"Binəqədi Park" MMC-nin sənədsiz evləri necə satılır?

"Binəqədi Park" MMC-nin sənədsiz evləri necə satılır?"Binəqədi Park" MMC-nin dələduzluqla məşğul olmaqda və sənədsiz evləri sənədli ev adıyla satışa çıxarmaqda ittiham olunur.

XALQ xəbər verir ki,bununla bağlı Mayis Hacıyev adlı şəxs Bakues.az-a şikayət məktubu göndərib.

Şikayətçinin sözlərinə görə, özünə və ailə üzvlərinə məxsus avtomobilləri "Binəqədi Park" MMC-ın inşa etdiyi evlərlə barter etmək qərarına gəlib. Lakin gözlənilməz xoşagəlməz halla razılaşıb.O,artıq 11 aydır maşınlarını itirməklə yanaşı, aldığı evləri də təhvil almayıb. Şirkət isə gün uzatmaqla, vaxt qazanmağa çalışır.

Maraqlı məqamlardan biri də odur ki, Şirkət rəhbərliyi müxtəlif vəzifəli şəxslərin adından sui-istifadə edərək, insanları aldatmağa davam edir.

Şiayətçinin üzləşdiyi problemi əks etdirən şikayət məktubunu təqdim edirik:

"2025-ci ilin yanvar ayında öz ailəmizə məxsus olan maşınlarımız var idi. Atamın səhhətində yüngül problemlər olduğuna görə həkim ona maşın sürməyə icazə vermədi. Atam Parkinson xəstəsi, qardaşım isə talassemiya daşıyıcısıdır.

Bir gün bizə təklif olundu ki, evlərlə maşın barter olunur. Evdə belə qərara gəldik ki, avtomobillərimizi evlə barter edək. Evdir də yatırımdır, qalsın. Ona görə də öz maşınımı, atamın və qardaşımın maşınını evlə barter etmək üçün Kazımov Elvin və Kazımov Nazim adlı şəxslərlə görüşdük. Onlar maşınları qiymətləndirdiklərini, evlərin qiymətinin aylıq ödənişi 1100 manatdan olduğunu və barter edəcəklərini bildirdilər. Dedim hə, bir tanış olaq evlərlə, zadla. Getdik evlərə baxdıq. Orada mənə dedilər ki, sənə evi 900 manatdan verəcəyik, ümumi məbləğ isə 189 min manat edir. Biz razılaşdıq. Mənə dedilər ki, sənə 210 kvadratmetrlik ev düşür, 4 mənzildir. Dedim, yaxşı. Daha sonra maşınlar onların adına keçirildi. Mənim sənədlərimi yazdılar, getdim qol çəkdim. Qol çəkəndə gördüm ki, 900 manatdan mənə deyilən evi 650 manatdan yazıblar. Dedim qardaş, niyə 650 manatdan yazıbsınız? Mən 900 manatdan almışam. Sənəddə 650 manatdan satıldığı yazılır, bu nədir?! Dedilər ki, "Verginin çox faiz tutmaması üçün 650 manat göstəririk. Sən narahat olma, hamıya belə yazmışıq". Mən də inandım.

Bir neçə gündən sonra şirkətin rəhbəri Elvin Kazımova zəng etdim ki, atamın vəziyyəti yaxşıya doğru getmir, daha da pisləşib.

Əməliyyat lazım olacaq. Əməliyyatı xarici ölkədə etdirəcəyik. Elvinə dedim ki, səninlə danışmışdıq. Razılaşmışdıq ki, lazım olarsa, bir ayın içində evlərimi satıb pulunu verəcək. Elvin evi satacağı halda 850 manatdan hesablayacağını bildirdi. Dedim problem yoxdur, söhbət mənim valideynimdən gedir. Onun həyatda qalması üçün bunu etməliyəm. Halbuki camaat ev alır, üstündə qazanc tutur".
Mayis Hacıyev onu da bildirib ki, söhbətlərinin üstündən 1 ay keçəndən sonra dəfələrlə yığandan sonra Elvinlə görüşüb. O, evlərin dördünü də satdığını bildirərək, 5000 manat beh aldığını bildirib.
"Dedim hə, problem yoxdur, lap yaxşı. Neçə günə? Dedi 10 gün. Bu 10 gün oldu bir ay, bir ay oldu iki ay… Dedim Elvin, mən bunu satmalıyam, vacibdir, mənim atamın gündən-günə həyatda qalmaq şansı çox azalır. Elvin dəfələrlə görüş adı ilə məni aldatdı. Günləri uzada-uzada bu insan bizim başımıza oyun açdı. Elvinə evlərin satılması üçün çəkiliş aparılmasını istədiyimi bildirdim. Bununla razılaşmadı. Sonra anladıq ki, binanın sənədləri düzgün deyil, ona görə də çəkilişin olmasını istəmir.
Artıq 11 aydır ki, bu insan bizim pulumuzu vermir. Bundan başqa, vəzifəli şəxslərin adından sui-istifadə edərək, dələduzluğuna davam edir", – deyə şikayətçi qeyd edib.
İrəli sürülən ittihamla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 901   Tarix: 19 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Co Baydenin son durumu AÇIQLANDI

ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü

15:03 0
.

7 yaşlı oğlan sahildə insan dişləri tapdı - 300 illik sirr üzə çıxa bilər

Britaniyada 7 yaşlı oğlan sahildə insan dişləri tapıb. xəbər verir ki, People nəşrinin məlumatına görə, dişlər XVII əsrdə baş vermiş gəmi qəzasının qurbanlarına aid ola bilər. Yeddi yaşlı Artur bu qeyri-adi kəşfi 2025-ci ilin avqustunda Lizard Point sahilində edib. Polis dişlərin arxeoloji mənşəli olduğun

10:47 171
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 70
.

Jurnalistlərin IX qurultayının vaxtı dəyişdi

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixini

14:12 96
.

Çində təhsil alan azərbaycanlı tələbədən qürurverici addım - Video

Çinin Zhengzhou Tibb Universitetində təhsil alan sumqayıtlı gənc Fateh Novruzlu oxuduğu təhsil müəssisəsinin önündə Azərbaycan bayrağındakı rəng xətasını fərq edərək dərhal onu düzəldib. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu olan F.Novruzl

10:38 157
.

Marko Rubiodan Ukrayna açıqlaması: Münaqişə bitməyə doğru getmir

Ukraynadakı vəziyyət hazırda münaqişənin başa çatması istiqamətində inkişaf etmir. Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi hazırda gündəmdə deyil: "Əsas məqsəd müharibəni bitirməkdir"

06.10.2026 262
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

13:40 129
.

"Doğma vətəndə uduzmaq ağırdır" - Hidayət Heydərov

Dünya çempionatında erkən uduzaraq mübarizəni dayandıran Olimpiya çempionumuz Hidayət Heydərov bununla bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb: . "Doğma vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindir

15:02 0
.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -ın xarici KİV-ə istinadən xəbərinə görə, 886 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, ev mühitinin səs-küy, işıqlandırma və təhlükəsizlik hiss

06.10.2026 308
.