Şirniyyat mağazalarında zəhər saçan "qaymaqlı" tortlar... - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Şirniyyat mağazalarında zəhər saçan "qaymaqlı" tortlar... - QİDA EKSPERTİNDƏN AÇIQLAMAƏksər insanlar toy, nişan, ad günü, bayramlar və ya şəxsi həyatları ilə bağlı hər hansısa bir əlamətdar günü qeyd etmək üçün şirniyyat mağazalarından hazır tortlar alır və ya sifarişlə hazırlatdırır. Brend hesab olunan iri şirniyyat mağazaları şəbəkələrindən tutmuş, supermarketlərə qədər hər yerdən müştəri tort aldıqda satıcı tərəfindən özəlliklə vurğulanır ki, bəs bizim tortlarımız qaymaqdan hazırlanır. Əslində isə həmin tortların tərkibində təbii qaymaqdan söhbət belə gedə bilməz.

Həmin satıcıların "özəlliklə vurğuladıqları" qaymağın tərkibi təbii süddən deyil, mağazalarda hazır satılan tərkibi kimyəvi maddələrdən, hidrogenləşdirilmiş yağlardan, emulqatorlardan, stabilizatorlardan, süni aromatlardan ibarət "qaymaqlardır". Bu cür məhsullardan hazırlanmış tortlar isə insan orqanizimi üçün həddən artıq təhlükəlidir. Beləki, bu cür tortları yedikcə zamanla insan orqanizimində ürək-damar xəstəliklərindən tutmuş, onkoloji xəstəliklərə qədər yüzlərlə xəstəliyə tutulma qaçılmazdır. Birdə şirniyyat mağazaları tərəfindən satılan tortların tərkibinə süni qaymaqdan başqa birdə marqarində qatılırki, bu isə təklükəni dəfələrlə artırır. Deyə bilərsiniz ki, bəzi şirniyyat mağazaları hər kəsi əmin edir ki, bəs bizim satdığımız tortlar təbii kərə yağından hazırlanır. Təbiiki bu yalandır. Beləki, həmin mağazalar mağazanın içərisinə "Valio", "Anchor" və s. markaların beş kiloqramlıq yağ qutularını qoyub, guya öz hazırladıqları tortun təbii kərə yağından hazırlandığı görüntüsünü yaradırlar.
Şirniyyat mağazalarında zəhər saçan "qaymaqlı" tortlar... - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Elşən Cəfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda tortların böyük hissəsi bədən üçün nəzərdə tutulmayan "krem"lə hazırlanır. Onun sözlərinə görə, əsl həqiqət isə ondan ibarətdir ki, bu maddələr orqanizm tərəfindən qida kimi tanınmır və zaman keçdikcə ciddi problemlər yaradır: "Azərbaycanda tort, krem və şirniyyatların əksəriyyətində istifadə olunan "bitki mənşəli krem" əslində təbii qida deyil. Bu məhsulların tərkibi müxtəlif brendlərdə fərqli görünə bilər, lakin əsas komponentlər həmişə eynidir: hidrogenləşdirilmiş yağlar, emulqatorlar, stabilizatorlar, süni aromatlar və həzm sistemi üçün yad olan kimyəvi maddələr. Onları birləşdirən xüsusiyyət təkcə ucuz istehsal imkanı deyil həm də insan bədəninin bu qarışığı normal qida kimi qəbul etməməsidir.

Belə məhsullarda istifadə olunan hidrogenləşdirilmiş yağların ən təhlükəli xüsusiyyəti onların bədən temperaturunda əriməməsidir. İnsan bədəninin 36-37°C temperaturunda təbii süd yağı rahatlıqla yumşalıb parçalanır. Bu kremlərdəki bərk yağlar isə yalnız 45°C-dən yuxarı temperaturda əriyir. Bu o deməkdir ki, onlar ağızda ərimir, mədə və bağırsaqda tam həll olunmur, hüceyrə səviyyəsində parçalanmadan keçmir. Orqanizm üçün bu maddələr qida deyil yad bir strukturdur.

Hidrogenləşdirilmiş yağlar süni şəkildə dəyişdirilmiş yağlardır. Bu proses zamanı trans yağlar əmələ gəlir və onlar orqanizmdə tanınmayan molekullar kimi davranır. Bədən bu maddələri parçalamaq üçün uyğun ferment tapmadığından onlar tam həll olunmadan bağırsaq divarlarında, damar səthində, hətta qaraciyərdə yığılmağa meylli olur. Bu isə zamanla orqanizmin ümumi yükünü artırır və metabolik tarazlığı pozur.

Bu tip kremlərin tərkibində olan digər maddələr karragenan, emulqatorlar və stabilizatorlar bağırsaq üçün daha bir yükdür. Bu maddələr bağırsağın qoruyucu selikli qatını zəiflədir və nəticədə "qoruma baryeri" nazilir. Belə olduqda toksinlər və tanınmayan xarici maddələr daha asan sorulur. Bu proses immun sistemini daim müdafiəyə keçməyə məcbur edir.

✔ Orqanizm bu maddələri qida kimi yox, təhlükə kimi qəbul edir
Çünki bədən onları tanımır. Qida fermentləri onları parçalaya bilmir. Bu səbəbdən immun sistem həmin maddələri potensial təhlükə kimi qiymətləndirir və müdafiə reaksiyasına başlayır.

İmmun sistemin bu cür davamlı aktivləşməsi isə:

onu yorur,

resurslarını azaldır,

normalda vacib olan funksiyalardan yayınmasına səbəb olur.

Bu vəziyyətə "immun yorğunluğu" deyilir. Bədən daim müdafiədə olduğu üçün başqa iltihabi proseslərin yaranması üçün zəmin yaranır: bağırsaq iltihabı, otoimmun pozuntular, dəridə səpgilər, xroniki yorğunluq, allergiyaların artırması və hormonal sistemin pozulması kimi.

✔ Bu proses birdən olmurzaman keçdikcə bədəni içdən zəiflədir
Bu məhsulların yaratdığı zərər "indi yedim, problem oldu" deyil. Bu, zamanla yığılan və özünü illər sonra göstərən dərin və gizli prosesdir. Orqanizmin hər gün aldığı "yad yağ", "yad kimyəvi maddə" yükü yavaş-yavaş artır, immun sistem daim mübarizə aparır və nəticədə bədən öz resurslarını itirir.

Ən çox yayılan nəticələr:

damarların tıxanması və elastikliyinin azalması,

qaraciyərin yağlanması,

insulin müqavimətinin yaranması,

mədə-bağırsaq xəstəliklərinin güclənməsi,

xroniki iltihabi proseslər,

hormonal balansın pozulması,

metabolik sindrom və piylənmə.

Bu maddələrin təhlükəsi odur ki, onlar yalnız bir dəfə təsir göstərmir sistematik olaraq bədənə əlavə yük yaradır və bədən səhvən onlarla mübarizə aparmalı olur.

✔ Azərbaycanın şirniyyat sektorunda bu məhsulların geniş yayılması təsadüfi deyil
Burada səbəb "bahalı krem" deyil. Səbəb istehsalı ucuzlaşdırmaq və mənfəəti maksimal artırmaqdır. Bu kremlər həcmi şişir, uzun müddət xarab olmur, temperaturdan az təsirlənir və şirniyyat sexlərinə xərci minimuma endirir. Amma istehsalçıların əldə etdiyi bu əlavə gəlirin qiymətini sonunda istehlakçı ödəyir öz sağlamlığı ilə.

İnsanlar bilməlidir: tortun içində olan "krem" bədən üçün tanış olan təbii yağ deyil. Bu, bədən tərəfindən qida kimi tanınmayan və zaman keçdikcə immun sistemini yoran, həzm sistemini pozan, orqanizmdə iltihabi prosesləri artıran sənaye qarışığıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1462   Tarix: 08 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hamının 8 saat yatmasına ehtiyac yoxdur - ARAŞDIRMA

Səkkiz saatlıq yuxu uzun illərdir böyüklər üçün bir növ "qızıl standart" hesab olunur. Lakin yeni elmi icmal göstərir ki, bu müddət hər kəs üçün eyni dərəcədə optimal olmaya bilər. xarici mediaya istinadən xəbər verir ki, hər gecə mütləq səkkiz saat yatmaq qaydasını bütün böyüklər üçün dəyişmə

06.10.2026 183
.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

06.10.2026 237
.

Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?

Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir

06.10.2026 108
.

"Bizdən sonra aktyor görmürəm"

Aktyor Nicat Rəhimov son illərdə aktyor nəslinin yetişmədiyini bildirib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" proqramında danışıb. O, özündən yaşca böyük və ya həmyaşıdları arasında istedadlı aktyorların olduğunu, lakin onlardan sonra gələn nəsildə bunu görmədiyini deyib:

06.10.2026 181
.

Orta Dəhliz ölkələri vahid idarəetmə platforması yaradırlar

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM, Orta Dəhliz) iştirak edən ölkələr öz modelinə görə Baltik Dənizi Dövlətləri Şurası ilə müqayisə edilə bilən vahid institusional idarəetmə platformasının formalaşdırılması üzərində işləyirlər. "Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf v

06.10.2026 149
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

06.10.2026 173
.

Ərzurum Koridorun harasındadır?

Zəngəzur dəhlizi ilə Qars-Iğdır-Dilucu xətti bölgənin ticarət xəritəsini dəyişdirərkən Ərzurumun qarşısındakı əsas məsələ bu hərəkətliliyin iqtisadi dəyərə çevrilməsini təmin etməkdir. Bir şəhərin taleyini bəzən sahib olduğu resurslar deyil, coğrafiyasından necə istifadə etməsi müəyyənləşdirir. Ərzuru

06.10.2026 206
.

Sahibkarlara yeni güzəşt: 2 min manat geri qaytarılacaq

Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında"

06.10.2026 236
.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

06.10.2026 373
.