"Avroviziya 2026"da ciddi dəyişikliklər edildi - Yeni qaydalar

"Avroviziya 2026"da ciddi dəyişikliklər edildi - Yeni qaydalarAvropa Yayım Birliyi (AYB) "Avroviziya 2026" üçün səsvermə qaydalarında dəyişikliklər edib.

Axşam.az-ın məlumatına görə, qurum üzvləri ilə geniş məsləhətləşmələrdən sonra səsvermə sistemində təkmilləşdirmə aparılıb.

Əsas dəyişikliklər bunlardan ibarətdir:

Yarımfinalarda peşəkar münsiflərin qayıdışı: 2022-ci ildən sonra ilk dəfə yarımfinallarda peşəkar münsiflər heyəti iştirak edəcək. Münsiflərin sayı 5-dən 7-yə qaldırılacaq, həmçinin heyətə gənc üzvlər (18–25 yaş) daxil ediləcək. Münsiflərin səsi və tamaşaçı səsi təxminən 50/50 nisbətində olacaq.

Tamaşaçı səsi limitinin azaldılması: Səs verənlərin maksimum səsi 20-dən 10-a endiriləcək. Bu, tamaşaçıları səsini bir neçə iştirakçı arasında bölüşməyə təşviq edəcək.

Qaydaların və davranış kodeksinin gücləndirilməsi: İştirakçı yayımçılar və ifaçılar üçün təqdimat, təşviqat qaydaları yenilənib. Üçüncü tərəflərin, o cümlədən dövlət dəstəyi ilə həyata keçirilən kampaniyaların nəticələrə təsir etməsinə imkan verilməyəcək.

Texniki təhlükəsizlik tədbirlərinin gücləndirilməsi: AYB səsvermədə saxtakarlıq və koordinasiyalı təsirlərin qarşısını almaq üçün "Once" şirkəti ilə əməkdaşlığı davam etdirəcək və şübhəli səsvermə sxemləri diqqətlə izləniləcək.

Peşəkar mütəxəssislərin müxtəlifliyi: Münsif heyətinə musiqi jurnalistləri, müəllimlər, xoreoqraflar, səhnə rejissorları və musiqi sənayesinin digər təcrübəli nümayəndələri daxil ediləcək. Münsiflər yarış başlamazdan əvvəl öz müstəqil və ədalətli səsvermələrinə dair rəsmi bəyanat imzalayacaqlar.

Bütün yeniliklər "Avroviziya" rəhbərlik qrupu tərəfindən təsdiqlənib. Yeniliklərin nəticələri 2026-cı il müsabiqəsindən sonra qiymətləndiriləcək.

Həmçinin, 2026-cı il üçün müsabiqədə iştirak edəcək yayımçıların tam siyahısı isə 25 dekabra qədər açıqlanacaq.

Qeyd edək ki, bu il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni "Wasted love" mahnısı ilə birinci olub. 70-cisi keçiriləcək "Avroviziya" müsabiqəsi 2026-cı ilin mayına planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 726   Tarix: 22 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Keçmiş kəşfiyyat zabiti UFO-dan sağ çıxan "sürünənlər" barədə danışdı

ABŞ Milli Kəşfiyyatının (NİA) keçmiş zabiti Devid Qruş ABŞ ordusunun kosmik gəmi qəzasından sağ çıxan sürünənabənzər canlıları məhv etdiyini iddia edib. xəbər verir ki, Qruş hökumət rəsmilərindən eşitdiyini bildirdiyi bu hekayəni "The Joe Rogan Experience" podkastında danışıb. Keçmiş kəşfiyya

10:37 140
.

Yəməndəki uşaqlar məktəbə qayıtmaq arzusundadır

Yəmənin Taiz vilayətinin Cəbəl Həbəşi rayonunda, Vadi Bəni Xəvlan ərazisindəki didərgin düşərgəsində yaşayan 12 yaşlı Əhməd səhərlər çadırda oyanır. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Əhməd "Al Jazeera"ya deyib ki, toqquşmalardan qaçarkən məktəb çantasını evdə qoyub: "Bilmirəm

11:09 124
.

42 kilometrlik marafonu robot it tamamladı

Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun

06.10.2026 252
.

Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?

Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir

06.10.2026 307
.

Ombudsmanın maaşı artırıldı - Prezident təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu təsdiq edib. bu barədə -a istinadən xəbər verir. Azərbaycan Respublikas

06.10.2026 358
.

Sabah da hava yağışlı olacaq

Oktyabrın 7-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. Bəzi yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinc

06.10.2026 319
.

Hamının 8 saat yatmasına ehtiyac yoxdur - ARAŞDIRMA

Səkkiz saatlıq yuxu uzun illərdir böyüklər üçün bir növ "qızıl standart" hesab olunur. Lakin yeni elmi icmal göstərir ki, bu müddət hər kəs üçün eyni dərəcədə optimal olmaya bilər. xarici mediaya istinadən xəbər verir ki, hər gecə mütləq səkkiz saat yatmaq qaydasını bütün böyüklər üçün dəyişmə

06.10.2026 308
.

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Dırnaqlarınız töküləcək

Arıqlamaq və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı yeni araşdırmada dırnaq problemlərinin daha çox görüldüyü müəyyənləşdirilib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 2026-cı il konqresində təqdi

11:33 143
.

"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ

"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy

06.10.2026 313
.