"Ölüm həqiqətini uşaqlara danışmaq üçün ən uyğun yaş 4-5 yaşdan başlayır" - Psixoloq
"Ölüm mövzusu uşaqlardan gizlədilməməli, lakin onların yaşına uyğun şəkildə izah edilməlidir. Bu həqiqət barədə danışmaq üçün xüsusi "ideal yaş" yoxdur, əsas meyar uşağın dünyanı dərk etmə səviyyəsi və emosional hazır olmasıdır.
Bu sözləri psixoloq Aytəkin Əliyeva BiG.AZ-a bildirib.
O qeyd edib ki, ölüm həqiqətini uşaqlara danışmaq üçün ən uyğun yaş 4-5 yaşdan başlayır, lakin məlumat uşaq böyüdükcə daha geniş və real çalarlarla izah edilməlidir:
"3-5 yaş dövründə uşaqlar "ölüm" anlayışını tam başa düşməsələr də, suallar verirlər. Onlara sadə və aydın dillə izah etmək tövsiyə olunur:ölümün "geri dönüşü olmadığını" demək,lakin qorxuducu detallardan uzaq durmaq. Bu yaşda uşaqla danışarkən metaforalardan ("yuxuya getdi", "uzaqlara getdi") istifadə etmək olmaz. Çünki bu, uşağın yuxudan və ya ayrılıqdan qorxmasına səbəb ola bilər.
6-9 yaş qrupu artıq ölümün bioloji son olduğunu qismən anlayır.Uşaqlar bu mərhələdə daha çox "Niyə ölürük?", "Hara gedirik?", "Mən də öləcəm?" kimi suallar verirlər. Suallara dürüst cavab vermək,emosiyaları paylaşmaqdan çəkinməmək,uşağın özünü təhlükəsiz hiss etməsini təmin etmək lazımdır.
Bu dövrdə ölüm mövzusundan qaçmaq uşaqda gərginlik və yanlış təsəvvürlər yarada bilər.
10 yaşdan sonra ölümlə bağlı anlayış tam formalaşmağa başlayır. Artıq uşaq ölümün qaçılmaz olduğunu,insan həyatının bir mərhələsi olduğunu,fiziki səbəblərə bağlı olduğunu
dərk edir. Bu yaşda ölüm mövzusu daha açıq və rasional izah oluna bilər. Uşağa itki ilə necə barışmaq, emosiyalarını necə ifadə etmək lazım olduğu da öyrədilməlidir.
Valideynlər ölüm mövzusunu yalnız bir böyük itki baş verəndə deyil, uşaq sual verdiyi zaman mərhələli şəkildə izah etməlidirlər. Mövzunun gizlədilməsi uşaqda qorxu,narahatlıq,öz fantaziyaları ilə vəziyyəti daha ağırlaşdırmaq kimi nəticələr yarada bilər.
Ölüm həqiqətini uşaqlara danışmaq üçün ən uyğun yaş 4-5 yaşdan başlayır, lakin məlumat uşaq böyüdükcə daha geniş və real çalarlarla izah edilməlidir. Valideynin məqsədi uşağı qorxutmaq deyil, anlayış yaratmaq və emosional dəstək təmin etmək olmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 611 Tarix: 21 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə
12:37 135 "Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ
"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy
06.10.2026 317 Qrip mövsümü başladı - Bu şəxslər vaksin vurdura bilməz
Havaların soyuması ilə mövsümi virus infeksiyaları yenidən gündəmə gəlir. Payız aylarında insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və otaqların az havalandırılması respirator virusların yayılmasını asanlaşdırır. Son günlər havanın yağıntılı və sərin keçməsi də diqqəti qripdən qorunma yolların
06.10.2026 268 Dünyada yenidən populyarlaşan 10 qədim ad
Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara
06.10.2026 289 Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?
İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanması barədə qərar versə, İsrailin Londondakı səfirliyinin 27 diplomatı ölkədən çıxarılacaq. Bizim.Media xəbər verir ki, bu barədə Reuters dörd mənbəyə istinadən məlumat yayıb. İsrail sentyabrın 8-də Britaniyaya Şərqi Qüdsdəki konsulluğu 30 gün ərzind
06.10.2026 265 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?
Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir
06.10.2026 310 İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi
Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciət ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli konfrans iştirakçıları!. Sizi Bakı Dialoqu formatında keçirilə
10:13 146 Putin və Pezeşkian görüşəcək:"Sözləri bir-birinin boğazından keçir"
Vladimir Putinin və Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanda görüşəcəklər. Bunu Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib. Bu görüş Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində baş tutacaq. Y.Uşakovun sözlərinə görə, Putin və Pezeşkian Yaxın Şərqdək
12:35 124 Keçmiş xanımı Tatlısəsin son durumunu açıqladı
Türkiyəli müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız sənətçinin səhhətindən danışıb. Axşam.az xəbər verir ki, tədbirlərdən birinə qatılan Yıldız jurnalistlərin Tatlısesin son vəziyyəti ilə bağlı suallarını cavablandırıb. O, müğənninin müalicəsinin davam etdiyini bildirib. "Fikrimcə
06.10.2026 435