Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?

Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?Türkiyə Statistika Qurumunun 2025-ci ilin yanvar-oktyabr dövrü üzrə açıqladığı rəsmi məlumatlara əsasən, Azərbaycan vətəndaşları bu ilin ilk on ayında Türkiyədə ümumilikdə 741 mənzil alıblar. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq artım olduğunu göstərir. Belə ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən cəmi 682 mənzil alan Azərbaycan vətəndaşları 2025-ci ildə bu göstəricini 59 mənzil və ya təxminən 8.6 faiz artırıblar. 2025-ci ildə aylar üzrə göstəricilər belədir: yanvar - 50, fevral - 87, mart - 66, aprel - 59, may - 75, iyun - 71, iyul - 93, avqust - 77, sentyabr - 67, oktyabr - 96 mənzil. Ən yüksək aylıq satış oktyabrda qeydə alınıb.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?

Rəqəmlərdən də göründüyü kimi, azərbaycanlıların Türkiyədən aldığı evlərin sayı artmaqda davam edir. Bəs bunun səbəbi nədir? Türkiyə əmlak bazarına yönəlməmizin səbəbi ölkəmizdə mənzil bazarında qiymətlərin fantastik şəkildə yüksəlməsi ola bilərmi?

"Artım ölkəmizdəki bahalaşma ilə əlaqələndirilməməlidir"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, azərbaycanlılar təkcə Türkiyədən deyil, digər ölkələrdən də əmlak almağa yönəlirlər. Bunun isə səbəbi heç də Azərbaycandakı əmlak qiymətləri deyil:

"Türkiyədə əmlak alanların artmasının müəyyən səbəbləri mövcuddur. Orada miqrasiya şərtləri radikal şəkildə mürəkkəbləşib. Oturum və ya vətəndaşlıq almaq üçün Türkiyədə əmlaka sahib olmaq tələb edilir. Hansı ki, Azərbaycanda da bu belədir. Düşünürəm ki, bu artım gələcək illərdə də davam edəcək. Əsasən İstanbul, Ankara, Antalya, Bodrum kimi şəhərlərdə evə sahib olmaq Azərbaycan vətəndaşları üçün prioritet təşkil edir. Daha çox zəlzələlərin aktiv olmadığı bölgələrə üstünlük verilir. Əmlak əldə edənlər ya Türkiyədə yaşayıb-işləmək, ya da təhsil almaq məqsədilə gedən azərbaycanlılardır".

Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?

"Məqsəd kirayələrdən daha yüksək gəlir əldə etməkdir"

V.Oruc düşünür ki, insanları Türkiyə əmlak bazarına yönəldən oradakı gəlir əldə etmək imkanlarıdır: "Məqsəd kirayələrdən daha yüksək gəlir əldə etməkdir. Çünki orada kirayə gəlirləri ölkəmizə nisbətən daha yüksəkdir. Məsələn, 200 min manata ev alıb Bakıda 600-800 manat arası kirayə gəlir əldə etmək mümkündürsə, həmin məbləğ Türkiyədə 1 000-1 200 manat civarındadır".

"Türkiyə əmlak bazarı daha rahatdır"

Əmlak bazarı üzrə ekspert Anar Nəsirov isə bildirib ki, Türkiyə əmlak bazarı Azərbaycandan daha sərfəlidir: "Azərbaycanda hazırda əmlak bazarında qiymət artımı müşahidə olunur. Türkiyə əmlak bazarı daha rahatdır. Həmçinin orada qiymət artımı bizdəki qədər deyil. Türkiyədə əmlak qiymətləri Azərbaycandan daha münasibdir. Məsələn, Azərbaycanda yeni binadan birotaqlı 50 kvadratlıq mənzil aldıqda 200-220 min pul verdikdə, Türkiyədə bu qiymətə üçotaqlı mənzil almaq mümkündür. Düzdür, yerinə görə qiymətlər dəyişir. Amma münasib qiymətli əmlaklar da az deyil".

Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?

A.Nəsirovun sözlərinə görə, Türkiyə ilə əlaqələrimiz inkişaf etdikcə, bu, rəqəmlərə də təsirsiz ötüşməyəcək: "Azərbaycanlılar üçün Türkiyədə yaşamaq daha asandır. Bu da vətəndaşlarımızın orada əmlak almasına gətirib çıxarır. Vətəndaşlarımız Türkiyəyə oxumağa, işləməyə gedirlər. Sərmayə əldə etmək üçün də ev alanlar az deyil. Yaxud Türkiyəyə istirahətə gedən insanlar düşünürlər ki, hər il gəldikdə kirayəyə pul verməkdənsə, ev almaq daha sərfəlidir. Həmçinin qalmadığı dövrdə mənzili kirayə verib oradan gəlir də əldə edə bilər. İstanbul, Ankara, Bodrum, Antalya, İzmir, Kuşadası kimi ərazilərə daha çox üstünlük verirlər. Bu şəhərlərdə vətəndaşlarımız həm yaşayır, həm də istirahət etmək üçün mənzil sahibi olurlar. Düşünürəm ki, Türkiyədə ev alanların sayı bundan sonra daha da artacaq".

Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?

Qiymətlər ucuz deyil

Hazırda azərbaycanlı alıcıların daha çox üstünlük verdiyi İstanbul, Ankara, Antalya, Bodrum, İzmir və Kuşadası şəhərlərində mənzil qiymətləri şəhərə, rayona və binanın xüsusiyyətlərinə görə dəyişir. İstanbulda birotaqlı mənzillərin qiyməti orta hesabla 120-180 min ABŞ dolları arasındadır. İkiotaqlı evlər 170-250 min, üçotaqlı mənzillər isə 230-350 min dollar civarındadır. Ankarada qiymətlər nisbətən daha münasibdir. Burada birotaqlı evləri 80-130 min dollara, ikiotaqlı mənzilləri 110-180 min dollara, üçotaqlı evləri isə 160-240 min dollara almaq mümkündür. Antalya şəhərində birotaqlı mənzillər 90-150 min dollar, ikiotaqlılar 130-210 min dollar, üçotaqlılar isə 180-280 min dollar aralığında təklif olunur. Bodrumda qiymətlər daha yüksəkdir. Bu şəhərdə birotaqlı mənzillər 150-250 min dollardan başlayır, ikiotaqlı evlər 220-350 min dollara qədər yüksəlir, üçotaqlı mənzillər və villalar isə əsasən 300 min dollardan yuxarı təklif edilir. İzmir şəhərində birotaqlı mənzillərin qiyməti 85-140 min dollar, ikiotaqlılar 120-200 min dollar, üçotaqlılar isə 170-260 min dollar təşkil edir. Kuşadasında isə birotaqlı evləri 75-120 min dollara, ikiotaqlıları 110-180 min dollara, üçotaqlı mənzilləri isə 150-230 min dollar aralığında tapmaq mümkündür. Bu qiymətlər əsasən yeni tikililərin orta bazar göstəriciləridir və mənzilin dənizə yaxınlığı, təmir səviyyəsi və yerləşdiyi əraziyə görə dəyişə bilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 708   Tarix: 14 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.