Gürcüstanın daxili işlər naziri türkiyəli generalla təyyarə qəzasını müzakirə edib
Gürcüstanın daxili işlər naziri Geka Geladze Türkiyə Hərbi Hava Qüvvələrinin Qiymətləndirmə və Təftiş direktoru general-leytenant Yaşar Kadıoğlu ilə görüşüb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin açıqlamasına görə, Yaşar Kadıoğlu qəzaya uğramış hərbi təyyarə ilə bağlı Gürcüstana gələn Türkiyə nümayəndə heyətinə rəhbərlik edib. Nümayəndə heyəti Gürcüstan tərəfi ilə birlikdə hadisə yerində axtarış-xilasetmə və istintaq proseslərində iştirak edib.
Görüş zamanı general-leytenant Kadıoğlu səmərəli əməkdaşlığa və yüksək koordinasiyaya görə Geka Geladzeyə təşəkkürünü bildirib. Onun sözlərinə görə, qəza bölgəsində çalışan Gürcüstan polis bölmələri peşəkarlığı və yüksək standartlara uyğun fəaliyyəti ilə seçilib.
Görüşdə daxili işlər nazirinin birinci müavini Roni Mesxi, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mqebrişvili, Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay, səfirliyin digər nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, 11 noyabrda Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstan dövlət sərhədindən təxminən 5 km aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində Türkiyə Hərbi Hava Qüvvələrinin 20 əməkdaşı həlak olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 544 Tarix: 22 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl
06.10.2026 460 Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ
Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl
12:37 117 Husilər hava limanına hücum etdiklərini açıqladı
Yəməndəki Husi Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıb. xəbər verir ki, bu barədə Husi Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səria özünün "Telegram" kanalında məlumat verib
11:04 148 7 yaşlı oğlan sahildə insan dişləri tapdı - 300 illik sirr üzə çıxa bilər
Britaniyada 7 yaşlı oğlan sahildə insan dişləri tapıb. xəbər verir ki, People nəşrinin məlumatına görə, dişlər XVII əsrdə baş vermiş gəmi qəzasının qurbanlarına aid ola bilər. Yeddi yaşlı Artur bu qeyri-adi kəşfi 2025-ci ilin avqustunda Lizard Point sahilində edib. Polis dişlərin arxeoloji mənşəli olduğun
10:47 158 Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
Evdə bu əşyanı saxlamaq faydalı ola bilər. Əgər uşağınızda tez-tez burun qanaması baş verirsə və o, qan görməyə dözə bilmirsə, tibb bacısının tövsiyəsinə görə evdə bir neçə qırmızı dəsmal saxlamaq məqsədəuyğundur. xəbər verir ki, uşaqların qan görəndə verdiyi bəzi mənfi reaksiyaları bu sadə üsulla azaltma
06.10.2026 282 Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə
0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas
06.10.2026 251 Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Dırnaqlarınız töküləcək
Arıqlamaq və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı yeni araşdırmada dırnaq problemlərinin daha çox görüldüyü müəyyənləşdirilib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 2026-cı il konqresində təqdi
11:33 162 "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin
11:41 148 Palandökendən dünyaya
Palandökendən dünyaya / Zəngəzur və Orta Dəhlizin yenidən formalaşdırdığı ticarət denklemində Ərzurumun əsas sınağı Palandöken Logistika Mərkəzini gözləyən bir obyektdən işlək ticarət bazasına çevirməkdir. Bir şəhərin iqtisadi gələcəyindən danışarkən bəzən kilometrləri, yolları, dəmir yollarını və layihələr
12:41 106