"Hətta buludlu havada belə SPF vacibdir" - Dermatoloq

"Hətta buludlu havada belə SPF vacibdir" - DermatoloqMüasir dermatologiya qocalmanın qarşısını tam almağın mümkün olmadığını, lakin prosesin əhəmiyyətli dərəcədə yavaşladılmasının mümkün olduğunu bildirir. Dərinin gənc və sağlam qalması üçün düzgün qulluq, adekvat qorunma və həyat tərzinin optimallaşdırılması həlledici rol oynayır.

Dermatoloq Aysel Qarayeva BiG.AZ-a bildirib ki, dərinin 80%-ə qədər qocalması ultrabənövşəyi şüalarla bağlıdır. Günəşin yaratdığı fotoqocalma qırış, ləkə, ton itkisi və elastiklik azalmasının əsas səbəbidir:

"SPF 30–50 qoruyucu kremdən hər gün istifadə qocalmanı gecikdirən ən təsirli üsuldur. Hətta buludlu havada belə SPF vacibdir.

Retinol dəridə hüceyrə yenilənməsini sürətləndirir, kollagen istehsalını artırır və dərin qırışları belə azaldır.Retinolu gecələr tətbiq etmək və əvvəlcə həftədə 2–3 dəfə istifadə etmək daha təhlükəsizdir. Zamanla dəri uyğunlaşdıqca hər gün istifadə oluna bilər.
C vitamini sərbəst radikalların zərərini azaldır, günəş ləkələrini açır və dərinin tonunu bərabərləşdirir. Səhər saatlarında C vitamini + SPF kombinasiyası qocalma əleyhinə ən güclü qoruma paketidir.

Dərinin qocalmasını sürətləndirən əsas amillərdən biri onun baryerinin zəifləməsidir. Bu zaman quruluq, qıcıqlanma və incə qırışlar artır. Hialuron turşusu,keramidlər,qliserin
tərkibli nəmləndiricilərdən istifadə etmək lazımdır.Güclü nəmləndirilmiş dəri həm daha sağlam görünür, həm də qocalma prosesinə daha gec daxil olur.

Siqaret kollageni məhv edir, spirt isə dərini susuzlaşdırır. Xroniki stress dəri baryerini zəiflədir və qırışların yaranmasını sürətləndirir.Həyat tərzində edilən kiçik dəyişikliklər belə dərinin 5–7 il daha gənc görünməsinə səbəb ola bilər. Qocalmanı ləngitməyin ən təsirli yolu SPF istifadəsi, retinol, C vitamini, güclü nəmləndirmə və zərərli vərdişlərdən uzaq durmaqdır. Bu qaydalara müntəzəm əməl edən insanlarda fotoqocalma, qırış və ləkələrin yaranma riski əhəmiyyətli dərəcədə azalır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 822   Tarix: 19 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Melonidən qeyri-adi qərar

İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard

06.10.2026 354
.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -ın xarici KİV-ə istinadən xəbərinə görə, 886 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, ev mühitinin səs-küy, işıqlandırma və təhlükəsizlik hiss

06.10.2026 308
.

"Doğma vətəndə uduzmaq ağırdır" - Hidayət Heydərov

Dünya çempionatında erkən uduzaraq mübarizəni dayandıran Olimpiya çempionumuz Hidayət Heydərov bununla bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb: . "Doğma vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindir

15:02 0
.

İran: ABŞ etimadı bərpa etməlidir

İran ABŞ-la danışıqlarda artıq "kifayət qədər güzəştə getdiyini" bildirib. İranın keçmiş diplomatı Hadi Əfqahi deyib ki, bundan sonra etimadı bərpa etmək ABŞ-ın üzərinə düşür. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əfqahi bildirib ki, İran ABŞ-la apardığı danışıqların dəfələrlə müharib

14:55 27
.

"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?

"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"

14:39 81
.

Co Baydenin son durumu AÇIQLANDI

ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü

15:03 0
.

Ekspert Yaxın Şərqdəki vəziyyətdən danışdı: "Daha geniş müharibəyə yol vermək olmaz"

"Məkkə Birgə Müdafiə Sazişinin bu gün real təhlükəsizlik böhranı fonunda işə düşməsi Yaxın Şərqdə yeni hərbi-siyasi mərhələnin başladığını göstərir. Sazişin mahiyyəti ondan ibarətdir ki, üç dövlətdən birinə qarşı silahlı hücum digərlərinə qarşı hücum kimi qəbul edilir. Bu baxımdan Türkiyə və Pakistanı

14:27 78
.

Hamının 8 saat yatmasına ehtiyac yoxdur - ARAŞDIRMA

Səkkiz saatlıq yuxu uzun illərdir böyüklər üçün bir növ "qızıl standart" hesab olunur. Lakin yeni elmi icmal göstərir ki, bu müddət hər kəs üçün eyni dərəcədə optimal olmaya bilər. xarici mediaya istinadən xəbər verir ki, hər gecə mütləq səkkiz saat yatmaq qaydasını bütün böyüklər üçün dəyişmə

06.10.2026 312
.

Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı

Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay

10:54 157
.