak bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, bu qərar bir sıra problemlərə səbəb ola bilər:

"Sadə rəqəmlərə baxsaq, indiyədək olan statistikaya əsaslansaq və yaranmış vəziyyəti nəzərə alsaq, bazarın inkişafını və tikinti şirkətlərinin resurslarını analiz etsək, bu, heç də yaxşı qərar deyil.

İndiyədək Bakı şəhərində təxminən 1 700–2 000 bina inşa olunub. Bunlar fərqli tikinti şirkətləri tərəfindən həyata keçirilib, ölkədə isə bu şirkətlərin sayı çox deyil, təxminən 100–150 arasıdır.

Nəzərə alsaq ki, təxminən 2012–2020-ci illər arasında Bakı şəhərində bir çox ərazilər dövlət hesabına sökülmüşdür, dövlətdən maliyyələşən söküntü işləri bazarda ciddi canlanmaya səbəb olurdu.

Həmin dövrdə irəliləyiş aydın görünürdü, xüsusilə 2015–2020-ci illər arasında. O vaxt "Sovetski" və digər ərazilər dövlət hesabına köçürülürdü, eyni zamanda 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı qərarı ilə pilot layihələr həyata keçirilirdi".

Onun sözlərinə görə, bu dövrlərdə dövlət hesabına aparılan söküntülər tikinti şirkətləri üçün münbit şərait yaratmış, heç bir məhdudiyyət qoyulmamışdı:

"Bunun nəticəsində son 10 ilə yaxın müddətdə Bakı şəhərində köhnəlmiş, müasir standartlara cavab verməyən və təhlükəli yaşayış binaları ləğv olunub, yeniləri ilə əvəzlənmişdir. Bu, Bakı şəhərində kifayət qədər yaxşı görüntü yaratmışdır.

Nəzərə alsaq ki, yaxın vaxtlarda ölkədə köhnəlmiş yaşayış binalarının sayı həddindən artıq çoxdur. Yalnız 5 mərtəbəli binaları nəzərdən keçirsək, onların sayı təxminən 16 000, digərləri ilə birlikdə isə 20 000–25 000 civarındadır.

İstismar müddəti bitmiş binalar növbəti mərhələdə qəzalı vəziyyətə düşür. Qeyd olunub ki, 1 100 bina artıq istismar müddəti bitib, qismən qəzalıdır, onlardan 193 bina isə ümumiyyətlə yaşayış üçün təhlükəlidir.

Bu 193 binadan cəmi 5–6-sı son 1–2 il ərzində dövlət hesabına sökülə bilib, qalan təxminən 190 yaxın bina isə hələ də yaşayış üçün risklidir və onların sökülməsi sual altındadır. Bu işi kim həyata keçirəcək, hələ məlum deyil".

Ekspert qeyd edib ki, son 5–6 ildə daşınmaz əmlakın bahalaşması və ölkədə tikinti şirkətlərinə verilən məhdudiyyətlərlə bağlı, yalnız məhdud sayda tikinti şirkətinə yeni binaların tikilməsi üçün icazə verilib:

"Onlar isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən asılıdır. Təəssüflər olsun ki, tikinti şirkətlərinə hələ də "yaşıl işıq" verilməyib və proses hələ də davam edir.

Dövlət də bu istiqamətdə dəstək göstərmədiyi üçün ölkədə 20 000–25 000 köhnəlmiş yaşayış binasının riskli hissəsinin, yəni 11 000 binanın sökülməməsi cəmiyyəti ciddi risk altında qoyur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1283   Tarix: 19 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Co Baydenin son durumu AÇIQLANDI

ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü

15:03 0
.

7 yaşlı oğlan sahildə insan dişləri tapdı - 300 illik sirr üzə çıxa bilər

Britaniyada 7 yaşlı oğlan sahildə insan dişləri tapıb. xəbər verir ki, People nəşrinin məlumatına görə, dişlər XVII əsrdə baş vermiş gəmi qəzasının qurbanlarına aid ola bilər. Yeddi yaşlı Artur bu qeyri-adi kəşfi 2025-ci ilin avqustunda Lizard Point sahilində edib. Polis dişlərin arxeoloji mənşəli olduğun

10:47 171
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 70
.

Jurnalistlərin IX qurultayının vaxtı dəyişdi

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixini

14:12 96
.

Çində təhsil alan azərbaycanlı tələbədən qürurverici addım - Video

Çinin Zhengzhou Tibb Universitetində təhsil alan sumqayıtlı gənc Fateh Novruzlu oxuduğu təhsil müəssisəsinin önündə Azərbaycan bayrağındakı rəng xətasını fərq edərək dərhal onu düzəldib. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu olan F.Novruzl

10:38 157
.

Marko Rubiodan Ukrayna açıqlaması: Münaqişə bitməyə doğru getmir

Ukraynadakı vəziyyət hazırda münaqişənin başa çatması istiqamətində inkişaf etmir. Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi hazırda gündəmdə deyil: "Əsas məqsəd müharibəni bitirməkdir"

06.10.2026 262
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

13:40 129
.

"Doğma vətəndə uduzmaq ağırdır" - Hidayət Heydərov

Dünya çempionatında erkən uduzaraq mübarizəni dayandıran Olimpiya çempionumuz Hidayət Heydərov bununla bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb: . "Doğma vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindir

15:02 0
.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -ın xarici KİV-ə istinadən xəbərinə görə, 886 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, ev mühitinin səs-küy, işıqlandırma və təhlükəsizlik hiss

06.10.2026 308
.