Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Fotolar

Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - FotolarNoyabrın 19-da Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub.

"Qafqazinfo" xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Əvvəlcə Yeni Robotik Reabilitasiya Mərkəzi ilə tanışlıq keçirilib. Bildirilib ki, 3 min 600 kvadratmetr ərazidə yerləşən Yeni Robotik Reabilitasiya Mərkəzi Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan ilk mərkəzlərindən biridir.

Əsas məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, həmçinin ölkəmizdə əlillik səviyyəsini minimuma endirməkdir. Mərkəz həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edir.

Müəssisədə ümumilikdə 3 həkim-fizioterapevt, 1 həkim-travmatoloq, 4 həkim-nevroloq, 4 təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, 9 müalicəvi bədən tərbiyəsi (MBT) təlimatçısı, 32 fizioterapevt-reabilitoloq, 17 tibb bacısı/qardaşı, 2 masaj üzrə tibb bacısı/qardaşı və 20 kiçik tibb işçisi fəaliyyət göstərir.

Mərkəzin Neyrotravma şöbəsində kəllə-beyin və onurğa-beyin travmaları, eləcə də ölkənin müxtəlif tibb müəssisələrindən reanimasiyadan sonra reabilitasiyaya ehtiyacı olan vətəndaşların stasionar müalicəsinin həyata keçirilməsi nəzərdə tutulub.

Bundan əlavə, mərkəzdə bir sıra sahələr üzrə robotik və klassik reabilitasiya xidmətləri təqdim olunur. Nevrologiya istiqamətində insult, beyin və onurğa beyni zədələnmələri, həmçinin sinir sistemi xəstəliklərindən sonra bərpa prosesi aparılacaq.

Ortopedik reabilitasiya çərçivəsində travmalardan və ortopedik əməliyyatlardan sonra hərəkətin bərpası təmin ediləcək.

Pediatrik və neonatoloji reabilitasiya uşaqlarda hərəkət, inkişaf və koordinasiya pozuntularının erkən korreksiyasına yönəlib. İdmanda reabilitasiya xidməti idman zədələrindən sonra funksional hazırlığın və performansın bərpasını hədəfləyir.

Əl reabilitasiyası sahəsində əl cərrahiyyəsi və yuxarı ətrafların motor funksiyalarının inkişafı, eləcə də incə hərəkətlərin bərpası həyata keçiriləcək. Kardiopulmonar reabilitasiya ürək-damar və tənəffüs sistemi xəstəliklərindən sonra fiziki dözümlülüyün artırılmasına xidmət edir. Geriatrik reabilitasiya isə yaşlı pasiyentlərdə hərəkət imkanlarının genişləndirilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.

Onkoloji reabilitasiya onkoloji müalicələrdən sonra fiziki və psixoloji adaptasiyanın təmin edilməsini əhatə edir. Bundan əlavə, ginekoloji və androloji reabilitasiya kiçik çanaq disfunksiyalarında, kiçik çanaq əzələlərinin funksional bərpası, gücünün və elastikliyinin artırılması məqsədilə tətbiq olunan hədəfli fizioterapevtik yanaşma ilə həyata keçiriləcək. Onurğa sağlamlığı xidmətləri onurğa sütunu problemlərinin qarşısının alınmasına və müalicəsinə istiqamətlənib.

Reanimasiya və intensiv terapiyada reabilitasiya ağır vəziyyətdən çıxmış pasiyentlərin erkən mərhələdə bərpasını təmin edir və hədəf Azərbaycandakı böyük dövlət xəstəxanalarında reanimasiya şəraitində reabilitasiya xidmətlərinin gücləndirilməsidir.

Yeni Robotik Reabilitasiya Mərkəzi dünyada həm robotik, həm də klassik reabilitasiya sahəsində lider mövqeyini möhkəmləndirməyi, elmi və texnoloji yenilikləri reabilitasiya proseslərinə inteqrasiya edərək Azərbaycanı innovativ reabilitasiya mərkəzinə çevirməyi hədəfləyir. Həmin istiqamətdə beynəlxalq akkreditasiyalar üçün rəsmi danışıqlara artıq başlanılıb.

Mərkəzin üstünlüklərinə dünya səviyyəli robotik lokomasiya və yuxarı ətraf reabilitasiya sistemləri, 3D hərəkət analizi, balans və koordinasiya ölçmə texnologiyaları, süni intellekt əsaslı qiymətləndirmə və fərdiləşdirilmiş reabilitasiya alqoritmləri, fizioterapevtlər, reabilitoloqlar, neyroloqlar, ortopedlər, psixoloqlar və ergoterapevtlərdən ibarət multidissiplinar komanda, eləcə də beynəlxalq təlim, sertifikasiya və elmi əməkdaşlıq imkanları daxildir. Bütün bu xüsusiyyətləri ilə mərkəz Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan, həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edən qabaqcıl bir qurum kimi fəaliyyətə başlayır.

Yeni Robotik Reabilitasiya Mərkəzinin noyabrın 20-dən etibarən fəaliyyətə başlayacağı diqqətə çatdırılıb.

Daha sonra Sümük İliyi Transplantasiyası Mərkəzinə baxış keçirilib. Qeyd olunub ki, mərkəz müasir tələblərə cavab verən yüksək ixtisaslaşmış tibbi mərkəz kimi formalaşdırılıb. Şöbə hemato-onkoloji xəstəliklərin müalicəsində ən son elmi nailiyyətləri tətbiq edən, geniş təcrübəyə malik multidisiplinar komanda tərəfindən idarə olunması planlaşdırılır.

Tibbi xidmətlər çərçivəsində qeyd olunan diaqnozlarla müalicə alan pasiyentlər üçün həm allogen, həm də autogen sümük iliyi transplantasiyasının həyata keçirilməsi nəzərdə tutulur.

Mərkəz 22 çarpayılıq şöbə ilə böyüklər və uşaqlar üçün fəaliyyət göstərəcək. Həm autogen, həm də allogen sümük iliyi transplantasiyası beynəlxalq protokollara uyğun şəkildə həyata keçiriləcək. Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksək səviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq.

Transplantasiya blokları müasir sterilizasiya standartlarına cavab verən HEPA filtrasiyalı hava axını, tam izolyasiya rejimi və yüksəksəviyyəli infeksion nəzarət sistemi ilə təchiz edilib.

Mərkəzin əsas məqsədi pasiyentlərə təhlükəsiz, effektiv və yüksək keyfiyyətli müalicə təqdim etmək, elmi yenilikləri praktikaya gətirmək və ölkədə sümük iliyi transplantasiyası xidmətlərinin əlçatanlığını artırmaqdır.

Yeni yaradılmış mərkəz ilə tibb müəssisəsi hemato-onkoloji xəstəliklərin müalicəsində daha geniş imkanlar yaradacaq və müasir tibb standartlarının tətbiqində nümunəvi səhiyyə ocağı kimi fəaliyyət göstərməyə davam edəcək.
Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - FotolarƏliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - FotolarƏliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - FotolarƏliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - FotolarƏliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - FotolarƏliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - FotolarƏliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - FotolarƏliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - FotolarƏliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - FotolarƏliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - FotolarƏliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - FotolarƏliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - FotolarƏliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - FotolarƏliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - FotolarƏliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - FotolarƏliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1066   Tarix: 19 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Balakəndə qəbiristanlığı sel basdı: İcra nümayəndəsi son vəziyyəti açıqladı

Balakən rayonunun İtitala kənd qəbiristanlığının sel suları altında qalmasının səbəbləri məlum olub. Kənd üzrə icra nümayəndəsi German Balayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, güclü və uzunmüddətli yağışlardan sonra dağlardan gələn sel suları qəbiristanlığı da su altında qoyub:. "Dağlı

14:23 195
.

Kəlbəcərdə mina partlayışı olub

Kəlbəcər rayonunda mina partlayışı olub, xırdabuynuzlu heyvanlar xəsarət alıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Laçınla sərhəd ərazidə qeydə alınıb. Hadisə nəticəsində insanlar arasında xəsarət alan olmasa da, üç baş xırdabuynuzlu heyvan yaralanıb. Qeyd edək ki, həmin ərazid

14:31 198
.

Ölümdən əvvəl insanlar nə görür? Həkimlərdən maraqlı açıqlama

İnsan ömrünün son anları əsrlər boyu həm elm adamlarını, həm də adi insanları düşündürən ən sirli mövzulardan biri olub. Ölümün özündən çox, həmin ana qədər insanın nə hiss etdiyi, nə gördüyü və beynində hansı proseslərin baş verdiyi barədə saysız-hesabsız fərziyyələr irəli sürülüb. Son illərdə dünyanı

20:00 2
.

Maaş artımları inflyasiyanı üstələyirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda orta aylıq nominal əməkhaqqının artması ilə bağlı statistika mütəmadi olaraq açıqlanır. Rəsmi rəqəmlər maaşların yüksəldiyini göstərsə də, gündəlik həyatda qiymət artımları fonunda bu artımın vətəndaşların real gəlirlərinə necə təsir etdiyi müzakirə mövzusu olaraq qalır. Bəs maaş artımlar

12:45 214
.

Zelenski: NATO ölkələri Ukraynanın üzvlüyündən fayda görəcəklər

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsinin NATO-ya üzvlüyünü dəstəkləyən dövlətlərin sayı getdikcə artır. xəbər verir ki, o, bu barədə "Noviny.LIVE" Telegram kanalının yaydığı açıqlamada danışıb. Zelenskinin sözlərinə görə, Ukraynanın hərbi-sənaye kompleksi və ordusu artı

11:43 176
.

"Bolt" sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir

Son günlər "Bolt"da fəaliyyət göstərən bəzi sürücülərlə bağlı eyni məzmunlu şikayətlər artmaqdadır. Sərnişinlərin iddiasına görə, tətbiqdə görünən gediş haqqı ilə sürücünün sistemində göstərilən məbləğ arasında 2-3 manat fərq yaranır və sürücülər müştəridən öz sistemlərindəki məbləği tələ

21:00 1
.

Kıvanç Tatlıtuğun ikinci övladı olacaq? - Yenilənib

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun ikinci övladı olacaq. Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktyorun xanımı Başak Dizerin 5 aylıq hamilə olduğu bildirilib. Cütlüyün qız övladı dünyaya gələcək. Qeyd edək ki, Kıvançla Başakın bir oğul övladı var. *. Başak Dizer türk mediasında hamilə olmas

14:46 444
.

Telefonlar bizi məhv edir - Onurğa xəstəliklərinə qədər...

Rəqəmsal cihazlardan uzun müddət istifadə təkcə zehni yorğunluğa səbəb olmur. Mütəxəssislər bildirirlər ki, smartfon və digər elektron cihazların həddindən artıq istifadəsi görmə qabiliyyətindən tutmuş onurğa sağlamlığına, əzələ gücünə və motor bacarıqlarına qədər bir çox sahəyə mənfi təsir göstərə bilər

19:15 104
.

Xiyarın xarab olduğunu müəyyən etməyin əsas ƏLAMƏTLƏRİ

Xiyar zahirən təzə görünsə də, içəridən xarab olmağa başlamış ola bilər. Mütəxəssislər tərəvəzin istehlaka yararlı olub-olmadığını müəyyən etməyə kömək edən bir neçə əsas əlaməti açıqlayıblar. xarici mediaya istinadən xəbər verir ki, tərkibinin 96 faizdən çoxu sudan ibarət olduğu üçün xiyar digər tərəvəzlərl

18:35 111
.

TOP MP3