Prezident açılışda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "Scandens Pharmaceutical Industries Ltd" MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib.
"Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Həsənov dövlət başçısına müəssisə barədə məlumat veriblər.
Beynəlxalq standartlara uyğun layihələndirilən müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. İl ərzində müəssisədə antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allerqologiya və qastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd tablet və kapsul dərman preparatı istehsal olunacaq. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılacaq, həm də gələcəkdə ixrac ediləcək. Müəssisədə 120 iş yeri yaradılıb.
Dəyəri 74 milyon manat olan layihə özəl investisiya hesabına həyata keçirilib. Şirkət İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına idxal olunan avadanlıqlara görə 6,5 milyon manat güzəşt əldə edib.
Müəssisənin fəaliyyətə başlaması Azərbaycanın əczaçılıq sənayesində yeni inkişaf mərhələsi kimi qiymətləndirilir. Burada xammaldan hazır məhsula qədər dərman preparatlarının istehsalının bütün mərhələləri həyata keçiriləcək. Yeni müəssisə ölkəmizdə əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın güclənməsinə töhfə verəcək. Yerli və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli məhsulların istehsalı ölkəmizin ixrac imkanlarını da genişləndirəcək.
Müəssisə, eyni zamanda, əczaçılıq sahəsində peşəkar kadrların hazırlanması və əməli bacarıqların inkişafı üçün baza rolunu oynayacaq. "Scandens Pharmaceutical Industries Ltd" MMC, Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti və "Panon Pharma" şirkəti arasında imzalanmış dördtərəfli Memorandum çərçivəsində burada əczaçı və qeyri-əczaçı ixtisasları üzrə qısa və uzunmüddətli təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev müəssisəni işə salıb.
Müəssisənin damında ümumi gücü 450 kVt/saat olan 710 ədəd Günəş paneli quraşdırılıb ki, enerji sərfiyyatının təxminən 40 faizi bu panellər vasitəsilə ödənəcək.





















BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 488 Tarix: 22 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSON DƏQİQƏ! ABŞ-ın havada yanacaq dolduran hərbi təyyarələri İsrailə enib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus havada yanacaq dolduran bir neçə tanker təyyarəsi İsrailin Ben Qurion hava limanına eniş edib. Məlumata görə, söhbət əsasən KC-46 Pegasus tipli tanker təyyarələrindən gedir. BİG.AZ Reuters-ə istinadən xəbər verirki, onların İsrailə göndərilməsi ABŞ-ın Yaxın Şərqdə hərb
09.07.2026 186 İran indi Qətərdəki ABŞ hədəflərinə də hücum etdiyini bildirir
İran hücum siyahısına Qətəri də əlavə edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, İran dövlət televiziyası Qətərdə ordu qüvvələrinin peyk antenasına dron hücumları təşkil etdiyini bildirib. Hesabatda Küveyt və Bəhreyndə konkret hədəflər də ətraflı şəkildə izah edilib. Bildirilib ki, zərbələr Küveytdək
09.07.2026 244 Üçüncü Dünya Müharibəsi təhlükəsi nə qədər realdır? - POLİTOLOQDAN AÇIQLAMA
Son illər dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələr, böyük dövlətlər arasında artan gərginlik və nüvə silahı ilə bağlı səslənən bəyanatlar qlobal təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar və Asiya-Sakit okea
09.07.2026 257 Bakıda kişi keçmiş arvadını küçədə güllələdi -Yenilənib
Bakıda silahlı insident baş verib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb. Belə ki, kişi ov tüfəngi ilə keçmiş arvadını güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb. O, xəstəxanaya yerləşdirilib
09.07.2026 322 Bu meyvə şirələrində rəngləndiricilər tapıldı
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması məqsədilə satış obyektlərində satışa çıxarılan meyvə şirəsi və nektar məhsulları üzrə nəzarət tədbirləri həyata keçirib. AQTA-dan -a bildirilib ki, monitorinq çərçivəsində 16 istehsalçı müəssisəyə məxsus 17 məhsulda
09.07.2026 206 Qidalanan, böyüyən, bölünən hüceyrə hazırladılar
Minnesota Universitetinin alimləri qeyri-canlı kimyəvi komponentlərdən qidalana, böyüyə və bölünə bilən sintetik hüceyrə hazırlayıblar. -ın xarici mediaya istinadən xəbərinə görə, tədqiqatçılar bunun canlı hüceyrələrin əsas xüsusiyyətlərini nümayiş etdirən ilk sintetik sistem olduğunu bildirirlər. SpudCel
09.07.2026 186 NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib
NATO Baltikyanı ölkələrin hava məkanının təhlükəsizliyini 20 ildən artıq müddətdə təmin edən" Baltic Air Policing" missiyasının formatını dəyişərək ona hava müdafiəsi statusu verib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar barədə Ankarada keçirilən NATO sammitində Litv
09.07.2026 172 Roza Zərgərli qızı ilə - Foto
Müğənni Roza Zərgərli qızı Bənövşə ilə birlikdə çəkilən fotolarını paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi şəkilləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Roza paylaşımına "Ailə - uğruna hər zaman daha yaxşı olmağa çalışdığın insanlardır" sözlərini yazaraq övladına sevgisin
09.07.2026 403 Trampın açıqlaması Avropanı hərəkətə keçirdi
ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin başa çatdığını bəyan etməsi Avropa ölkələrinin Vaşinqtondan hərbi asılılığı azaltmaq istəyini daha da gücləndirib. xəbər verir ki, bu barədə Politico nəşri Avropa rəsmilərinə istinadən məlumat yayıb. "İran və Ukraynada baş verən hadisələrdən sonra il
09.07.2026 230